Alternative content

06:52 16 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Lənkəranda bir gündə 2000 ağac əkiləcək
Lənkəranda bir gündə 2000 ağac əkiləcək
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:29 07.11.2019


Klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə lənkəranlılar da böyük həvəslə qoşulublar.

AZƏRTAC xəbər verir ki, hazırda rayonda ağacəkmə kampaniyasına ciddi hazırlıq işləri görülür. Kampaniya çərçivəsində rayon ərazisində bir gündə 2 min ağac tinginin əkilməsi nəzərdə tutulub.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Möhübbət Babayev AZƏRTAC-a müsahibəsində bildirib ki, bu nəcib təşəbbüslə əlaqədar rayonda qərargah yaradılıb, tədbirlər planı təsdiq edilib və ağac əkiləcək yerlər müəyyənləşdirilib.

Lənkəran şəhərinin Heydər Əliyev prospektində Xəzər dənizi sahili boyunca və Bakı-Astara magistral yolunun Lənkəran rayonundan keçən hissəsində müxtəlif növ həmişəyaşıl ağac tinglərinin əkilməsi planlaşdırılıb. Ağacların əkiləcəyi ərazilərdə artıq hamarlama işləri aparılıb, çalalar qazılıb, arxlar çəkilib və sahələr əkinə tam hazırlanıb.

M.Babayev dünyada ekoloji tarazlığın pozulduğu bir vaxtda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu təşəbbüsünün filosof-şair Nəsiminin irsinin geniş təbliği ilə yanaşı, həm də ekoloji mühitin daha da sağlamlaşdırılması baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb: "Bakı-Astara magistral yolunun hər iki tərəfində yaşıllıq zolağı salınacaq. Bununla həm yol kənarı gözəlləşəcək, həm də ətraf mühitin sağlamlaşmasına öz töhfəmizi verəcəyik. Xəzər dəniz sahili boyunca əkəcəyimiz ağaclar isə təkcə lənkəranlıların deyil, rayona gələn turistlərin də istirahət məkanına çevriləcək”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM