Alternative content

01:16 18 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yaponiyada UNESKO siyahısında olan obyektlər yandı
Yaponiyada UNESKO siyahısında olan obyektlər yandı
ANA SƏHİFƏ / DÜNYA
21:00 05.11.2019


Yaponiyanın Gifu prefekturasında, Sirakava kəndində alov iki kiçik tikilini məhv etmişdir. Həmin evlər "qassö-dzukuri” xüsusi memarlıq məktəbinə görə UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. Bu barədə "Röyter” agentliyi xəbər verir.

Hadisə zamanı samanlı tavanı olan məşhur tikili yanmışdır. Adamlar zərər çəkməmişlər. Sakinləri əsrlər boyu baramaçılıqla məşğul olan Sirakava kəndində müxtəlif ağac növləri və gildən inşa edilmiş, müxtəlif ot növləri və samanla örtülmüş hündür tavanları olan 55 ənənəvi yapon evi qorunub saxlanmışdır.

Bu, Yaponiyada UNESKO-nun siyahısında yer alan obyektin məhvi ilə nəticələnmiş ikinci yanğın hadisəsidır. Belə ki, ötən həftə ölkənin cənubunda yerləşən Okinava prefekturasının Naha şəhərindəki Süri qəsrində yanğın baş vermişdir. Nəticədə 7 tikili, o cümlədən kompleksin əsas binası tamamilə məhv olmuşdur.

Yanğınların səbəbi hələ ki məlum deyil. Təhqiqat aparılır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM