07 Noyabr 2019 00:35
575
İQTİSADİYYAT
A- A+

AÇG-də və “Şahdəniz”də hasilat sabitdir


Azərbaycandan neft və qazın ixracı da ahəngdar həyata keçirilir


Cari ilin ilk üç rübündə "Azəri-Çıraq-Günəşli” (AÇG), "Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan və BP-nin Azərbaycanda operatorluq etdiyi digər layihələrdə və həyata keçirdiyi əməliyyatlarda qazanılan uğurlar açıqlanıb.

Şirkətdən aldığımız məlumatda bildirilir ki, ilin ilk 9 ayında AÇG-dən hasilat sabit və təhlükəsiz şəkildə davam edib. Bu yataqlar blokundan hər gün orta hesabla 541 min barel, ümumilikdə 448 milyon barelə yaxın, yəni 20 milyon ton neft hasil olunub. AÇG-nin işlənməsinin növbəti mərhələsi olan "Azəri Mərkəzi Şərqi” layihəsinə aprel ayında sanksiya verilib.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri ilə ilin əvvəlindən oktyabrın 1-dək təqribən 24 milyon ton (177 milyon bareldən çox) xam neft ixrac olunub. Bu neftlə Ceyhanda 222 tanker yüklənib.

"Şahdəniz”də də işlər müvəffəqiyyətlə davam edir. Doqquz ay ərzində "Şahdəniz Alfa” və "Şahdəniz Bravo” platformalarından ümumilikdə 12,2 milyard standart kubmetr qaz və təqribən 2,6 milyon ton kondensat hasil olunub. Yatağın ərazisində yeni quyular qazılır.

BP Xəzərin Azərbaycan sektorunda bir sıra perspektiv bloklarda geoloji kəşfiyyat işləri də aparır. Hazırda "Şəfəq-Asiman”, D230 bloklarında, eləcə də Abşeron yarımadasının dayazsulu hissəsində işlər qrafikə uyğun irəliləyir.

Doqquz ayın yekunlarına aid hesabatda eləcə də şirkətin Azərbaycanda davamlı sosial-iqtisadi inkişafa dəstək verən layihələrindən bəhs edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video