06 Noyabr 2019 00:40
521
İQTİSADİYYAT
A- A+

İşsizlikdən Sığorta Fondunun 2020-ci il üçün büdcə xərclərinin istiqamətləri açıqlanıb


İşsizlikdən Sığorta Fondunun 2020-ci il üzrə büdcəsinin 128,2 milyon manat təşkil edəcəyi planlaşdırılır ki, bu da 2019-cu ilə nisbətən 30 faiz çoxdur.

Fondun 2020-ci il büdcəsinin əsas xərc istiqaməti kimi 63,7 milyon manat vəsaitin özünüməşğulluq proqramının icrası işlərinə, proqrama cəlb olunanların kiçik təsərrüfat və müəssisələrini yaratmaları üçün onlara aktivlərin alınmasının maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.

Həmçinin fondun gələnilki büdcəsindən işsizliyə görə sığorta ödənişləri üçün 5 milyon, peşə hazırlığı və əlavə təhsil kurslarının və peşəyönümü məsləhət xidmətlərinin, əmək yarmarkalarının və əmək birjalarının təşkili, "E-əmək birjası” portalının yaradılması, peşə standartlarının hazırlanması üçün 9,5 milyon manat ayrılması nəzərdə tutulur.

Haqqı ödənilən ictimai işlərin təşkilinə isə İşsizlikdən Sığorta Fondundan gələn il 2 milyon manat ayrılması planlaşdırılıb.

Sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin müddətli (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 3 milyon manat yönəldilməsi də fondun 2020-ci il üçün büdcə layihəsinin xərclər istiqamətlərinə daxildir.

Gələn il DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi, növbəti ildə yeni DOST mərkəzlərinin və 2 regional peşə tədrisi mərkəzinin yaradılması, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, Dövlət Məşğulluq Xidmətinin saxlanması, elektron xidmətlərin genişləndirilməsi və s. işlərdə də İşsizlikdən Sığorta Fondu mühüm dəstək olacaq. Bu istiqamətlər üzrə fonddan 43 milyon manat vəsait yönəldilməsi nəzərdə tutulur.

Habelə sosial müdafiəyə ehtiyacı olanların məşğulluğu üçün məqsədli proqramlar, əmək hüquqlarının həyata keçirilməsi və digər aktiv tədbirlər üçün fonddan ayrılması planlaşdırılan vəsait 2 milyon manat təşkil edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video