Alternative content

15:19 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Rusiyaya etiraz notası verib
Azərbaycan Rusiyaya etiraz notası verib
ANA SƏHİFƏ / SİYASƏT
19:06 06.11.2019

Noyabrın 6-da Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Xarici İşlər Nazirliyinə çağırılıb və onunla Xarici İşlər nazirinin müavini Xələf Xələfov görüş keçirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Rusiya səfirinə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin "təmsilçiləri” Masis Mayilyan və Lernik Hovhannisyanın Rusiya Federasiyasına səfəri ilə əlaqədar XİN-in etiraz notası təqdim edilib.

Notada Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma qurumun "nümayəndələri”nin Rusiya ərazisinə daxil olması, orada bir sıra rusiyalı ekspertlər və akademik mərkəzlərin təmsilçiləri ilə görüşlərin keçirilməsi Ermənistanın artıq 30 ilə yaxındır ki, işğal edilmiş ərazilərdə status-kvonu möhkəmləndirməyə çalışaraq, Azərbaycan ərazilərini işğal altında saxlamağa xidmət etdiyi qeyd olunub.

Nazirlik bu kimi səfərlərin dəyişməz olaraq təxribat xarakteri daşıdığını, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldiyini vurğulayaraq, danışıqlar prosesinə zərbə vurduğu, ölkəmizlə Rusiya arasındakı səmimiyyətə və yüksək etimada kölgə saldığı, habelə 1997-ci il 3 iyul tarixli "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”nin müddəaları ilə qəti şəkildə uzlaşmadığı ilə bağlı mövqeyini Rusiya tərəfinə çatdırıb.

Bildirilib ki, Rusiya tərəfinin bu cür səfərlərə şəxsi səfər kimi baxdığını dəfələrlə bəyan etməsinə baxmayaraq, işğal olunmuş ərazilərdəki qeyri-qanuni "hakimiyyət orqanları”nın "nümayəndələri” Rusiya ərazisindən Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin möhkəmləndirilməsi məqsədilə istifadə etməkdə davam edirlər.

Eyni zamanda, qondarma qurumun "nümayəndələri”nin Rusiya ərazisinə səfər etməsi və orada işğalın nəticələrinin təbliğinə imkan yaradılması Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü qismində hələ 1993-cü ildə dəstəklədiyi 822, 853, 874 və 884 saylı qətnamələri ilə uzlaşmadığı bildirilib. Xüsusi vurğulanıb ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin missiyası münaqişənin sülh yolu ilə həllinə dair bütün məsələlərdə qərəzsiz münasibət bəsləməkdir.

Azərbaycan tərəfi bu kimi qanunsuz səfərlərin qarşısının alınması istiqamətində Rusiya tərəfindən bütün zəruri tədbirlərin görüləcəyini gözlədiyini səfir M.Boşarnikovun diqqətinə çatdırıb.

Səfir M.Boçarnikov rəsmi Moskvanın münaqişə ilə bağlı mövqeyinin məlum və dəyişməz olduğunu, eləcə də hər hansı tanınmamış qurumun "nümayəndələri”nin Rusiya ərazisinə daxil olmasının bu ölkənin rəsmi mövqeyini əks etdirmədiyini vurğulayıb. O, həmçinin Azərbaycan tərəfinin etirazı barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə məruzə edəcəyini bildirib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM