Azərbaycan iki beynəlxalq təşkilatın sədridir
İlham ƏLİYEV: Dünya ictimaiyyəti bizi dəstəkləyir, bizə inanır, bizə rəğbətlə yanaşır və bizim mövqeyimizi müdafiə edir
Oktyabr ayında Azərbaycanın siyasi həyatı mühüm hadisələrlə əlamətdar oldu. Xüsusən qlobal məzmun daşıyan iki beynəlxalq tədbirin Bakıda keçirilməsi respublikamızın növbəti beynəlxalq uğurları kimi tarixə düşdü. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü və Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü bir daha göstərdi ki, Azərbaycan beynəlxalq və regional proseslərdə kifayət qədər fəal və aparıcı mövqelərə malikdir.
Azərbaycanın töhfələri təqdir olunur
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaranmasında və səmərəli fəaliyyətində Azərbaycanın kifayət qədər böyük rolu var. 10 il əvvəl Naxçıvanda əsası qoyulan Türk Şurası ölkəmizin də təşəbbüsləri ilə türkdilli ölkələr arasında əməkdaşlıq əlaqələrinin inkişafına və dərinləşməsinə xidmət edən təşkilata çevrilib. Bu da ondan irəli gəlir ki, Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə münasibətlər prioritet istiqamətlərdən biridir. Rəsmi Bakı nəinki siyasi sferada, o cümlədən qlobal əhəmiyyət kəsb edən iqtisadi məsələlərdə türkdilli dövlətlərlə əməkdaşlığa, onların da beynəlxalq layihələrə cəlb olunmasına mühüm diqqət yetirir. Məsələn, Azərbaycanın təşəbbüsü ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyanı Avropa ilə birləşdirən nəhəng infrastrukturdur. Artıq Azərbaycan, Qazaxıstan və Türkiyə bu yoldan istifadə edir. Gələcəkdə digər türkdilli dövlətlər də buna qoşula bilərlər. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri dolayısı ilə türkdilli dövlətləri birləşdirir, Qazaxıstan və Türkmənistanın ixrac imkanlarını artırır. Türkiyə isə tranzit ölkə kimi neft-qaz boru kəmərlərinin bəhrəsini görür. Bütün bunlar Azərbaycanın türk dünyasına böyük töhfələridir.
Türkdilli Ölkələrin Parlament Assambleyasının qərargahı Bakıda yerləşir. Türk Şurası çərçivəsində fəaliyyət göstərən Türk Mədəniyyəti və İrsi Fondu isə Azərbaycanın təşəbbüsü ilə yaradılıb. Bu kimi faktlar Azərbaycanın Türk Şurasının daha səmərəli fəaliyyətinə verdiyi töhfələrin ayrı-ayrı nümunələridir.
Qoşulmama Hərəkatı isə dünyadakı mövcud təşkilatlar arasında istər tarixi, istər üzvlərinin sayı baxımından kifayət qədər sanballı qurumdur. Digər təşkilatlarla müqayisədə Azərbaycanın Qoşulmama Hərəkatındakı üzvlüyü nisbətən yenidir. Belə ki, respublikamız bu təşkilata 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Həmin ildə Bali adasında keçirilmiş XVI Nazirlər Konfransında Hərəkata qoşulub. Respublikamız ilk gündən Hərəkatın ruhuna və prinsiplərinə hörmətlə yanaşıb. Bu da ondan irəli gəlir ki, rəsmi Bakı bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Ona görə Hərəkata üzv olduğu nisbətən qısa müddət ərzində Azərbaycan özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanıb. Ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, digər 119 dövlət tərəfindən 2016-cı ildə keçirilən XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində təşkil olunması ilə bağlı yekdilliklə qərar qəbul edildi. Bu qərar bir daha təsdiq edir ki, Azərbaycanın beynəlxalq təşkilatların işinə verdiyi töhfələr təqdir olunur.
Mötəbər təşkilatlara sədrlik Azərbaycan üçün ilk nümunələr deyil
Ən mühümü odur ki, Bakıda keçirilən zirvə görüşlərindən sonra hər iki təşkilata rəhbərlik ölkəmizə keçdi. Beləliklə, hazırda həm Türk Şurasının, həm də Qoşulmama Hərəkatının sədri Azərbaycandır. Prezident İlham Əliyev bununla bağlı deyib: "Azərbaycan iki önəmli təşkilata sədrliyi öz üzərinə götürüb. Oktyabrın ortasında Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürüb və biz bir il bu təşkilata rəhbərlik edəcəyik. Oktyabrın 25-də isə dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etməyə başlamışıq. Qoşulmama Hərəkatından daha böyük təşkilat Birləşmiş Millətlər Təşkilatıdır ki, onun da sədri olmur. Orada Təhlükəsizlik Şurasının sədri olur və özü də rotasiya qaydasında. Ona görə biz bu gün işlək vəziyyətdə sədrliyi olan ən böyük beynəlxalq təşkilata sədrlik edirik və bu sədrliyi 119 ölkənin dəstəyi ilə əldə etmişik.
Bu, nəyi göstərir? Onu göstərir ki, dünya ictimaiyyəti bizi dəstəkləyir, bizə inanır, bizə rəğbətlə yanaşır və bizim mövqeyimizi müdafiə edir”.
Əlbəttə, bu cür mötəbər təşkilatlara rəhbərlik Azərbaycanın xarici siyasətində ilk nümunələr deyil. Xatırladaq ki, ölkəmiz hələ 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olarkən iki dəfə bu ali beynəlxalq quruma sədrlik edib. Prezident İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında TŞ-nin iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, ölkəmizin beynəlxalq aləmdə siyasi çəkisinin artması, dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə çevrilməsi demək idi. Sədrliyi müddətində qlobal sülh və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini əsirgəməyən və bu istiqamətdə davamlı şəkildə fəaliyyət göstərən Azərbaycan beynəlxalq səviyyədə ədalətin və hüququn prinsiplərinin bərqərar olmasına öz mühüm töhfələrini verdi. Etibarlı və qətiyyətli tərəfdaş kimi Azərbaycanın BMT TŞ və BMT-nin üzv dövlətləri, BMT Katibliyi, digər beynəlxalq təsisatlar ilə sıx işbirliyi və əməkdaşlıq münasibətləri də inkişaf etdirildi.
Bu mənada Azərbaycanın beynəlxalq təşkilatlara rəhbərliyi baxımından təcrübəsi zəngindir. Ona görə ki, ən azından vaxtilə dünyanın ali təşkilatı olan BMT Təhlükəsizlik Şurasına sədrlik edib. Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən proseslərdə yaxından iştirakının və eyni zamanda, sülhün bərpa edilməsinə verdiyi töhfələrin məntiqi nəticəsidir.
Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqini ehtiva edən bu prinsiplər Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə də üst-üstə düşür. Eyni zamanda Türk Şurasına sədrlik edən Azərbaycan rəhbərliyi dövründə üzv ölkələr arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini daha da artıracaq.
Beləliklə, Azərbaycan xarici siyasətində yeni missiyaya başlayıb və əminliklə söyləmək olar ki, rəsmi Bakı hər iki təşkilata sədrliyi layiqincə başa vuracaq.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!