06 Noyabr 2019 13:08
1028
Elm və texnika
A- A+

“Azərbaycan xalça sənətinin qorunması və inkişafı” mövzusunda respublika elmi-praktik konfransı işə başlayıb


Noyabrın 6-da AMEA-nın Humanitar Elmlər Bölməsinin və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə "Azərbaycan xalça sənətinin qorunması və inkişafı” mövzusunda respublika elmi-praktik konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransda giriş sözü ilə AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli çıxış edib. Akademik bildirib ki, dekorativ-tətbiqi sənətin ən geniş yayılmış növlərindən olan xalçaçılıq milli mədəniyyətimizin bir hissəsidir. Son illər ölkəmizdə xalçaçılıq sahəsinə diqqət artıb. Xalçaçılığın inkişafı mədəni və maddi irsin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Ərtegin Salamzadə "Azərbaycan xalçalarında Heydər Əliyev obrazı” mövzusunda məruz ilə çıxış edib. Məruzədə qeyd Azərbaycan xalçasının ölkəmizin tarixini özündə əks etdirdiyi vurğulanıb. Ərtegin Salamzadə incəsənətin inkişafına hər zaman böyük diqqət göstərmiş ulu öndər Heydər Əliyevin obrazının xalçalarda əks olunmasından danışıb.

Konfransda Azərbaycan xalça sənətinin inkişafı haqqında digər məruzələr dinlənilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video