Alternative content

15:20 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çilidə hökumət əleyhinə etirazlar səngimir
Çilidə hökumət əleyhinə etirazlar səngimir
ANA SƏHİFƏ / DÜNYA
21:00 05.11.2019


Çilidə 19 gündür hökumət əleyhinə etirazlar davam edir. Nümayişlər nəticəsində indiyədək 23 nəfər həlak olmuş, 1200 nəfərdən çox adam yaralanmışdır.

Paytaxt Santyaqoda aksiya iştirakçıları metro biletlərinin qiymətinin artmasına etiraz edirlər. Bundan əlavə, nümayişçilər əməkhaqqını və pensiyaları artırmağı, dərmanların qiymətini azaltmağı tələb edirlər.

Həmkarlar ittifaqları və qeyri-hökumət təşkilatlarının çağırışı ilə Santyaqonun minlərlə sakini irimiqyaslı etiraz aksiyasında iştirak etmişdir. Etirazçılar Prezident sarayının qarşısında və İtaliya meydanında toplaşmışdılar.

Yerli KİV-in xəbərinə görə, etirazçılarla təhlükəsizlik qüvvələri arasında vaxtaşırı toqquşmalar baş verir. Polis aksiyanın aqressiv əhvali-ruhiyyəli iştirakçılarına qarşı təzyiqli sudan və gözyaşardıcı qazdan istifadə etmişdir. Nəticədə iki polis qadın yaralanmış və xəstəxanaya aparılmışdır.

Etiraz aksiyaları təkcə Santyaqoda deyil, Çilinin Konsepsyon və Valparaiso kimi digər şəhərlərində də davam edir.

Bu arada Çilidə 6 bal gücündə zəlzələ baş vermişdir. ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri Kokimbo vilayətinin İlyapel şəhərindən 28 kilometr cənub-qərbdə olmuşdur. Yeraltı təkanları ölkənin beş regionunun, habelə paytaxt Santyaqonun sakinləri hiss etmişlər. Tələfat və dağıntılar barədə məlumat verilmir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM