06 Noyabr 2019 15:39
965
Elm və texnika
A- A+

AMEA Tarix İnstitutunun nəşrləri Küveyt Milli Kitabxanasına hədiyyə edilib


Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Küveyt Milli Kitabxanasının rəisi Şeyxa Raşa Naif Əl-Cabir Əl-Sabah ilə görüşüb.

Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinə institutun elmi katibi, dosent İradə Əliyeva, "Qarabağ tarixi” şöbəsinin müdiri, "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının məsul redaktoru, dosent Güntəkin Nəcəfli və eyniadlı kitabın ərəbcə nəşrinin məsul redaktoru, şərqşünas, dosent Gülnur Mahmudova daxildir.

Yaqub Mahmudov Azərbaycanda Küveytə böyük sevgi və məhəbbət olduğunu söyləyib. O deyib ki, Əndəlus ilə İrəvan xanlığı oxşar tale yaşayıb: "İndi Əndəlusda möhtəşəm islam mədəniyyəti yoxdur, məhv edilib. Küveytdə təqdimatını keçirdiyimiz "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı sübut edir ki, İrəvan xanlığı da islam dövləti idi. XIX əsrin əvvəllərində çar Rusiyası bu dövləti işğal etdikdən sonra bura erməniləri köçürdü. Artıq orada da türk-islam mədəniyyəti yoxdur, məhv edilib”.

Akademik qeyd edib ki, bütün dünyada islama qarşı hücumların olduğu bir dövrdə islam dünyası birləşməli və islam mədəniyyəti qorunmalıdır: "Hazırda bütün müharibələr islam ölkələrində aparılır, müsəlmanlar soyqırımlarına məruz qalır və tarixi abidələr dağıdılır. Körfəz müharibəsi Küveyt xalqına dəhşətlər gətirib, indi belə bir müharibə Qarabağda gedir. Xristian dövlətlərinin yardım etdiyi ermənilər Azərbaycan torpaqlarını işğal edib, 1 milyondan çox vətəndaşımız qaçqındır. Dünyada ən çox qaçqın islam ölkələrindəndir. Buna görə də Azərbaycan və Küveyt xalqlarının birləşməsi zəruridir”.

Yaqub Mahmudov Küveyt Milli Kitabxanasında Tarix İnstitutunun ərəb dilindəki nəşrlərinin - "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, "İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası”, "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, "Çuxursəd hakimləri və İrəvan xanları” və "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” kitablarının təqdimatını keçirib və həmin kitabları kitabxanaya hədiyyə edib.

Küveyt Milli Kitabxanasının rəisi bildirib ki, yaxınlarda "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının elektron variantı kitabxananın elektron kataloquna daxil ediləcək. Həmçinin institutun bu nəşri kitabxananın əsas girişindəki sərgidə də nümayiş etdiriləcək.

Bundan başqa, görüşdə Tarix İnstitutu ilə Küveyt Milli Kitabxanası arasında əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq da əldə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video