Alternative content

01:15 18 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Seulda OANA-ya üzv agentliklərin rəhbərləri və nümayəndələri üçün rəsmi qəbul təşkil olunub
Seulda OANA-ya üzv agentliklərin rəhbərləri və nümayəndələri üçün rəsmi qəbul təşkil olunub
ANA SƏHİFƏ / SİYASƏT
19:06 06.11.2019

Noyabrın 7-də Koreya Respublikasının paytaxtı Seulda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVII Baş Assambleyası öz işinə başlayacaq.

Bununla əlaqədar noyabrın 6-da OANA-ya üzv agentliklərin rəhbərləri və nümayəndələrinin şərəfinə Seul şəhərinin meri Park Von Sunun iştirakı ilə rəsmi qəbul təşkil edilib.

Yonhap agentliyinin prezidenti Ço San Bo Baş Assambleyanın keçirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib. O, üzv agentliklərin təşkilatın işində yaxından iştirak etdiyini bildirərək AZƏRTAC-ın OANA-ya sədrliyi dövrünün bir sıra yeniliklərlə yadda qaldığını vurğulayıb.

Sosial şəbəkələrin və onlayn medianın sürətlə inkişaf etdiyi bir vaxtda informasiya agentliklərinin rolunun daha da artdığını deyən Seul şəhərinin meri Park Von Su OANA-nın jurnalistikanın əsasını təşkil edən dəyərli ənənələri qoruyub saxlamasından məmnunluğunu ifadə edib. Yeni texnologiyaların jurnalistikanın inkişafına təsir etdiyini deyən mer bunun mətbuat üçün həm çağırışlar yaratdığını, həm də yeni imkanlar açdığını söyləyib.

Baş Assambleyanın gündəliyi barədə məlumat verən OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov iclaslarda medianın inkişafı meyillərinin müzakirə olunacağını, OANA-nın bir sıra təşkilati məsələlərinin həll ediləcəyini deyib. "İki gün davam edəcək Baş Assambleyada biz üzv agentliklərin əməkdaşlıq perspektivləri, təşkilatın təkmilləşdirilməsi yolları barədə müzakirələr aparacaq, OANA Mükəmməllik Mükafatını qaliblərə təqdim edəcəyik. Əminəm ki, bu, Baş Assambleya da təşkilatımızın tarixində bir sıra həlledici qərarlar və yanaşmalarla yadda qalacaq”, - deyə A.Aslanov bildirib.

OANA-nın XVII Baş Assambleyası noyabrın 7-8-də Yonhap agentliyinin təşkilatçılığı ilə keçiriləcək. Assambleyada təşkilatın yeni sədri və İcraiyyə Komitəsinin üzvləri seçiləcək. AZƏRTAC 2016-cı ildən 35 ölkədən 44 agentliyi birləşdirən bu media qurumuna rəhbərlik edir. OANA-nın XVI Baş Assambleyası 2016-cı il noyabrın 18-də Bakıda keçirilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM