Alternative content

16:35 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:45 14.11.2019 Xalqa xidmət missiyası
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan və Bolqarıstan Hökumətləri arasında pensiya təminatı haqqında Saziş imzalanıb
Azərbaycan və Bolqarıstan Hökumətləri arasında pensiya təminatı haqqında Saziş imzalanıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:20 06.11.2019

Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət naziri Biser Petkovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində Bolqarıstan nümayəndə heyəti ilə görüş olub. Görüşdə Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Nikolay Yankov da iştirak edib.

Görüşdən əvvəl Bolqarıstan nümayəndə heyəti DOST Agentliyinin və onun 1 saylı DOST Mərkəzinin fəaliyyəti, mərkəzdə əhaliyə göstərilən xidmətlərlə tanış olublar.

Nümayəndə heyəti ilə görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Bolqarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb. Nazir hər iki tərəfin yüksək səviyyəli nümayəndələrinin qarşılıqlı səfərlərinin əlaqələrin inkişaf etdirilməsində mühüm rolunu qeyd edib. İki ölkə arasında həm siyasi, həm iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətləri barədə məlumat verən S.Babayev ölkəmizin dinamik inkişafı, milli iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əldə olunan uğurları qeyd edib. O, ölkədə aparılan siyasətin sosialyönümlü olduğunu, iqtisadi artımın, ilk növbədə, sosial məqsədlərə, o cümlədən əhalinin rifah halının yaxşılaşdırılmasına yönəldildiyini vurğulayıb. Cari ildə də reallaşdırılan iki sosial paketin ümumən 4,2 milyon vətəndaşı əhatə etməklə, ümumən əhalinin rifahına ciddi dəstək olduğunu deyib, sosial ödənişlərin artırılması istiqamətində atılan inqilabi addımları diqqətə çatdırıb.

Bolqarıstanla əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıqdan bəhs edən nazir bu əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu deyib. Hazırkı görüşdə imzalanması nəzərdə tutulan Sazişin bu istiqamətdə önəmli addım olduğunu və iki ölkə vətəndaşlarının pensiya hüquqlarının təmin olunması baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb.

B.Petkov Azərbaycana səfərindən və ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. O, əmək, məşğulluq, əmək miqrasiyası, demoqrafiya, pensiya, əlilliyi olan şəxslər, uşaq və ailə, bərabər imkanlar, sosial inteqrasiya, sosial yardım və sosial xidmət sahələrində ölkəsində aparılan islahatlar barədə məlumat verib.

Daha sonra S.Babayev və B.Petkov "Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında pensiya təminatı haqqında Saziş”i imzalayıblar.

Saziş Azərbaycan və Bolqarıstan arasında pensiya təminatı sahəsində əlaqələrin tənzimlənməsi, iki ölkə vətəndaşlarının pensiya və sosial sığorta hüquqlarının təmin olunması üçün hüquqi əsasların yaradılması məqsədinə xidmət edir.

Nümayəndə heyəti üçün DOST layihəsinə, nazirliyin innovativ iş təcrübələrinə, elektron sistemlərinə dair təqdimatlar da edilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM