Alternative content

16:33 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:45 14.11.2019 Xalqa xidmət missiyası
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Finlandiyada gənc türkü yaralayan erməni futbol azarkeşinin qondarma “soyqırımı” bəhanəsi
Finlandiyada gənc türkü yaralayan erməni futbol azarkeşinin qondarma “soyqırımı” bəhanəsi
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:57 06.11.2019

Finlandiyanın Turku şəhərində üç həftə əvvəl bu ölkənin futbol üzrə yığma komandasının Ermənistan üzərində 3:0 hesabı ilə inamlı qələbəsindən məyus olan erməni azarkeşlər qonşu tribunadakı finlərin üzərinə petarda atıb, onları təxribata çəkiblər. Ermənilərin xuliqanlığı nəticəsində meydan sahiblərini dəstəkləyən və fin azarkeşlərin arasında olan türk mənşəli şəxs yaralanıb. Finlandiya polisi onu yaralayan Yervand İsmailyan adlı erməni xuliqanı həbs edib.

Bu insidentdən sonra "əzabkeş xalq” öz adəti üzrə riyakar kampaniyaya start verib. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, ermənilər Finlandiya yığmasının onların komandasının qapısından üçüncü qolu keçirdikdən sonra fin azarkeşlərin təxribata əl atdıqlarını iddia edirlər. Bu, gülməli bəhanədir, çünki adətən qalib gələn komandanı dəstəkləyənlər yox, məğlub olanlar bu cür hərəkətlərə yol verirlər. Uydurulan yalanın inandırıcı olmadığını görən erməni xuliqan dəstəsinin (FAF-Erməni Fanatlar Cəbhəsi) başçısı iddia edib ki, fin azarkeşlərin arasında olan gənc türk 1915-ci ildə Osmanlı imperiyasında qondarma "erməni soyqırımı”nın yalan olması ilə bağlı şüarlar səsləndirib və "əzabkeş xalqın” nümayəndələri bundan narahat olublar. Bundan sonra onun üzərinə petarda atılıb, fin azarkeşlər isə ermənilərə butulkalarla cavab veriblər.

Turku şəhərinin polis departamentində ermənilərin bu sərsəm bəhanəsini cəfəngiyat adlandırıblar. Qeyd olunur ki, hazırda istintaq davam edir və həbsxana kamerasında özünü aqressiv aparan erməni xuliqan tezliklə məhkəmə qarşısına çıxarılacaq. Ermənistan XİN-in sözçüsü Anna Naqdalyan bildirib ki, Finlandiya tərəfi bu ölkənin İsveçdəki konsulunun onunla görüşməsinə icazə verməyib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM