Alternative content

07:36 22 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanda ölüm halları doğulma sayını üstələyir
Ermənistanda ölüm halları doğulma sayını üstələyir
ANA SƏHİFƏ / SİYASƏT
00:43 07.11.2019


İşğalçı ölkədə demoqrafik böhran genişlənir


Ermənistan cəmiyyəti üçün əsas xarakterik xüsusiyyətlərdən birinə çevrilən demoqrafiya problemi artıq özünün fəlakət həddinə çatır.

Erməni sosioloqlar diqqəti ona yönəldirlər ki, ölkədə qalan əhalinin də ilk fürsətdə Ermənistanı tərk etməyə hazırlaşması vəziyyətin kritik həddi keçməsinin real təzahürüdür. Aparılan sosioloji sorğular da ölkənin gələcəyi baxımından müsbət heç nə vəd etmir.

Digər tərəfdən, belə sorğular bir daha təsdiq edir ki, Ermənistanda əhalinin böyük əksəriyyəti öz gələcəyini bu ölkədə görmür.

Statistika komitəsinin məlumatına görə, Ermənistanın daimi əhalisinin sayı 2019-cu ilin yanvar ayının 1-nə 2 milyon 965 min nəfər təşkil edir. Ötən illə müqayisədə bu göstərici 7600 nəfər azalıb. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan özü də bu ölkədə demoqrafik vəziyyətin pisləşməsindən narahatlıq keçirdiyini və əhalinin sayının artırılması üçün addımlar atılmasının vacibliyini çıxışlarında vurğulayıb.

Hazırda Ermənistan demoqrafik böhran səviyyəsinə çatıb və ölüm hallarının sayının doğulma sayını üstələyəcəyi mərhələyə yaxınlaşır. Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun Ermənistandakı icraçı nümayəndəsi Tsovinar Harutyunyan mətbuata verdiyi açıqlamasında bildirib ki, bu il tarixdə ilk dəfə Lori vilayətində ölüm hallarının sayı doğum hallarının sayından 90 vahid çox olub. Heç bir tədbir görülməsə, 5 ildən sonra, BMT-nin proqnozlarına əsasən, ölüm hallarının sayı bütün ölkə üzrə doğulma sayını üstələyəcək.

Qeyd olunur ki, 1990-cı illərin nəsli 1980-ci illərdə anadan olanlara nisbətən 40 faiz azdır. Bu isə nikahların sayında və hazırda doğuş sayında öz əksini tapmaya bilməz. Bildirilir ki, işğalçı ölkəni təhdid edən depopulyasiyanın başqa səbəbi odur ki, gənc kişilər evlənmək və ailəyə görə məsuliyyəti öz üzərlərinə götürmək istəmirlər. Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin demoqrafiya şöbəsinin rəisi Artak Markosyan hesab edir ki, miqrasiya da Ermənistanı çox acınacaqlı vəziyyətə salıb: "1992-2002-ci illərdə bizdə doğuş hallarının azalması göstəricisi 60 faiz təşkil edib. Bu, postsovet ölkələrində ən yüksək göstərici idi. 10 il ərzində doğumların sayı 70 mindən 32 minə qədər azalmışdı. Demoqrafik strategiyanın yoxluğu 27 il ərzində vəziyyəti ağırlaşdırıb”.

Miqrasiyanın geniş vüsət almasına təsir göstərən və ən əsas amillərdən biri kimi dəyərləndirilən işsizlik problemi də dərinləşməkdə davam edir. Rəsmi məlumatlara görə, Ermənistanda işsizlik faizi aşağı göstərilsə də, müstəqil ekspertlər, beynəlxalq qurumlar bunun da reallıqdan çox uzaq olduğunu bəyan edirlər. Qeyd edilir ki, işsizlik müavinətləri çox aşağı olduğundan əksər işsizlər qeydiyyatdan keçmir. Hesab olunur ki, Ermənistanda qalan əməkqabiliyyətli insanların yarıya qədəri işsizdir. Sözügedən kontekstdə erməni mediası belə bir maraqlı məqama da diqqət çəkir ki, iqtisadi cəhətdən fəal olan əhalinin bir qismi çoxdan ölkəni tərk etsə də, dövlət onları hələ qeydiyyatda saxlamaqda davam edir.

Tsovinar Harutyunyan onu da vurğulayır ki, Ermənistanda problem onda deyil ki, insanlar üçüncü və ya dördüncü uşağın anadan olması barədə düşünmürlər, problem onların ailə qurmaq istəməməsindədir. Gənclər arasında işsizlik səviyyəsi yüksəkdir və az adam nikah bağlamağa qərar verir: "Tədqiqatlar göstərir ki, bir çoxları üç uşağının olmasını istəyir, lakin bir, yaxud iki uşaqları var. Dövlətdən olan gözləntilər arasında adətən mənzil şəraitinin yaxşılaşdırılması, yetərli əməkhaqqı ilə iş yerlərinin sayının atrması göstərilir, üçüncü yeri isə ailə ilə karyeranın bir yerdə uyğunlaşdırılması tutur”.

Tədqiqatlar göstərir ki, Ermənistan formal xarakterli müstəqilliyini əldə etdikdən sonra keçən 28 ildə ölkədən ən azı 1,5 milyondan artıq vətəndaş xaricə köçüb. Elə bu səbəbdən də sosial-iqtisadi çətinliklər məngənəsində boğulan Ermənistanda demoqrafiya məsələsi ölkənin bir nömrəli probleminə çevrilib. Yerli və beynəlxalq təşkilatlar da hesab edirlər ki, proseslərin real gedişi sözügedən ölkədə insan resursunun sürətlə tükəndiyini meydana çıxarır. Ermənistan hökuməti bütün bu narahatlıqları rədd etsə də, cəmiyyət və ayrı-ayrı qurumlar mövcud durumdan ciddi təşviş keçirirlər.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM