06 Noyabr 2019 11:56
494
CƏMİYYƏT
A- A+

Kənd təsərrüfatı sahəsində Azərbaycan-ABŞ əməkdaşlığı Vaşinqtonda müzakirə olunub


Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumunda iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarında səfərdədir.

AZƏRTAC xəbər verir ki, nazir İnam Kərimovun rəhbərlik etdiyi heyət ABŞ-a səfər çərçivəsində Vaşinqtonda işgüzar görüşlər keçirib.

Dünya Bankının regional icraçı direktoru Verner Qruber və Beynəlxalq Maliyyə Korporasiyasının kənd təsərrüfatı əməliyyatları üzrə regional direktoru Tomas Telma ilə keçirilən görüşlərdə Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, kənd təsərrüfatı sektorunda aparılan islahatlar, həyata keçirilən innovativ layihələr barədə məlumat verilib. Aqrar islahatların əsas məqsədinin ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi olduğu bildirilib. Qeyd olunub ki, torpaq və su ehtiyatlarından daha səmərəli istifadə edilməsi vacibdir və dövlət bu sahədə dünyada tətbiq olunan müasir texnologiyaların ölkəmizə gətirilməsini təşviq edir. Kənd təsərrüfatına dövlət dəstəyinin genişləndirildiyi barədə məlumat verən heyət üzvləri Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı fərman və sərəncamların mahiyyətini görüş iştirakçılarının diqqətinə çatdırıblar. Əlavə edilib ki, ölkənin kənd təsərrüfatı texnikası bazarının tam liberallaşması bu sahəni xarici investorlar üçün cəlbedici edir.

Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları geniş müzakirə olunub. Tərəflər Oklahomada keçiriləcək forumun təcrübələri bölüşmək, aqrar sektorda tərəfdaşlıq və investisiya imkanlarını araşdırmaq üçün mühüm platforma olduğu qənaətini bölüşüblər.

Nümayəndə heyəti Vaşinqtona işgüzar səfər çərçivəsində Amerika Birləşmiş Ştatları Prezidentinin İcra Aparatının kənd təsərrüfatı üzrə müşaviri Qreqq Daud, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəsmisi Brok Bierman, ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlıq komissiyasının həmsədri Piter Xaas ilə də görüşüb. Görüşlərdə Azərbaycan-ABŞ əməkdaşlığı, ölkə iqtisadiyyatında, o cümlədən qeyri-neft sektorunda inkişaf tendensiyaları, əldə olunan nailiyyətlər müzakirə olunub. Görüş iştirakçıları iki ölkə arasında aqrar sahədə tərəfdaşlığın ikitərəfli münasibətlərdə inkişaf etdirilməli vacib istiqamətlərdən biri olduğunu bildirib, bu cür dialoqların əməkdaşlığı daha da genişləndirmək üçün gözəl imkanlar yaratdığını qeyd ediblər.

Nümayəndə heyəti Vaşinqtonda görüşləri başa vurduqdan sonra Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumunda iştirak etmək üçün bu ştata yola düşəcək. Qeyd edək ki, bu, 2019-cu ildə ABŞ və Azərbaycanın kənd təsərrüfatı istehsalçılarını bir araya gətirən sayca ikinci forumdur. Aprel ayında Çikaqoda keçirilən foruma İllinoys ştatının 33 şirkəti və Azərbaycanın 14 şirkəti qatılıb.

Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumunda heyvandarlığın inkişafı, orta və iri fermer təsərrüfatlarının idarə olunması, dənli və dənli-paxlalı bitkilərin müasir üsullarla becərilməsi məsələləri müzakirə olunacaq.

Forum Oklahoma Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı Departamenti, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi, Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyi və Amerikanın Azərbaycandakı Ticarət Palatası ilə tərəfdaşlıq çərçivəsində Birləşmiş Ştatlar-Azərbaycan Ticarət Palatası (USACC), Oklahoma Ticarət Departamenti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası ilə birgə təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video