Alternative content

16:34 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:45 14.11.2019 Xalqa xidmət missiyası
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyevin islahatlar strategiyası: davamlı inkişafın yeni keyfiyyət mərhələsi
Prezident İlham Əliyevin islahatlar strategiyası: davamlı inkişafın yeni keyfiyyət mərhələsi
ANA SƏHİFƏ / SİYASƏT
00:48 06.11.2019


Respublika Ağsaqqallar Şurasının, "Azərbaycan” qəzetinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə konfransı


Müstəqilliyinin bərpasının 28-ci ilini geridə qoyan Azərbaycan özünün sürətli inkişaf, möhtəşəm quruculuq, güclü dövlətçilik dövrünü yaşayır. Əldə edilən bütün nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun və Prezident İlham Əliyevin fədakar fəaliyyətinin nəticələridir.

Bu günlərdə Respublika Ağsaqqallar Şurasının, "Azərbaycan” qəzetinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin Lənkəranda birgə keçirdikləri bölgə üzrə konfransı da Azərbaycanda gedən inkişaf proseslərinə, Prezident İlham Əliyevin islahatlar strategiyasına, bu islahatların gedişinə həsr olunmuşdu. Artıq ölkəmizdə davamlı inkişafın yeni keyfiyyət mərhələsi başlanılıb. Tədbirin iştirakçıları olan ağsaqqallar və gənclərimiz Prezident İlham Əliyevin yeni islahatlar strategiyası, ölkəmizin davamlı inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoyması ilə bağlı fikirlərini bildirdilər.

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Lənkəran şəhərində ucaldılmış abidəsi önünə gül qoydular, xatirəsini ehtiramla yad etdilər.

Konfransı giriş sözü ilə Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin komissiya sədri Fəttah HEYDƏROV açdı. Müstəqil Azərbaycanın şərəfli, mənalı, uğurlu dövrünü yaşadığını qeyd edən Fəttah Heydərov vurğuladı ki, istər ölkəmizin yüksəlişi, istər beynəlxalq səviyyədə qazanılan hər bir nailiyyət Azərbaycanın Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yolla, İlham Əliyevin rəhbərliyi ilə inamla addımlayıb inkişaf etdiyini təsdiqləyir:

- Respublikamızın tərəqqisi bütün ölkə ictimaiyyəti tərəfindən sevinc hissi ilə qarşılanır. Təbii ki, bu tədbirimizin iştirakçısı olan ölkə ağsaqqalları və gənclər Prezidentin apardığı siyasəti həmişə dəstəkləyib, onun ətrafında səfərbər olublar. Bu görüşümüzün məqsədi də ölkəmizdə gedən inkişaf prosesləri barədə müzakirə aparmaq, bu yolda ağsaqqalların və gənclərin roluna nəzər salmaqdır.

Ağsaqqallar bilirlər ki, Heydər Əliyev 1969-cu ildə rəhbərliyə başlayanda Azərbaycan 15 respublika içərisində ən axırıncı yerlərdən birini tuturdu. Ulu Öndərin sayəsində Azərbaycanda yeni həyat başladı. Onun müdrikliyi, insanların öz vətəninə, torpağına, Azərbaycan adına yaraşan fəaliyyəti nəticəsində Azərbaycan 15 respublika içərisində tanındı, fərqləndi. Məhz Azərbaycanın yüksəlişinin nəticəsi idi ki, Heydər Əliyev 1982-ci ildə SSRİ rəhbərliyinə irəli çəkildi. Heydər Əliyevin Moskvaya getməsi Azərbaycana daha çox xeyir verməyə başladı. Azərbaycanın problemlərinin həlli daha da asanlaşdı.

Eyni zamanda Heydər Əliyev dünyada tanınmış bir şəxsiyyətə çevrildi. Sovetlər İttifaqının rəhbərləri içərisində onun işıqlı siması, məsələlərin həllinə münasibəti Heydər Əliyevi dünyada tanıtdı. Bunun məntiqi nəticəsi olaraq Heydər Əliyevin mənsub olduğu Azərbaycanın adı da dünyada layiqincə tanınmağa başladı.

Aradan ötən illər bizə bu tarixin əzəmətini, möhtəşəmliyini tam mahiyyəti ilə anlamaq, Heydər Əliyev fenomeninin milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini mahiyyəti üzrə daha dərindən dərk etmək imkanı verir. Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövrlərdə xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrilmiş, milli dövlətçilik ənənələrinin formalaşması prosesi sürətlənmişdir. Bu zaman kəsiyi Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstutision haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması kimi misilsiz tarixi prosesi əhatələyir.

Ona görə biz belə görüşlərdə Heydər Əliyevin xatirəsini ehtiramla anırıq. Heç vaxt unuda bilmərik ki, Heydər Əliyevin rəhbərliyi illərində ermənilər Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edə bilmədilər. Bir qarış da torpağımızı zəbt edə bilmədilər. Azərbaycan xalqına düşmən kəsilən, Heydər Əliyevi gözü götürməyən Qorbaçovun paxıl niyyətləri nəticəsində Heydər Əliyev vəzifəsindən istefa verməli oldu.

Azərbaycanın ovaxtkı rəhbərliyi Heydər Əliyevə qarşı ədalətsiz davrandı. Onun Bakıya qayıtmasına imkan vermədi. Ulu Öndər 1990-cı ilin iyul ayında Naxçıvana gəldi. O, heç bir vəzifə uğrunda mübarizə aparmırdı. Heydər Əliyev Naxçıvanda xalqla birlikdə yalnız blokadada olan Naxçıvanın azadlığı uğrunda mübarizə apardı. Yenə də xalqın təkidi ilə seçkilərə qatıldı. Naxçıvan Ali Sovetinə seçkilərdən sonra ilk iclasda Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın üçrəngli bayrağı ucaldıldı. "Sovet” və "sosialist” sözləri Naxçıvanın adından çıxarıldı. Bütün bunlar inqilabi hadisələr idi. O zaman Heydər Əliyev heç bir vəzifə sahibi deyildi. Amma o, uzaqgörən, müdrik siyasətçi kimi böyük idrak sahibi idi. O, böyük bir xalqın gələcəyini düşünə bilən şəxsiyyət idi ki, bu addımı atdı. Sonrakı fəaliyyəti dövründə Heydər Əliyev Naxçıvanı qorudu, xilas etdi, ermənilərin Naxçıvanla bağlı planlarını alt-üst etdi.

Siz təsəvvür edin. SSRİ-nin dağıldığı dövrdə 15 pespublika içərisində yalnız Azərbaycan işğalla üzləşdi. Ermənilər o vaxt Azərbaycan rəhbərliyində təmsil olunan iqtidarların qətiyyətsizliyindən, ölkədəki siyasi böhrandan, hakimiyyət çəkişmələrindən istifadə edib torpaqlarımızı işğal etdilər.

Hələ sovet hakimiyyəti dövründə Azərbaycanı tənəzzüldən inkişaf yoluna çıxaran Heydər Əliyev müstəqilliyimizin bərkimədiyi 1993-cü ildə də öz yeni missiyasını böyük uzaqgörənliklə yerinə yetirdi. Müdrikliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və dəyanəti ilə müstəqilliyimizi qorudu. Ulu Öndərin bilavasitə rəhbərliyi altında, onun dühası, qətiyyətli siyasəti və dövlətçilik təcrübəsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin etibarlı əsasları yaradıldı. Ona görə Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidməti budur ki, o, ən kəskin və ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycanın dövlətçiliyini qorudu, ölkəni parçalanmaq təhlükəsindən xilas etdi. Bu gün xalqımızın bəhrəsini gördüyü uğurlu neft strategiyasının müəllifi Heydər Əliyev oldu. Eyni zamanda Heydər Əliyev hər bir sahə üzrə islahatın təməlini qoydu. Böhran həddində olan iqtisadiyyatımızda, sənayedə uğurlu islahatlar nəticəsində tərəqqiyə doğru inamlı dönüş yarandı. Hüquqi dövlət quruculuğu həyata keçirildi. Postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda effektli aqrar islahatlar aparıldı. Beləliklə, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı bu gün uğurları ilə qürur duyduğumuz Azərbaycan dövlətinin yaranması ilə nəticələndi.

Bu gün Prezident İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın möhtəşəm inkişaf salnaməsinin parlaq səhifələri yazılır. Heydər Əliyevin strateji inkişaf kursunu müasir mərhələyə uyğun zənginləşdirən dövlət rəhbərinin yürütdüyü məqsədyönlü siyasətin uğurları Azərbaycanın şanlı tarixinə çevrilir. Cəmiyyət dinamik inkişaf edir, müasir dünyada gedən proseslərə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, insanların yaşayış tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçirilir.

Bütün bunlar göstərir ki, dövlətimizin qurucusu Heydər Əliyevin həyata keçirdiyi siyasət bu gün uğurla davam etdirilir. Ulu Öndər 16 ildir ki, haqq dünyasına qovuşub. Lakin Heydər Əliyevin dühası, ideyaları yaşayır, xalqımızı yeni-yeni qələbələrə, daha yüksək zirvələrə aparmaqda davam edir. Bir neçə gün əvvəl müstəqilliyimizin bərpasının

28-ci ildönümünü də biz dövlətçilik tariximizin parlaq səhifələrini təşkil edən olduqca möhtəşəm nailiyyətlərlə qeyd etdik. Bəli, bu gün Azərbaycan bölgənin lideri, kosmik klubun üzvü, beynəlxalq enerji təhlükəsizliyində aparıcı dövlət, dünyada söz sahibidir. Şübhə yoxdur ki, yaşadığımız XXI əsrdə Azərbaycan bu yolla inamla irəliləyəcək, Heydər Əliyevin layiqli davamçısı, hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcək, güclənəcək və nailiyyətlərinin miqyasını daha artıracaq.

Hazırda ölkədə mühüm islahatlar aparılır. Bu islahatların uğurlu nəticələri ölkənin iqtisadi-sosial həyatında yaxından duyulur. Prezident İlham Əliyevin hər bir sahədə inkişafa nail olmaq üçün keçirdiyi islahatlar uğurlu nəticələr verməklə Azərbaycanın dinamik yüksəlişinə səbəb olur. Bu siyasət 2019-cu ilin əvvəllərindən olduqca mühüm nailiyyətlərlə əlamətdardır və görünən odur ki, respublikada həyata keçirilən islahatlar yeni mərhələyə qədəm qoyur. Bu baxımdan artıq yarısı geridə qalan 2019-cu ilin iqtisadi mənzərəsi Azərbaycanın qarşısına qoyduğu hədəflərə doğru inamla irəliləyən bir ölkə oduğunu nümayiş etdirir. Bu dövrün iqtisadi statistikası İlham Əliyevin həyata keçirdiyi inkişaf kursunun praktikada özünü tam doğrultduğunu ortaya qoyur.

Bu gün bu tədbirdə gənclərin ağsaqqallarla bir yerdə iştirakında da çox böyük məna var. Azərbaycanda istedadlı, savadlı, müasir dünyagörüşlü, əxlaqi keyfiyyətləri ilə digər xalqlara nümunə ola bilən gənclər ordusu formalaşıb. Bizim gənclərimiz təkcə Azərbaycanda deyil, digər ölkələrdə də təhsil alır, dövlətimizin, xalqımızın adını daim ucaldırlar. Belə bir şərait ona görə yaranıb ki, Azərbaycanda həyata keçirilən siyasət gənclərin öz bilik və bacarıqlarını realizə etmələrinə geniş imkanlar formalaşdırıb. İndiyədək respublikamızda gənclərlə iş sahəsində görülən işlər, bu istiqamətdə həyata keçirilən mükəmməl dövlət siyasəti gəncliyin inkişafına böyük təkan verib, onun cəmiyyətdə özünü təsdiq etməsində böyük rol oynayıb. Gənclərimiz beynəlxalq miqyasda cərəyan edən ictimai-siyasi proseslərdə də yaxından iştirak etməklə həm dünyaya inteqrasiya olunub, həm də ölkəmizi tanıdıb. Azərbaycan gəncləri bundan sonra da dövlət siyasətindən layiqincə yararlanacaq, layiqli vətəndaşlar kimi cəmiyyət həyatının bütün sahələrində fəallıq göstərəcək və bununla da onlara bəslənən etimadı hər sahədə doğruldacaqlar.

Ölkənin gələcəyi üçün siz gənclərin üzərinə şərəfli məsuliyyət düşür. Siz bu işdə Heydər Əliyev ideyalarına, Ulu Öndərin müəyyən etdiyi yolun davamçılarının, ağsaqqalların təcrübəsinə əsaslanmalısınız.

Azərbaycan daha da inkişaf etməlidir və bu yüksəlişdə hər bir vətəndaşın, o cümlədən ağsaqqalların və xüsusən gənclərimizin rolu mühümdür. Biz bu yolda İlham Əliyevin ətrafında daha sıx səfərbər olmalıyıq.

Prezident İlham Əliyevin böyük uğurla həyata keçirdiyi islahatların regionların sosial-iqtisadi və mədəni həyatına da yeni nəfəs verdiyini deyən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh QARAŞOV qeyd etdi ki, hər bir lənkəranlı bu islahatlar kursunun bəhrələrini özünün gündəlik həyatında, ailəsində, təhsilində, yaşadığı şəhərin, qəsəbənin, kəndin simasında aydın görür, bundan qürur duyur:

- Cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə getdikcə sürətlənən bu inkişaf proseslərində Lənkəran həmişə ölkədə öncül yerlərdən birini tutub. 2003-cü ildən bəri dövlət başçısının 1 dəfə Baş Nazir, 12 dəfə isə Prezident kimi rayonumuza ardıcıl səfərləri və bu səfərlər zamanı çoxlu sayda mühüm sosial əhəmiyyətli obyektlərin açılışında şəxsən iştirak etməsi, sakinlərlə mehriban, səmimi görüşləri lənkəranlılar üçün unudulmaz xoş xatirəyə çevrilib.

Lənkəran respublikamızın cənub bölgəsində, çox əlverişli coğrafi mövqedə yerləşir. Hələ qədim zamanlardan bu yer bölgənin iqtisadi və mədəni mərkəzi kimi tanınmış, tarixi İpək yolu üstündə yerləşdiyindən daim inkişaf edib və ətraf bölgələrin də inkişafında əhəmiyyətli rol oynayıb. Lakin burada yaşayan insanlar yaxşı bilirlər ki, Lənkəranın zamanına görə ən şöhrətli dövrü ilk növbədə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin qayğısı ilə keçən əsrin 70-80-ci illərində Lənkəran hərtərəfli inkişaf edib, geridə qalmış bir əyalətdən güclü aqrar-sənaye rayonuna çevrilib, təbii gözəlliyinə görə isə "cənub mirvarisi” adlandırılıb. İndi Lənkəran cənub bölgəsinin iqtisadi rayonunun mərkəzi olmaqla beynəlxalq əhəmiyyətli şəhərdir. Lənkəran Türkiyənin İsgəndərun, ABŞ-ın Kaliforniya statının Monterey və İtaliyanın Çerveteri şəhərləri ilə qardaşlaşma əlaqələri saxlayır.

Beynəlxalq əhəmiyyətli Şimal-Cənub nəqliyyat dəhlizinə daxil olan yeni Ələt-Astara magistral avtomobil yolunun rayonun ərazisindən keçməsi onun şöhrətini daha da artırıb. Lənkəranda bütün bölgə üçün müstəsna əhəmiyyəti olan beynəlxalq hava limanı fəaliyyət göstərir. Buradan xarici ölkələrə təyyarə reyslərinin açılması, dünya və Avropa səviyyəli, beynəlxalq əhəmiyyətli mədəni-kütləvi və idman tədbirlərinin, hətta Avropa İttifaqının yaranma günü - Şuman gününün qeyd olunduğu mərasimin keçirilməsi cənab Prezidentin regionların inkişafına göstərdiyi diqqətin parlaq sübutudur.

Ötən dövr ərzində qeyri-neft sektorunun sürətli inkişafı istiqamətində görülən işlər hesabına ölkəmizin digər regionlarında olduğu kimi, Lənkəranda da sosial-iqtisadi inkişaf dinamik şəkil alıb, rayonun iqtisadi imkanları artıb. Məhz cənab Prezidentin davamlı diqqəti ilə həyata keçirilmiş iri investisiya tutumlu layihələrin icrası rayonun simasını tamamilə dəyişib, onu iqtisadi cəhətdən güclü və turizmin inkişafı baxımından da perspektivli məkan kimi tanıtdırıb. Artıq rayonda güclü turizm infrastrukturu yaradılıb. Sahibkarlığın inkişafına verilən dəstək, iş adamlarına yaradılan əlverişli şərait hesabına rayonda turizm potensialı getdikcə genişlənir.

Zəngin fauna, flora və təbii ehtiyatları ilə zəngin olan Lənkəranda kurort və turizmin inkişafı üçün geniş imkanlar var. Xəzər dənizi və onun sahillərində müalicəvi əhəmiyyətli qara qumlu çimərliklər, müalicəvi termal sular, sərin bulaqlar, relikt və endemik bitki örtüklü sıx meşələr və dağlar, Qızılağac və Hirkan Milli parkları, qədim tarix, mədəniyyət abidələri, spesifik yerli mətbəx burada turizmin inkişafına geniş imkanlar verir. Turizmin inkişafı nəticəsində yaradılmış infrastruktur və xidmət sahələri əhalinin məşğulluq problemlərinin həllində də mühüm rol oynayır.

Rayonda fəaliyyət göstərən "Qafqaz Sahil”, "Palmalife”, "Lüks Lənkəran”, "Xan Lənkəran”, "Şah Saray” hotel kompleksləri, "Bəşəru”, "Palıdlı Sahil”, "Dörd Fəsil” istirahət mərkəzləri, "Mandarin” uşaq-əyləncə mərkəzi və digər göz oxşayan turizm obyektləri təkcə yerli turistlərin deyil, xarici turistlərin də diqqətini cəlb edir.

2017-ci ildə cənab İlham Əliyevin açılışında iştirak etdiyi 5 ulduzlu "Xəzər Palace” hotel kompleksi, 2018-ci il oktyabrın 15-də, prezidentliyinin 15 illiyinin tamam olduğu gündə təqdimatında iştirak etdiyi "İstisu” Sağlamlıq və İstirahət Mərkəzi, yeni Olimpiya İdman Kompleksi nəinki Lənkəranda, eləcə də regionda ən böyük turizm obyektləridir. Müqayisə üçün deyim ki, əgər 2003-cü ildə rayona cəmi 1000 nəfər turist gəlmişdisə, 2018-ci ildə bu rəqəm 23 min 128 nəfər təşkil edib. Onların da 15 faizi əcnəbi turistlərdir.

Ötən dövr ərzində rayonda geniş miqyasda tikinti-abadlıq və mədəni quruculuq işləri görülüb, yeni sosial obyektlər, istehsal müəssisələri inşa edilib, infrastruktur layihələr icra olunub, yeni iş yerləri açılıb. Rayonda sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı cənab Prezident tərəfindən 16 sərəncam imzalanıb və vaxtında icra olunub. Sosial-iqtisadi inkişafın sürətlənməsi hesabına 2018-ci ildə rayonda ümumi məhsul buraxılışı 2003-cü ilə nisbətən 7,3 dəfə artaraq 448 manata, kənd təsərrüfatı məhsulları 3,4 dəfə artaraq 105 milyon manata, sənaye məhsulu istehsalı 7,9 dəfə artaraq 39 milyon manata çatıb. Əsas kapitala yönəldilmiş investisiyalar 20,3 dəfə artaraq 160 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi 23,2 dəfə artaraq 143 milyon manat təşkil edib. Lənkəran rayonu artıq 3-cü ildir ki, dövlətdən dotasiya almadan yerli budcəsini daxili imkanları hesabına formalaşdırır. 2003-2018-ci illərdə Lənkəran rayonunda 31249-u daimi olmaqla 47528 yeni iş yeri açılıb, cari ildə isə ödənişli əsaslarla 1310 yeni iş yeri yaradılıb.

Bu dövrdə Lənkəran şəhərində Beynəlxalq Hava Limanı, Regional Müalicə Diaqnostika Mərkəzi, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev xatirə parkı, Gənclər Mərkəzi, Bayraq Meydanı tikilib istifadəyə verilmiş, Mərkəzi xəstəxana, Şəhər Mədəniyyət Mərkəzi, Xan sarayı əsaslı şəkildə təmir edilib.

Cənab Prezidentin xeyir-duası ilə fəaliyyətə başlamış "Nur süd” zavodu, "Pal Food” dondurma fabriki, "Gilan-Lənkəran konserv” zavodu, "Gilan-Lənkəran çay” fabriki kimi istehsal müəssisələri bu gün Lənkəranı əsl sənaye şəhəri kimi təqdim edir. Ötən ildən başlayaraq Lənkəranda xalçaçılığın inkişafına başlanılıb. Cənab Prezidentin müvafiq sərəncamı ilə yeni xalça fabriki istifadəyə verilib. Ötən il şəhərimizə səfəri zamanı cənab Prezidentin açılışında iştirak etdiyi xalça fabrikində 200 nəfərə qədər qadın xalça ustası çalışır.

2003-cü ildən bugünədək rayonda təhsilin maddi-texniki bazasının gücləndirilməsi və xalqın balaları üçün daha yaxşı təhsil şəraitinin yaradılması məqsədilə dövlət vəsaiti hesabına ümumilikdə 9236 şagird yerlik 44 məktəb, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə 2024 şagird yerlik 9 məktəb binası inşa edilib, 120 yerlik uşaq evi yenidən qurulub və 3676 şagird yerlik 4 məktəb binası əsaslı təmir olunub. Bu dövrdə 1-i dövlət vəsaiti, digəri isə özəl investisiya hesabına 2 uşaq bağçası tikilib istifadəyə verilib.

2019-cu ildə isə dövlət vəsaiti hesabına birtipli layihə üzrə Şıxəkəran kənd tam orta məktəbi üçün 432 şagird yerlik müasir məktəb binası və 4 kənddə qəzalı vəziyyətdə olan məktəblər üçün modul tipli binalar tikilib istifadəyə verilib. Hazırda dövlət vəsaiti hesabına birtipli layihə üzrə Gəgiran kəndində 264 yerlik təzə məktəbin və Kosalar kəndində 96 şagird yerlik modul tipli məktəbin, Heydər Əliyev Fondunun vəsaiti hesabına birtipli layihə üzrə 360 şagird yerlik Veravul kənd 2 nömrəli tam orta məktəbi və 632 şagird yerlik Haftoni qəsəbə tam orta məktəbi üçün yeni binaların tikintisi davam etdirilir.

Cənab Prezidentin müvafiq sərəncamları ilə rayonda ümumi uzunluğu 111,7 km olan Şürük-Vel-Qamışovka, Lənkəran-Vilvan-Osakücə-Tükəncil, Vilvan-Zövlə-Boladı-Liman, Liman-Nərimanabad-Balıqçılar, Aşağı Nüvədi-Kənarmeşə-Şürük, Hirkan-Daşdatük-Biləsər, Hirkan-Mamusta-Siyavər yaşayış məskənləri istiqamətləri üzrə magistral asfalt yollar çəkilib, bu yollarda ümumilikdə irili-xırdalı 50-dən çox körpü salınıb. Lənkəran-Lerik magistral avtomobil yolunun yenidən qurulub asfaltlanması da ərazilərdə yaşayan sakinlər tərəfindən böyük razılıqla qarşılanır.

Lənkəran şəhərində ilk dəfə olaraq dünya standartlarına cavab verən içməli su xətti istifadəyə verilib. Hazırda rayonda çox iritutumlu layihə olan su-kanalizasiya sisteminin əsaslı şəkildə yenidən qurulması, yaşayış məntəqələrinin kütləvi qazlaşdırılması və elektrik təsərrüfatının müasirləşdirilməsi işləri davam etdirilir.

Rayon subtropik zonada yerləşdiyindən burada digər sahələrlə yanaşı kənd təsərrüfatının inkişafı üçün də əlverişli şərait var. Keçmişdə Lənkəran özünün dadlı düyüsü, faraş tərəvəzi, ətirli çayı, sitrus meyvələri, gözəl təbiəti və digər təbii ehtiyatları ilə tanınmışdır. Bu imkanlar bu gün də Lənkəranda var. Əslində, kənd əhalisinin böyük bir hissəsinin gəlirləri birbaşa bu imkanlardan asılıdır. Ona görə də göstərilən sahələrin inkişafı üçün rayonda əməli işlər görülür. Xüsusilə cənab Prezidentin 2017-ci ilin sentyabr ayında Lənkərana səfəri zamanı keçirilmiş çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi rayon sakinlərində əsl işgüzar ab-hava yaradıb, onları torpaq ehtiyatlarından səmərəli istifadə etməyə həvəsləndirib.

Əlbəttə, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən islahatlar kursunun Lənkəran rayonuna bəxş etdiyi dinamik inkişafın tam təhlilini kiçik bir məruzədə vermək sadəcə mümkün olmadığından mən bu inkişafın paramertləri üzrə görülmüş işlər barədə Sizlərə mümkün qədər çox məlumatlar çatdırmağa çalışdım. Ən əsası, bildirim ki, cənab Prezident İlham Əliyevin uğurla apardığı islahatlar kursunun bəhrəsi kimi Vətənimiz Azərbaycanın tərəqqisi fonunda rayonumuzun da sürətli və hərtərəfli inkişafı lənkəranlıları hədsiz sevindirir, qəlblərini iftixar hissi ilə doldurur, onları daha səylə çalışmağa, bu inkişafa layiqli töhfələr verməyə ruhlandırır.

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın son illərdə yeni islahatlar mərhələsinə qədəm qoyduğunu deyən Milli Məclisin deputatı, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar SADIQOV diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin ilin əvvəlindən bəyan etdiyi islahatlar kursu bütün sahələri əhatə edir:

- Dünya Bankının hazırladığı "Doing Business-2020” hesabatında Azərbaycanın 20 ən islahatçı ölkə sırasında yer alması isə cənab İlham Əliyevin islahatlarının uğurlu nəticələr verdiyini bir daha təsdiqləyir.

Adətən dövlət problemlərlə üzləşəndə, çətinliyə düşəndə islahatlara əl atır. Ancaq cənab Prezident hesab edir ki, Azərbaycan bundan da sürətli inkişaf edə və daha yüksək zirvələrə yüksələ bilər. Məhz buna görə də həm idarəetmədə, həm kadr siyasətində, həm də iqtisadiyyatda yeni islahatlar kursu müəyyənləşdirib.

Tarixi, keçmişi unutmaq olmaz! Çünki keçmişini unudan gələcəyini qura bilməz! Bizlər 1990-cı illərin əvvəlində Azərbaycanda baş verən hadisələrin şahidiyik. Tanrı XX əsrin sonlarında xalqımıza ikinci dəfə müstəqil dövlət yaratmaq imkanı qismət edəndə ölkə daxilində nə həqiqi rəhbərimiz var idi, nə hamının qəbul etdiyi liderimiz! Çox ağır zamanlar keçirirdik! Xalq çox acınacaqlı günlər yaşayırdı. Hər kəs ümidsiz vəziyyətdə idi. Həqiqi rəhbər olmadığına görə başımıza oyunlar açdılar, müsibətlər gətirdilər. Ölkədə xaos və anarxiya bataqlığı, iqtisadi və siyasi böhran yaradaraq Azərbaycanı yenidən parçalamaq, xanlıqlar dövrünə qaytarmaq planını cızdılar.

Ancaq Azərbaycan xalqı özündə qüvvət tapıb vahidliyini, monolitliyini bəyan etdi və Ulu Öndər Heydər Əliyevi yenidən ölkə rəhbərliyinə dəvət elədi. Xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə dönən dahi şəxsiyyət düşmənlərimizin bütün planlarını alt-üst etdi, Azərbaycanı xaos və fəlakət burulğanından qurtardı. Üstəlik, müstəqilliyimizi əbədiliyə və dönməzliyə çevirərək müasir Azərbaycan dövlətinin memarı və qurucusu oldu.

Hazırda Azərbaycan Heydər Əliyev siyasi kursu ilə inamla irəliləyir. Cənab İlham Əliyev bu yolun ən layiqli davamçısıdır və onu öz təfəkkürü, uzaqgörən siyasəti və müdrikliyi ilə daha da zənginləşdirir. Ulu Öndərin gördüyü möhtəşəm işləri eyni qətiyyət və prinsipiallıqla davam etdirərək Azərbaycanı sabitlik, əmin-amanlıq adası kimi qoruyub saxlayır. Cənubi Qafqazın lider dövlətinə çevirərək iqtisadi qüdrətini, siyasi nüfuzunu daim artırır, xalqın güzəranını və rifahını dönmədən yüksəldir.

Bu bir həqiqətdir ki, Prezident İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk günlərdən çox uğurlu xarici və daxili siyasət yeridir. Bu siyasətin mərkəzində müstəqil Azərbaycanın mənafeyi, xalqın milli maraqları durur. Son 16 ildə cənab Prezidentin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət qısa müddətdə Azərbaycanı dünya birliyinin sayılıb-seçilən üzvünə, beynəlxalq tədbirlərin, qloballaşan dünyanın problemlərinin çözüldüyü məkana çevirib. İnkişafın Azərbaycan modeli, multikulturalizm modelimiz dünyanın diqqətini özünə çəkib, bir çox ölkələrdə öyrənilməyə başlanılıb.

Respublikanın bütün bölgələrində həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri regionların simasını büsbütün dəyişib. Bu gün Bakıdan istənilən bölgəyə səfər etdikdə insanın könlü açılır. Hər bir bölgəyə ən müasir avtomobil yolları çəkilib. Rayonlarda artıq elektrik enerjisi, içməli su, mavi yanacaq problemləri yaşanmır. Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, son illərdə ölkədə 15 min kilometr avtomobil yolu tikilib, 31 yeni elektrik stansiyası inşa olunub, 2500 meqavatlıq yeni güc yaradılıb, 4 böyük su anbarı tikilib, ölkə üzrə təbii qazla təminat 96 faizə çatdırılıb. Bundan başqa, ölkədə 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və ya yenidən qurulub, 44 Olimpiya İdman Kompleksi yaradılıb.

Ölkəmizdə sahibkarlıq sinfi formalaşıb və regionlarda iş adamlarının fəaliyyəti üçün lazımi şərait yaradılır, onlara dövlət tərəfindən güzəştli kreditlər verilir. Kiçik və orta sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının yüksəlişinə töhfələr verir.

Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri ilə həyata keçirilən transmilli layihələr dünyanın diqqətini çəkir. Dövlət başçısı hər hansı nəhəng layihəni reallaşdırmaq istəyəndə yalnız özünə, öz dövlətinə və xalqına güvənməklə bunu uğurla gerçəkləşdirir.

Əgər Ulu Öndər Heydər Əliyev inkişafın təməl daşı sayılan "Əsrin müqaviləsi” neft sazişinin bağlanmasına nail oldusa, cənab İlham Əliyev onun müddətini daha 30 il - 2050-ci ilədək uzatdı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz ixracı boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub qaz dəhlizi, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının tikintisi bu uğurlar sırasındadır. Azərbaycan həm də Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında fəal iştirak edir və üzərinə düşən bütün öhdəlikləri vaxtında icra edir. Bütün bunlar isə son 16 ildə görülən işlərin bir qismidir.

Bu uğurlarla yanaşı Azərbaycan siyasi cəhətdən də yüksəlişinin pik həddindədir. Cənab İlham Əliyev ölkəmizi dünyada söz sahibinə, etibarlı tərəfdaşa çevirib. Paytaxtımız Bakı isə ən mühüm forum və konfransların, Zirvə görüşləri və sammitlərin keçirildiyi məkan kimi tanınıb. Təkcə ötən ay Bakıda keçirilən mühüm toplantılara, dövlətimizin əldə etdiyi siyasi uğurlara nəzər yetirsək görərik ki, oktyabrda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü baş tutdu və təşkilata sədrlik Qırğızıstandan Azərbaycana keçdi. ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı 2022-ci ildə keçiriləcək konqresə evsahibliyi etmək istəyən şəhərlər sırasında olan Bakı şəhəri Sinqapur, Rio-de-Janeyro və Nyu-Dehli şəhərlərindən daha çox səs topladı. 3 ildən sonra Bakıda 68 ölkəni təmsil edən 398 təşkilatın üzv olduğu federasiyanın 6 mindən çox üzvünün iştirakı ilə möhtəşəm konfrans keçiriləcək. Oktyabrın 25-26-da Azərbaycan müstəqillik tarixində ən mühüm konfranslardan birinə evsahibliyi etdi. Bakıda BMT-dən sonra ikinci böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü reallaşdı və quruma sədrlik Venesueladan Azərbaycana keçdi.

Azərbaycan Prezidenti Bakı zirvəsində çıxış edərək torpaqlarımızın 20 faizinin işğalda olduğunu bir daha dünyaya bəyan etdi və hətta BMT-nin özünü də tənqid edərək islahatların vaxtının çatdığını söylədi. Eyni zamanda, dünyada gedən problemlərin həlli yollarını göstərdi.

Göründüyü kimi, cənab İlham Əliyev Azərbaycanı multikultural və beynəlxalq forumların, konfransların keçirildiyi məkana çevirməklə yanaşı, ölkəmizi dünyaya sülh carçısı kimi də tanıdır.

Bir sözlə, Azərbaycan etibarlı, strateji tərəfdaş kimi dünyaya qucaq açır. Dünyanın humanitar, qlobal siyasi prosesləri Azərbaycanda müzakirə olunur, mühüm bəyanatlar, qətnamələr qəbul edilir. Bu isə ölkəmizin, onun liderinin yüksələn nüfuzunun göstəricisidir, cənab İlham Əliyevin diplomatiyasının uğurlarıdır.

Biz də bu qətiyyətli siyasəti ilə Azərbaycana uğur gətirən Prezidentimizə inanırıq, güvənirik. Məhz onun müdrikliyinə, qətiyyətinə görə Azərbaycan bu gün inamla danışır. Rusiyada keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında cənab İlham Əliyev dünyanın böyük dövlətlərinin siyasətçiləri qarşısında qətiyyətlə bəyan etdi ki, "Qarabağ Azərbaycandır və nida işarəsi”. Bu müdrik ifadənin arxasında güc və özünəəminlik durur. Cənab İlham Əliyev bir daha dünyaya bəyan edir ki, Azərbaycan bu işğalla heç vaxt barışmayacaq.

MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən toplantısında isə Azərbaycan Prezidenti işğalçı Ermənistanın faşist xislətini ifşa etdi. Bu ölkənin baş naziri N.Paşinyan da cənab İlham Əliyevin yanında oturmuşdu. Lakin yenə də Azərbaycan Prezidentinin fikirləri qarşısında acız qaldı. Əlbəttə ki, belə Prezidentlə ancaq fəxr etmək olar.

Ancaq dövlət başçısı bu uğurlarla da razılaşmayaraq bu gün ölkədə yeni mərhələnin başlandığını deyir və gördüyü işlərin nəticəsi göz önündədir.Təkcə bu ilin ötən dövrdəki sosial-iqtisadi yüksəlişinə nəzər yetirsək, buna şahidlik etmiş olarıq. Bu il qeyri-neft sektorunda iqtisadi artım 3 faiz, qeyri-neft sənayesində isə 15 faiz olub. Valyuta ehtiyatlarımız artıq 50 milyard dollara yüksəlib. Şahibkarlara 130 milyon manat güzəştli kredit verilib. 186 ölkə ilə ticarət əməliyyatı aparılıb və xarici ticarət dövriyyəsi 25,3 milyard dollara çatıb. İxrac məhsullarının çeşidlərinin sayı artaraq 2780-ə, qeyri-neft ixracı 15,5 faiz artaraq 1,4 milyard dollar yüksəlib.

Prezidentin böyük sosial paketi 4,2 milyon insanın maddi vəziyyətini yaxşılaşdırıb və bir ildə maaşlar, pensiyalar, təqaüdlər, müavinətlər 2 dəfə qaldırılıb. Maaş və pensiyaların daha da artacağını söyləyən dövlət başçısı son günlər idarəetmə sisteminə də yenilik gətirib. Görünən odur ki, cənab Prezident idarəetmənin daha dinamik, daha təkmil olması istiqamətində çalışır.

Prezident yeni vəzifələrə təyin olunan məmurları qəbul edərək onlara ciddi tapşırıqlarını verir. Dövlət başçısı hesab edir ki, yeni vəzifəyə təyin edilən gənc kadrlar savadlı, bilikli, ilk növbədə, vətənə bağlı, hər hansı bir xarici təsirdən azad və vətənpərvər olmalıdırlar ki, ölkənin inkişafı üçün öz səylərini göstərə bilsinlər. Bu, ilk növbədə, dövlət rəhbərinin ölkədə müxtəlif sferaların inkişafında gənclərə böyük etimad göstərməsinin əyani təzahürüdür. Eyni zamanda, Prezidentin də dediyi kimi, məqsəd yaşlı nəslin vəzifədən uzaqlaşdırılması və ya gənclərin vəzifələrə gətirilməsi deyil. Əsas məqsəd işinin öhdəsindən gələ bilməyənlərin, vəzifəsini düzgün yerinə yetirməyənlərin əvəzlənməsidir. Hazırda ölkəmizdə çox təcrübəli, işinin öhdəsindən yüksək səviyyədə gələn yaşlı kadrlar var və gənc nəsil onların təcrübəsindən bəhrələnməli, öyrənməlidir.

Hər birimiz doğma Vətənimizi sevirik. Ancaq bu ölkəni istəməyən qüvvələr də var! Hətta təəssüflər olsun ki, antiazərbaycançı şəbəkəyə xidmət edən "sapı özümüzdən olanlar” da mövcuddur. Onlar bu ölkənin uğurlarına kölgə salmağa çalışır, Azərbaycana qara yaxmaqdan ötrü çirkin oyunlara əl atırlar. Hesab edirəm ki, düşmənə və xəbis niyyətlilərə yalnız birliyimiz, səmimi və səmərəli fəaliyyətimiz, vətənə və dövlət müstəqilliyinə məhəbbətimiz və fədakar əməyimizlə qalib gələ bilərik. Bu yolda hamı və hər kəs bacarığını əsirgəməməlidir!

Azərbaycanın ən böyük uğuru iqtidarla xalqın birliyi, vəhdətidir! Ən böyük nailiyyət ölkədə formalaşan möhkəm və dönməz sabitlikdir! Bu gün biz ağsaqqallarla, gənclərin nümayəndələri ilə bir araya gələrək bu sabitliyi, vəhdəti yaradan cənab Prezidentə dəstək olduğumuzu növbəti dəfə bəyan edirik! İnanırıq ki, cənab İlham Əliyev Azərbaycanı daha möhtəşəm gələcəyə aparır və ölkəmiz hər ötən il daha möhtəşəm uğurlara imza atacaqdır.

Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətlə Dağlıq Qarabağ problemini də həll edərək, dünyanın nümunə götürə biləcəyi dövlətə çevriləcəyik!

Çıxışına Ümummilli Lider Heydər Əliyevin "Yaşlı nəsil milli-mənəvi dəyərlərimizin qızıl fondudur” sözləri ilə başlayan Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının Gənclər Birliyinin sədri Əfsanə MAHMUDZADƏ bildirdi ki, son illər Azərbaycan xalqının həyatına əlamətdar dövrlərdən biri kimi daxil olub:

- Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan çox böyük uğurlar əldə edib. Bu gün ölkəmizdə böyük quruculuq işləri aparılır. Sevindirici haldır ki, bu proseslərdə gənclər də fəal iştirak edirlər. Azərbaycan gəncliyi kifayət qədər vətənpərvərdir. Biz bunun ən yaxşı nümunəsini Aprel döyüşlərində gördük. Azərbaycan gəncləri bir yumruq kimi Ali Baş Komandanın əmri ilə birləşməyə və işğalçını məhv etməyə hazır olduqlarını ən yüksək səviyyədə göstərdilər.

Biz müharibə şəraitində yaşayırıq. Buna görə daim döyüş ruhumuz, vətənə bağlılığımız, tariximizə dəyər verməyimiz ən yüksək səviyyədə olmalıdır. Azərbaycanın qədim dövlətçilik ənənələri və zəngin mədəni tarixi var. Bu tarixin və mədəniyyətin təbliği üçün Azərbaycan gəncliyi bütün imkanlardan istifadə edir. Təbii ki, gəncliyimizin belə vətənpərvər ruhda yetişməsinin ölkədə həyata keçirilən uğurlu gənclər siyasəti ilə birbaşa bağlılığı var.

Ölkəmizin aparıcı siyasi qüvvəsi olan, milli maraqların müdafiəsi və təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərən, Cənubi Qafqazın ən böyük partiyası olan YAP ötən müddət ərzində Azərbaycanın müasir və dinamik inkişaf edən ölkə kimi nüfuzunun daim artmasında mühüm rol oynayıb. Bu möhtəşəm proses indi də davam edir. Prezident İlham Əliyevin rəhbərliyi altında YAP milli maraqların ifadəçisi kimi Azərbaycanın hərtərəfli inkişafına öz töhfəsini verir, hər bir vətəndaşın siyasi və iqtisadi iradəsinin ən yüksək formada təmin olunmasına şərait yaradır. Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan YAP-ın fəaliyyətində Heydər Əliyevin ideya və arzuları ən ali səviyyədə həyata keçirilir.

2019-cu ilin ölkəmizin müstəqillik tarixinə böyük uğurlar, sürətli inkişaf, tərəqqi dövrü kimi yazılacağını deyən Lerik Rayon Ağsaqqallar Şurasının sədri Həmzə VƏLİMƏMMƏDOV bildirdi ki, Ulu Öndər Heydər Əliyevin "şah əsəri” olan Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə sabaha doğru inamla addımlayır:

- Bu il xalqımız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyini qeyd etdi. Tale Heydər Əliyevi Azərbaycan xalqına bəxt ulduzu kimi bəxş etmişdi. Heydər Əliyev az zaman kəsiyində Sovet İttifaqı kimi böyük bir dövlətdə istedadlı rəhbər, müdrik ağsaqqal kimi tanındı. Ağsaqqallıq sanki onun boyuna biçilmişdi. Ona ağsaqqallığı tale özü vermişdi. Taleyin verdiyi payı heç bir qüvvə ala bilmədi. Heydər Əliyevin rəhbərliyi altında işləmək, üç dəfə onun müqəddəs əlini sıxmaq, xeyir-duası ilə uzun illər rəhbər vəzifələrdə çalışmaq mənə də nəsib olmuşdu.

Ataların yolu oğulların yoludur, deyirlər. Azərbaycan ən güclü və qüdrətli dövrünü yaşayır. Ulu Öndərin siyasətini onun layiqli varisi, dövlət başçısı, beynəlxalq aləmdə tanınmış lider cənab İlham Əliyev davam etdirir. İlham Əliyevin 16 il prezidentliyi dövründə əldə etdiyimiz nailiyyətlər hər birimizin qəlbini fərəhlə doldurur. Ölkəmiz inkişaf dinamikasına görə ön sıradadır. Azərbaycan təkcə iqtisadi-sosial amillərlə deyil, mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti ilə dünyanı heyran qoyur.

Ağsaqqallar dövlət başçısının rəhbərliyi altında quruculuq işlərində fəal iştirak edir, zəngin həyat təcrübələri ilə gənclərə nümunə göstərirlər. Bunu Lerikin timsalında da aydın görmək olar. Cənab İlham Əliyev Lerikə dörd dəfə səfər etmişdir. Bu səfərlərdən sonra dəniz səviyyəsindən 2400 metr yüksəklikdə yerləşən dağ kəndlərinə 184 kilometr asfalt yol, 54 kəndə 422 kilometr uzunluğunda qaz kəməri çəkilmişdir. 4650 ailə mavi yanacaqdan istifadə edir. 74 kənddə müasir tələblərə cavab verən yeni məktəblər qapılarını şagirdlərin üzünə açmış, neçə-neçə həkim məntəqəsi, kitabxana, poçt şöbəsi, ticarət, ictimai iaşə obyekti istifadəyə verilmiş, yaşayış məntəqələrinə avtobus marşrutları açılmış, yaraşıqlı evlər tikilmiş, bağ-bağçalar salınmışdır. Rayon mərkəzi Lerik şəhər statusu almış, dağların ağ şəhərinə çevrilmişdir. Şəhərə dağlardan ikinci su kəməri çəkilib istifadəyə verilmişdir. Leriklilər 24 saat bulaq suyundan istifadə edirlər.

Cənab İlham Əliyevin müəllifi olduğu yeni islahatlar inkişafımızın sürətlənməsinə böyük töhfələr vermişdir. Onun son vaxtlar respublikada apardığı kadr islahatlarını biz ağsaqqallar da bəyənib dəstəkləyirik. Biz öz dövrümüzü yaşamışıq, xalqımıza, vətənimizə şərəflə xidmət etmişik. İndi estafet cavanlarındır. Bizim vəzifəmiz onları dəstəkləmək, fəaliyyətlərini düzgün istiqamətləndirməkdir.

Regionun ağsaqqalları, ziyalıları, gəncləri həmişə Prezidentin yanındadırlar. İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir. Bunu xalqına və vətəninə xidməti, xeyirxah əməlləri ilə sübut edib. Onun sosial islahatları bütün bölgələrdə olduğu kimi, Lerikdə də sakinlərin rifahının yüksəlməsinə səbəb olub.

Hazırda ölkədə yeni islahatlar kursunun həyata keçirildiyini deyən Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Sahil HÜSEYNZADƏ bildirdi ki, bu, inkişafın Azərbaycan modelinin yeni mərhələsidir:

- "Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir” - bu ifadə Prezident İlham Əliyevin Azərbaycanın inkişafı və rifahı üçün dəyişməz fəaliyyət strategiyasıdır. Hazırda cənab Prezident tərəfindən yeni islahatlar kursu həyata keçirilir. Bu, onu göstərir ki, Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub.

Azərbaycan Prezidentinin uğurlu siyasəti ölkəmizin sürətlə inkişafına böyük töhfələr verməklə yanaşı, həm də qlobal məkandan gələn maneələrdən, mənfi təsirlərdən qoruyur. Prezidentimizin "Valday” Beynəlxalq Diskussiya Klubunda qətiyyətlə vurğuladığı "Qarabağ Azərbaycandır və nida işarəsi” fikri bu gün istər ordumuzda, istərsə də vətəndaşlarımızın dilində devizə çevrilib. Bizi birləşdirən, ruhlandıran yeni ideyaya dönüb. Müdrik xalqımız da hər zaman öz liderini, onun iradəsini dəstəkləyir. Əzmkar fəaliyyəti, güclü iradəsi ilə cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir.

Azərbaycanda uğurla reallaşan dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını realizə etməyə geniş imkanlar açıb. Bunun nəticəsidir ki, cəmiyyət həyatının ən müxtəlif sahələrində gənclərin xüsusi çəkisi ildən-ilə yüksəlməkdədir. Respublikamızda gənc nəslin inkişafına göstərilən yüksək dövlət qayğısı, onların fəaliyyətinin stimullaşdırılması həm də kreativ təşəbbüsləri və qabiliyyətləri ilə fərqlənən gənc liderlərin formalaşması ilə müşahidə olunur.

Hazırda gənclər cəmiyyətimizin fəal təbəqəsidir. Çox şadam ki, bu gün Azərbaycan gəncləri çox fəaldırlar, vətənpərvərdirlər. Bugünkü gənclik etibarlı gələcəyin təminatçısıdır. Son dövrlərdə gənclərimizin daha çox inkişafı, onların beynəlxalq aləmdə Azərbaycanımızı uğurla təmsil etməsi bizi hədsiz sevindirir.

Bu gün Azərbaycan gənci idman və bilik olimpiadalarının qalibidir. Azərbaycan gənci Lələtəpəyə bayraq sancan qəhrəman əsgərdir. Azərbaycan gənci öz yüksək intellekti ilə dünyanı heyrətləndirən ixtiraçıdır. Azərbaycan gənci bacarıqlı iş adamıdır, nümunəvi dövlət məmurudur.

Bu gün dünyada ciddi böhranların baş verdiyi, münaqişələrin, müharibələrin getdiyi bir dönəmdə cənab

İlham Əliyev Azərbaycanı sabitlik adasına çevirib. Gənclər də bu imkandan maksimum yararlanaraq böyük uğurlar qazanırlar. Ona görə də əminliklə söyləyə bilərik ki, cənab İlham Əliyev Azərbaycan gənclərinin böyük hamisidir. Gənclər də öz növbəsində hər zaman İlham Əliyev siyasətinin dəstəkçisi və bu siyasətin davamçılarıdırlar. Gənclər əmindirlər ki, Azərbaycan məhz cənab İlham Əliyevin rəhbərliyi ilə xoşbəxt, parlaq gələcəyə qovuşacaq və bu yolda bir vətəndaş olaraq gənclər də cənab Prezidentin yanında olacaqlar.

Şirvan Şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin RƏHİMOV qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin xalq, vətən qarşısında ən böyük xidmətlərindən biri də İlham Əliyev kimi praqmatik düşüncəli, məntiqli, geniş dünyagörüşünə malik bir şəxsiyyət yetirməsidir:

- Ümummilli Lider Heydər Əliyevin daxili və xarici siyasət kursu, dövlət quruculuğu konsepsiyası möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab İlham Əliyevin prezidentlik dövrü ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən sosial-iqtisadi inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyələnir.

Bu gün Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən regionlarda ciddi islahatlar aparılır. Ölkədə uğurla həyata keçirilən islahatlar Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında reallaşır.

Möhtərəm Prezidentimiz bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılması, vətəndaşlarla birbaşa ünsiyyət qurmaq üçün Azərbaycanın müxtəlif şəhər və rayonlarına vaxtaşırı səfərlər edir. Biz şirvanlılar bunu şəhərimizin timsalında daha aydın görürük. Prezident İlham Əliyevin son 16 ildə 8 dəfə Şirvan şəhərində səfərdə olması, yeni təhsil, səhiyyə və mədəniyyət ocaqlarının, istehsal müəssisələrinin, yaşayış binalarının, Müdafiə Sənayesi Nazirliyinin Telemexanika və "Araz” zavodlarının yeni istehsal sahələrinin, Olimpiya İdman Kompleksinin, "Cənub” Elektrik Stansiyasının, Bayraq meydanının, Kür çayı üzərində körpünün təməlqoyma və açılışı mərasimlərində iştirakı, şəhərin içməli su kəməri və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində görülən işlər bunu bir daha təsdiq edir. Biz şirvanlılar möhtərəm Prezidentimiz İlham Əliyevin şəhərimizə verdiyi bu töhfələri hər bir şəhər sakininə göstərdiyi diqqət və qayğının təzahürü kimi dəyərləndiririk.

Ölkə Prezidenti İlham Əliyevin bir kəlamını diqqətə çatdırmaq istəyirəm: "Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir və xalq-iqtidar birliyi bu gün göz qabağındadır. Bizim uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır. Bu müsbət meyillərin gücləndirilməsi, əlbəttə ki, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəkdir”.

Bəli, Azərbaycanda xalq-iqtidar birliyi beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilir. Dünya İqtisadi Forumunun "Siyasətçilərə ictimai etimad” adlanan kateqoriyasında ölkəmizin dünyada 20-ci yerə yüksəlməsi əhali arasında aparılan sorğulara əsaslanıb.

İslahatlardan danışarkən Prezident İlham Əliyevin milli maraqlara söykənən sosial siyasətini qeyd etmək olduqca vacibdir. Cari ilin əvvəlindən ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində əməkhaqqı, pensiya, müavinətlər, təqaüdlərin artırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili və s. buna bariz nümunədir.

Bu gün ölkəmizdə sabitlik hökm sürür, əhalinin maddi rifah halının yüksəldilməsi istiqamətində Prezident İlham Əliyev islahatları uğurla davam etdirir. Biz hamılıqla əl-ələ verib ölkədəki sabitliyin qorunmasına çalışmalıyıq. Hər sahədə biz ölkə Prezidentinə dayaq, dəstək olmalıyıq.

Konfransda Masallı Ağsaqqallar Şurasının sədri Ələşrəf NİFTİYEV, Neftçala Ağsaqqallar Şurasının sədri Zakir SAİLOV, Salyan Ağsaqqallar Şurasının sədri Beydulla İMANOV, Cəlilabad Ağsaqqallar Şurasının sədri Əliheydər ƏSƏDOV, Cəbrayıl rayonu Gənclər və İdman İdarəsinin rəisi Emil MƏSTƏLİYEV, YAP Astara rayon təşkilatı Gənclər Birliyinin sədri Asiman QASIMLI, Hacıqabul rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh ƏLƏSKƏROV, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy FƏTƏLİYEV də çıxış etdilər.

Çıxışlarda qeyd olundu ki, müstəqil Azərbaycan bütün həyatını ölkəsinə və xalqına həsr etmiş Ulu Öndər Heydər Əliyevin bizim üçün ən əziz və müqəddəs yadigarıdır. Ulu Öndərin siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev bu əmanəti göz bəbəyi kimi qoruyaraq məqsədyönlü siyasəti ilə inkişafa, tərəqqiyə doğru inamla aparır. Xalqın etimadını layiqincə doğruldan cənab İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan dünyanın ən sabit, ən mütərəqqi və sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Ölkəmizdə hər sahədə güclü inkişaf və tərəqqi var. Ardıcıl qəbul olunmuş dövlət proqramlarının icrası respublikamızın həm iqtisadi, həm də sosial sahədə olduqca dinamik və hərtərəfli inkişafını təmin edir. Ulu Öndərin "Azərbaycan dünyaya bir günəş kimi doğacaq” məşhur ifadəsi bu gün çiçəklənən Azərbaycanımızda bütün möhtəşəmliyi ilə özünü göstərir. Bu inkişafın təməlində həm də ölkəmizdəki siyasi sabitlik, xalqla rəhbərin sarsılmaz birliyi dayanır.

Konfrans iştirakçıları onu da bildirdilər ki, ağsaqqal sözünə həmişə böyük ehtiyac olub. Bu gün gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində ziyalıların, ağsaqqalların və veteranların bugünkü fəaliyyətini yüksək qiymətləndirmək lazımdır. Bu cür konfransların keçirilməsi isə yaşlı nəslin nümayəndələrinin həyat təcrübəsinin öyrənilməsində, gənclərə vətənpərvərlik ruhunun aşılanmasında, onlarda dövlətçiliyə sədaqət, ölkənin inkişafında daha fəal iştirak etmək kimi hisslərin formalaşmasında və güclənməsində böyük önəm kəsb edir.

Bu gün ağsaqqallar öz missiyalarını uğurla yerinə yetirir, gənclərimiz isə dövlət və xalq qarşısında öz vəzifələrini layiqincə dərk edirlər. Bütün bunlar bizi həm də ölkədə həyata keçirilən siyasət ətrafında daha da sıx həmrəy edir. Çünki Heydər Əliyevin başlatdığı, İlham Əliyevin həyata keçirdiyi bu siyasət dövlət və xalqın milli maraqlarını özündə ehtiva edir.

Respublikamızın suverenliyinin qorunması, sosial-iqtisadi inkişafın sürətlənməsi, milli-mənəvi dəyərlərin təbliği və nəsildən-nəslə ötürülməsi kimi vacib məsələlərin bu gün xüsusi prioritet təşkil etdiyini vurğulayan Prezident Administrasiyasının məsul əməkdaşı Rasim MİRZƏYEV qeyd etdi ki, həqiqətən də ağsaqqallarla gənclər arasında təmaslar mütəmadi xarakter daşımalı və belə görüşlər tez-tez baş tutmalıdır:

- Gənclərin ağsaqqallardan öyrənəsi hələ çox məsələlər var. Bu, onların həyat təcrübəsini daha da artırar və dünyagörüşünü zənginləşdirər. Bütün bunların səmərəli olması üçün gənclərin ağsaqqallara güvənməsi və məsləhətlərinə əməl etməsi vacibdir.

Ümumiyyətlə, hər bir xalqın inkişafında sağlam, vətənpərvər gənclik mühüm rol oynayır. Bu gün Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edir.

Gəncliyin qarşısında duran birinci məsələ isə vətənpərvərlikdir. Vətənpərvərlik ruhuna müxtəlif parametrlərdən, həm dini, həm siyasi, həm də ideologiya baxımından çox ciddi yanaşılmalıdır. Bu gün reallıqda Ali Baş Komandan nümunəsi var. Prezident İlham Əliyevin vətənpərvərliyi, mükəmməl dünya görüşü, siyasi mədəniyyəti, daim xalqın içində olması çox gözəl nümunədir. Vətənpərvərlik tərbiyəsi öz vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Təsadüfi deyil ki, dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir.

Sevindirici haldır ki, bu gün ona bəslənən etimadı doğruldan Azərbaycan gəncliyi cəmiyyətin bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Gənclərin ağsaqqalların təcrübəsindən faydalanması çox vacib məqamdır. Gənclərin vətənə məhəbbət, milli-mənəvi dəyərlərə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində ağsaqqalların rolu böyükdür. Dünyada gedən qloballaşma prosesləri onu göstərir ki, bu gün ağsaqqallar və müdriklər Azərbaycan gəncliyinə doğru yolu göstərməli, onların düzgün istiqamətdə irəliləməsi üçün bütün vasitələrdən istifadə etməlidirlər.

Ağsaqqallarımız gənclərimizə böyük ümidlər bəsləyirlər. Biz onlarla birlikdə vətənimizin doğma parçası olan Qarabağın azad edilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Gənclərə göstərilən dövlət qayğısı göz önündədir və çalışmalıyıq ki, bu tempi aşağı salmayaq. Gənc nəslə qayğı göstərək ki, ondan sonrakı gənc nəsil də bu ənənəni davam etdirsin.

Konfransa yekun vuran Fəttah HEYDƏROV dedi:

- Hesab edirəm ki, çox məzmunlu, maraqlı konfrans keçirdik. Ağsaqqallarımız və gənclərimiz ölkədə gedən quruculuq, inkişaf və islahat prosesi barədə qənaətlərini bölüşdülər. Hər birimizin mövqeyi aydındır. Hamımız Prezident İlham Əliyevin inkişaf strategiyasını birmənalı dəstəkləyir, bu işdə ona hər cür yardım göstərməyi borcumuz hesab edirik.

Göründüyü kimi, Prezident İlham Əliyevin müəllifi olduğu milli inkişaf prosesində regional yüksəliş mühüm yer tutur. Abadlıq, quruculuq rayonlarda əsas fəaliyyət istiqamətidir. Kəndlər şəhər görkəmi alır, bölgələr müasirləşir, zəruri infrastrukturlar yaradılır. Yeni sosial islahatlar konsepsiyası bölgələrdə əhalinin güzəranında real təzahür edir. Həmçinin Heydər Əliyev Fondu regionlarda xeyirxahlığın, mərhəmətin və quruculuğun əsas ünvanına çevrilərək ümumi inkişaf prosesinə böyük töhfə verir.

Prezident İlham Əliyev hər bir azərbaycanlının prezidentidir və bunu daim sübut edir. Dövlət başçısının son sosial islahatları, maaşların, təqaüdlərin, müavinətlərin artımı bölgələrdə sakinlərin rifahını yüksəldir. Bu gün Prezidentimizin arxasında möhtəşəm xalq iradəsi, millət dəstəyi dayanır.

Bütün inkişafın zəmini Heydər Əliyev siyasi kursunun uğurlu davamıdır. Ən əsası isə Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar kursu milli inkişafın davamlılığına və sürətlənməsinə mühüm töhfə verir.

Ağsaqqalların əsas vəzifəsi ölkədəki sabitliyin qorunmasına çalışmaq və uğurlar barədə gəncləri düzgün məlumatlandırmaqdır. Bugünkü tədbirdə bir daha aydın oldu ki, gənclər də İlham Əliyevin yeni islahatlar kursunu tam dəstəkləyir və Ali Baş Komandanın çağırışına əsasən Zəfər Nidasını Qarabağda qoymağa tam hazrdırlar.

Bu gün Prezident İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yeni şanlı səhifələrini yazır. Yeni inkişaf, quruculuq salnamələrini yaradır. Xalqımız bu şərəfli yolda daim Pezidentimizə dəstəkdir.


"AZƏRBAYCAN”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM