Alternative content

16:35 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:45 14.11.2019 Xalqa xidmət missiyası
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dahi şairə həsr olunmuş ədəbi-bədii məclis
Dahi şairə həsr olunmuş ədəbi-bədii məclis
ANA SƏHİFƏ / Mədəniyyət
00:39 06.11.2019


Bəşəri dəyərlər şairi İmadəddin Nəsiminin 650 illik yubileyi möhtəşəm bir hadisədir. Cahana sığmayan dahi söz ustadı dünyanın sevimlisinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin "Nəsimi ili” elan olunması mütəfəkkir şairə olan ehtiramı daha da artırmışdır.

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının, Kürdəmir Regional Mədəniyyət İdarəsi və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İmişli rayonunda İmadəddin Nəsimiyə həsr olunmuş ədəbi-bədii məclis keçirilmişdir. "Nəsimi ili” çərçivəsində olan bu tədbiri giriş sözü ilə N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açmışdır.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edərək tədbir iştirakçılarını salamlamış, bu əlamətdar hadisə münasibətilə onları təbrik etmişdir. Natiq 2019-cu ilin "Nəsimi ili” elan edilməsi ilə əlaqədar sərəncam vermiş, Prezident İlham Əliyevə rayon ictimaiyyəti adından dərin minnətdarlığını bildirmiş, bu əlamətdar hadisəni ölkə rəhbərinin klassik ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə göstərdiyi misilsiz diqqət və qayğının təzahürü kimi dəyərləndirmişdir.

Tədbirdə AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent, Nəsimi irsini araşdıran qrupun rəhbəri Səadət Şıxıyeva, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbə müdiri, filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli Nəsiminin keşməkeşli həyatından, yaradıcılığından, Nəsimi dühasının bəşəri xüsusiyyətlərindən danışmışlar.

Tədbirdə "Nəsimi” filmindən kadrlar, eləcə də dövlətin böyük şairin irsinə verdiyi dəyəri, "Nəsimi ili” çərçivəsində keçirilən tədbirləri əks etdirən süjetlər nümayiş etdirilmişdir. Tədbirdə Beyləqan rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Gənclik Xalq Teatrının aktyorları Elnur Abbasov, Əbdülhəsən Tağıyev "Mən bu cahana sığmazam” tamaşasından bir səhnəni, İmişli rayon Mədəniyyət Mərkəzinin əməkdaşları Sərvər Şirinov, Sənəm Məmmədli, Baxış Babaşov, Elnur Məcidov, Kərim Əhmədov hazırladıqları "Nəsimi” kompozisiyasını da tamaşaçılara təqdim etmişlər.

Əməkdar mədəniyyət işçiləri Aşıq Ağamurad Şirvanlı, balabançı Rasim Ələsgərov, xanəndələrdən 5-ci Televiziya Muğam Müsabiqəsinin qalibi Nisbət Sədrayeva və Elbrus Niftəliyev, qiraətçi Hacı Fərəc Əliyev öz ifaları ilə mərasimə xüsusi təravət, xoş ovqat və bədii ab-hava bəxş etmişlər.

Tofiq ABDULLAYEV



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM