Alternative content

16:34 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:45 14.11.2019 Xalqa xidmət missiyası
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezidentin siyasi qətiyyəti Azərbaycanın əlverişli coğrafi mövqeyindən səmərəli istifadəyə imkan verir
Prezidentin siyasi qətiyyəti Azərbaycanın əlverişli coğrafi mövqeyindən səmərəli istifadəyə imkan verir
ANA SƏHİFƏ / SİYASƏT
00:54 06.11.2019


Azərbaycan Şəqrlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm coğrafi mövqeyə malik ölkədir. Bir sözlə, ölkəmiz bu iki marşrutun əsas qovşaq mərkəzidir. Müstəqillik əldə etdikdən sonra Azərbaycan qədim İpək yolunun bərpasında təşəbbüskar ölkə kimi çıxış etdi. Məqsəd bu coğrafi imkandan istifadə edərək dünyanın ən işlək tranzit marşrutlarından birinin ölkəmizdən keçməsinə nail olmaq idi.

Şərq-Qərb beynəlxalq əhəmiyyətli tranzit marşrutunun bərpası asan məsələ deyildi. Çünki regionda olan ölkələrin hər biri bu nəqliyyat dəhlizinin öz ərazisindən keçməsi üçün səylə çalışırdı. Xüsusilə şimal qonşumuz Rusiya bu işdə daha fəal idi. Digər tərəfdən, bir sıra beynəlxalq güclər erməni lobbisinin maraqlarını nəzərə alaraq bu marşrutun reallaşmasına mane olurdu.

ABŞ və Avropa bankları layihəni maliyyələşdirməkdən imtina etdikləri üçün Azərbaycan Gürcüstan ərazisində görüləcək işlərin maliyyələşdirilməsini öz üzərinə götürdü. Çünki layihənin reallaşması ilk növbədə Azərbaycan üçün siyasi və iqtisadi dividendlər demək idi. Bu addımla yeni layihənin reallaşmasında qarşıya çıxan ən böyük maneə dəf edildi. Prezident İlham Əliyev BTQ-nin açılış mərasimindəki çıxışında demişdir:

"Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik. Biz heç bir yerdən heç bir yardım, heç bir kredit almadıq, öz daxili imkanlarımız hesabına bu yolu tikdik”.

Dövlət başçısı qeyd etmişdir ki, layihənin tam həyata keçirilməsi istiqamətində tərəfdaş ölkələrlə müvafiq danışıqlar aparılır. Ölkəmizin texniki təcrübəsi, yüksəkixtisaslı mütəxəssisləri və maliyyə resursları olduğu üçün Azərbaycanda layihənin həyata keçirilməsi istiqamətində bütün işlər bizim tərəfimizdən görülür. Bununla yanaşı, Azərbaycan dəhlizlə bağlı qonşu ölkələrdə görülən işlərin maliyyələşməsinə də yardım göstərir. Prezident onu da nəzərə çatdırmışdır ki, tranzit ölkələr təkcə yüksək gəlir əldə etmir, bu həm də həmin ölkənin dünyada siyasi çəkisini artırır. Yəni Bakı-Tbilisi-Qars marşrutunun tam istismara verilməsi Azərbaycana gəlir gətirməklə yanaşı, dünyanın geniş bir regionunda yerləşən ölkələrlə siyasi əlaqələri genişləndirməyə imkan yaradacaq.

Prezident onu da vurğulamışdır ki, regionda baş verən hadisələr, nəhəng enerji, nəqliyyat layihələri, digər sahələrdə aparılan işlər ölkəmizin siyasi çəkisini yüksək dərəcədə artırıb. Bunun sayəsində Azərbaycan böyük hörmətə, yüksək beynəlxalq nüfuza malik olan ölkəyə çevrilib.

Uzunluğu 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolunun 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı xətdir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ikinci mərhələdə 17 milyon ton, sonra daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulub. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Yeni marşrutun fəaliyyəti sayəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq, ondan istifadə edən bütün ölkələr arasında əməkdaşlıq genişlənəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və əlavə imkanlar yaradacaq.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi dünyada yük daşınmasında yeni imkan yaradıb. Bu marşrut yüklərin həm maya dəyəri, həm də vaxtında mənzil başına çatdırılması baxımından mövcud Süveyş kanalı marşrutundan sərfəlidir. Hazırda Asiyadan Avropaya yüklərin çox hissəsi dəniz yolu - Süveyş kanalı vasitəsilə daşınır. Əvvəllər bu marşrutla daşınan yüklərin nəqliyyat xərcləri baha başa gəldiyi üçün istehsalçı və alıcıların narazılığına səbəb olurdu. Odur ki, bir-biri ilə ciddi rəqabət aparan gəmiçilik şirkətləri vəziyyətdən çıxmaq üçün müvafiq tədbirlər həyata keçirməyə məcbur oldular. Onlar daşınan malların maya dəyərini aşağı salmaq üçün iritonnajlı, daha sürətli gəmilərdən istifadə etməyə başladılar. Nəticədə yükdaşımaların maya dəyəri 3 dəfə aşağı düşdü. Hazırda 21 min kilometr məsafəni 30-35 sutkaya qət etməklə bir konteyneri sifarişçilərə 850 dollara çatdırmaq mümkündür. Bununla belə, Bakı Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınması bütün parametrlərə görə yük göndərən və yük qəbul edənlər üçün daha sərfəlidir.

BTQ-nin əhəmiyyətini onun texniki imkanları da göstərir. Hazırda Çindən İngiltərə, Fransa, Almaniya kimi ölkələrə yükdaşıma müddəti təxminən 45-62 gündür. BTQ isə həmin yükləri 12-15 günə Avropaya çatdırmaq imkanına malikdir. Bundan başqa, dəmir yolu ilə yüklərin daşınmasının maya dəyəri də aşağıdır. Qeyd edilən faktor, sözsüz ki, BTQ-yə marağın artmasını təmin edir.

Azərbaycan beynəlxalq əhəmiyyətli digər bir layihənin də reallaşmasında önəmli oyunçuya çevrilib. 2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası sazişə əsasən, "Şimal-Cənub nəqliyyat dəhlizi”nin təməli qoyuldu. Azərbaycan bu prosesin mərkəzində rol almağa başladı. Belə ki, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovuşduğu coğrafi məkan Azərbaycandır. Bu o deməkdir ki, Şimal və ya Cənub dəhlizindən gələn yüklər Azərbaycan vasitəsilə həm Şərqə, həm də Qərbə göndərilə bilər. Həmin şərtlər ölkəmizi bu layihədə mühüm tərəfdaşa çevirib. Çünki Azərbaycan sözügedən layihələrdə iştirak etməsə, onların heç birini reallaşdırmaq mümkün deyildi.

"Şərq-Qərb nəqliyyat dəhlizi” kimi, "Şimal-Cənub dəhlizi” də region və regiondankənar ölkələrin diqqətini özünə cəlb edib. Bunun nəticəsidir ki, Azərbaycanla yanaşı, Belarus, Bolqarıstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı,Tacikistan, Türkiyə və Ukrayna da bu layihəyə qoşularaq onu qanuniləşdirmək üçün ratifikasiya etmişdir.

Həmin ölkələrin "Şimal-Cənub nəqliyyat dəhlizi”nə qoşulmaq istəməsi təbiidir. Belə ki, dəhlizin yaradılmasında əsas məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Qeyd edək ki, hazırkı marşrut üzrə yüklərin çatdırılma müddəti 6 həftədən çoxdur. Lakin mütəxəssislərin hesablamalarına görə, Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yüklərin daşınma müddətinin üç həftə olması gözlənilir.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM