Alternative content

06:49 16 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İxracda qeyri-neft məhsullarının çəkisi artır
İxracda qeyri-neft məhsullarının çəkisi artır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:48 07.11.2019


Məlumdur ki, ölkədə həyata keçirilən islahatların əsas hədəflərindən biri qeyri-neft sektorunun inkişafıdır. Məqsəd bu yolla ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığını tədricən aradan qaldırmaqdır.

Aparılan uğurlu islahatlar sayəsində qeyri-neft sektorunda məhsul istehsalı ildən-ilə artır. Sözsüz ki, bu artım ixracatda da özünü göstərir.

Prezident İlham Əliyev ölkədə qeyri-neft sektorunun inkişaf tempini yüksək qiymətləndirərək demişdir: "İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayeləşməmizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir... Kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır”. Bunun nəticəsidir ki, cari ilin 9 ayında qeyri-neft sektoru üzrə məhsul ixracında yüksək artım qeydə alınıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın cari ilin oktyabr ayındakı məlumatlarından aydın olur ki, qeyri-neft sektorunda ixracın həcmi artıb. Belə ki, bu ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoru üzrə 1 milyard 433 milyon dollar dəyərində ixrac reallaşıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artım deməkdir. Həmin dövrdə ən çox məhsul Rusiyaya, Türkiyəyə, İsveçrəyə, Gürcüstana, İtaliyaya ixrac olunub.

Cari ilin hesabat dövründə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında 142,3 milyon dollarla pomidor satışı liderliyini qoruyub saxlayır. Bu siyahıda ikinci yerdə qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda), üçüncü yerdə qabığı təmizlənmiş meşə fındığı qərarlaşıb.

Hesabat dövründə idxal-ixrac məhsullarında meyvə-tərəvəz, plastik kütlə, alüminium, qara metallar və onlardan hazırlanan məmulatlar, eləcə də elektrik enerjisi, pambıq lifi, kimya sənayesi məhsulları, şəkər, pambıq ipliyi, alkoqollu və alkoqolsuz içkilərin ixracı üstünlük təşkil edir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında alkoqollu və alkoqolsuz içkilərin ixracı 85, plastik kütlə və ondan hazırlanan məmulatların ixracı 59, pambıq lifliyin ixracı 38, kimya sənayesi məhsullarının ixracı 35, pambıq ipliyinin ixracı 32, meyvə-tərəvəzin ixracı 14, şəkər ixracı 12, elektrik enerjisinin ixracı 6 faiz artıb. Bu ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixrac 136 milyon dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 19 faiz artıb. Cari ilin sentyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya, Türkiyəyə, İsveçrəyə, Gürcüstana və Çinə ixrac edilib.

Qeyd edək ki, "İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Yüksək texnologiyalardan istifadə ölkəmizə intellektual məhsul ixracının aparılmasına da imkan yaradır. Belə ki, cari ilin yanvar-sentyabr aylarında "Azərkosmos” ASC-nin xidmət ixracında əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edir. Təkcə bu ilin sentyabr ayında "Azərkosmos” ASC dünyanın 20 ölkəsinə 2,2 milyon dollar dəyərində xidmət ixrac edib. Cari ilin yanvar-sentyabr aylarında cəmiyyətin xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, İngiltərə, Malayziya, Birləşmiş Ərəb Əmirlikləridir.

Azərbaycanın qeyri-neft sektorunda istehsal etdiyi məhsul keyfiyyətli olduğu üçün dünya bazarında özünə alıcı tapa bilir. Bunun nəticəsidir ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azexport.az portalına 436,4 milyon dollar dəyərində ixrac sifarişi daxil olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artım deməkdir. Təkcə cari ilin sentyabr ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri 37,1 milyon dollar təşkil edib. Bu ilin 9 ayında portala ixrac sifarişləri əsasən Rusiya, Türkiyə, Hindistan, ABŞ və İngiltərədən gəlib.

Cari ilin sentyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi tütün, toyuq əti və yumurtası, fındıq ləpəsi, pambıq yağı, şərab, nar, soğan, kosmetik vasitə, tibbi tənzif, mebel dəsti, boya, qənnadı məhsulu, mineral su, sarımsaq, meyvə konsentratı, təzə meyvə, mürəbbə, tikinti materialı, süd məhsulları, zəli və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu il sentyabrın 30-dək (33 ay ərzində) Azexport.az portalına dünyanın 136 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 425,5 milyon dollar təşkil edib.

"İxrac İcmalı”nda göstərilib ki, bu ilin oktyabr ayında "Bir pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 18,1 milyon dollar olub. 2019-cu ilin yanvar-oktyabr ayları ərzində "Bir pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 118 milyon dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Rüstəm KAMAL,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM