Alternative content

15:24 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərinə təbrik
Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərinə təbrik
ANA SƏHİFƏ / Məktublar
00:49 07.11.2019


Hörmətli neftçilər!

Sizi Neft Daşlarının 70 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

1949-cu il noyabrın 7-də Bakıda, Neft Daşlarında ilk neft fontanının vurması və dünya təcrübəsində birinci dəfə açıq dənizdə neft hasilatına başlanması neft sənayesinin inkişafında mühüm hadisə idi. Məhz Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində dənizdə neftçıxarmanın mümkünlüyü ideyası gerçəkləşdi və dəniz akvatoriyalarının mənimsənilməsi epoxasının başlanğıcı qoyuldu. Bu, eyni zamanda, Azərbaycanın neft mütəxəssislərini ən qabaqcıl mövqelərə çıxardı. Nadir Neft Daşları yatağının kəşfi bir çox dənizlərdə axtarış-kəşfiyyat işlərinə güclü təkan verdi. Hazırda dünyada karbohidrogen hasilatının əsas hissəsi dəniz akvatoriyalarının payına düşür və dənizlərin dərinlikləri fəth olunmaqdadır. Fəxr edirik ki, həmin proseslərin mənbəyi bizim əfsanəvi Neft Daşlarıdır.

Ölkəmizin neft sənayesi tarixində müstəsna əhəmiyyətə malik Neft Daşlarında qazanılan təcrübə Xəzərin daha dərin sahələrində axtarış-kəşfiyyat işlərinin sürətləndirilməsinə əlverişli zəmin yaratmışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrik rəhbərliyi altında 1970-ci illərdə neft sənayesinin müasirləşdirilməsi istiqamətində görülən işlər qısa müddətdə yeni yataqların kəşfi və istismarına yol açmışdır. Ulu Öndər Neft Daşlarını respublikamızın alim və mütəxəssislərinin mühəndis fikrinin, elmi və texniki mədəniyyətinin milli təcəssümü kimi qiymətləndirmiş, müstəqil dövlətimizin uğurlu neft strategiyasının təməllərinin məhz Neft Daşlarında qoyulduğunu xüsusi vurğulamışdır. Azərbaycanın təşəbbüsü və liderliyi ilə bu gün də regional və qlobal miqyaslı enerji layihələri müvəffəqiyyətlə həyata keçirilir.

Ötən müddət ərzində böyük məsafə qət edərək dəniz şəraitində müasir infrastrukturlu istehsalat "şəhəri”nə çevrilən Neft Daşları indi öz inkişafının yeni mərhələsini yaşayır. Əminəm ki, Neft Daşları yatağının zəngin ehtiyatları bundan sonra da uzun illər ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə və xalqımızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir. Bu yolda hamınıza nailiyyətlər arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 noyabr 2019-cu il



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM