Alternative content

16:36 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:45 14.11.2019 Xalqa xidmət missiyası
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölkəmiz demokratik və hüquqi dövlət quruculuğu yolunu tutub
Ölkəmiz demokratik və hüquqi dövlət quruculuğu yolunu tutub
ANA SƏHİFƏ / SİYASƏT
00:50 06.11.2019


Noyabrın 5-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə səfərdə olan Qırğızıstan Baş prokurorunun müavini Cəmilə Camanbayevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüşdə Ziyafət Əsgərov ölkəmizdə korrupsiyaya qarşı mübarizə ilə bağlı dövlət başçısı İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan sistemli tədbirlərin görüldüyünü, mütərəqqi antikorrupsiya qanunvericiliyinin formalaşdırıldığını bildirib. Qeyd edilib ki, Avropa Şurasının "Korrupsiyaya görə cinayət-hüquqi məsuliyyət haqqında” və "Korrupsiyaya görə mülki-hüquqi məsuliyyət haqqında” konvensiyalarına, Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı Konvensiyasına qoşulan ölkəmizdə milli dövlətçilik ənənələrinə və müvafiq dünya standartlarının tələblərinə cavab verən qanunvericilik bazası formalaşdırılıb. "Korrupsiyaya qarşı mübarizə haqqında”, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlar və digər mühüm normativ hüquqi aktlar qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli demokratik və hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə son dövrlərdə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluğun fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, mütərəqqi normativ hüquqi bazanın yaradılması, müasir informasiya texnologiyaları üzrə qabaqcıl təcrübənin tətbiq olunması, şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan yeni kadr siyasətinin reallaşdırılması ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.

Qırğızıstan Baş prokurorunun müavini Cəmilə Camanbayeva Azərbaycanın prokurorluq və məhkəmə sistemlərinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. O, iki qardaş ölkə arasında bu sahədə sıx əlaqələrin olmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Qonaq Azərbaycana bu səfərin təcrübə mübadiləsi baxımından çox faydalı olacağına və iki ölkənin müvafiq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı hüquqi sahədə əməkdaşlıq üzrə geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin deputatları Çingiz Qənizadə, Hikmət Məmmədov, Aydın Mirzəzadə və digərləri iştirak ediblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM