Alternative content

01:17 18 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Minnətdarıq
Minnətdarıq
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:31 07.11.2019


Hörmətli redaksiya! 2011-ci ilin yanvar ayında Bakıda oğlum Vasif Quliyevin ailəsi ilə birlikdə kirayədə yaşadığı mənzildə qaz sızması nəticəsində güclü yanğınla müşahidə olunan partlayış baş vermişdi. Hadisə zamanı mənzildə olan oğlum Vasif Quliyev, gəlinim Aynurə Quliyeva, qızım Gülər Quliyeva və iki azyaşlı nəvəm Miramin və Əli ağır yanıq xəsarətləri ilə 5 nömrəli şəhər kliniki xəstəxanasının yanıq şöbəsinə çatdırılmışdılar.

Həkimlərin səylərinə baxmayaraq, 27 yaşında olan oğlum və gəlinim xəstəxanada dünyalarını dəyişdilər. Qızım və nəvələrim isə uzun-müddətli müalicədən sonra ölümdən döndülər. Bu dəhşətli partlayışdan ağır yanıq xəsarətləri alan və dərin psixoloji sarsıntı keçirən nəvələrimin bu gün də ciddi müalicəyə ehtiyacları var. Onların tam müalicəsi isə ailəmizin imkanı xaricindədir. Belə ki, yoldaşım kənd məktəbində müəllim işləyir, özüm isə evdar qadınam. Buna görə də ölkəmizdə imkansız ailələrin son ümid yeri sayılan Heydər Əliyev Fonduna müraciət etməyi qərara aldım. Bu da səbəbsiz deyildi. Axı fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yüksək humanizm dəyərlərinin daşıyıcısı və böyük mərhəmət sahibi kimi ona ünvanlanan heç bir müraciəti diqqətdən kənarda saxlamır.

Sağ olsun Mehriban xanım, müraciətimizə həssaslıqla yanaşdı. Nəvəm Əli Quliyevin müayinə və müalicəsinin təşkili ilə bağlı respublika Səhiyyə Nazirliyinə müvafiq tapşırıq verildi. Nazirlikdən Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına müraciət etməyimizlə bağlı məktub aldıq. Klinikada nəvəm diqqətlə müayinədən keçirildikdən sonra uşağın üzərində cərrahiyyə əməliyyatının aparılması qərara alındı. Həkim-cərrah Ayaz Mustafayev nəvəmin sol biləyi, əli və barmaqlarında plastik cərrahiyyə əməliyyatı həyata keçirdi. Uğurlu cərrahiyyə əməliyyatının nəticəsidir ki, bu gün balaca Əli barmaqlarını işlədə bilir. Artıq yanmış damarlar, vətərlər və birləşdirici toxumaların da fəaliyyəti bərpa olunub.

Bununla belə, qaz partlayışı nəticəsində Əlinin üz, alın və gicgah nahiyəsində dərin yanıq izləri qalmışdır. Bu da hamımız kimi, 6-cı sinif şagirdi olan Əlidə ciddi narahatlıq yaradır. Müalicənin növbəti mərhələsində daha bir uğurlu əməliyyatla bu xoşagəlməz mənzərənin də aradan qaldırılacağına ümid edirik.

Hörmətli redaksiya! Xahiş edirəm ki, qayğıkeşliyini və mərhəmətini ailəmizdən əsirgəməyən Heydər Əliyev Fonduna, xüsusən də fondun prezidenti Mehriban xanım Əliyevaya, həmçinin Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının rəhbərliyinə, klinikanın həkim-cərrahı Ayaz Mustafayevə dərin minnətdarlığımızı çatdırasınız.

Cəmilə QULİYEVA,

Lənkəran rayonu Bəliton kəndinin sakini



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM