Alternative content

15:21 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vaşinqton İrana qarşı yeni sanksiyalar tətbiq etdi
Vaşinqton İrana qarşı yeni sanksiyalar tətbiq etdi
ANA SƏHİFƏ / DÜNYA
20:57 05.11.2019


Bu dəfə hədəf Xameneinin ətrafıdır

ABŞ İrana münasibətdə sanksiya siyahısını genişlətmişdir. Bu dəfə sanksiyalara İranın ali lideri, Ayətulla Əli Xameneinin yaxın ətrafını təmsil edən 10 nəfər məruz qalmışdır. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat vermişdir.

Sanksiya siyahısına düşənlərin ABŞ-dakı aktivləri dondurulacaq, ABŞ vətəndaşlarını və şirkətlərini onlarla biznes əlaqəsinə girməsi qadağan ediləcək.

ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin bildirmişdir ki, sanksiya siyahısına düşmüş şəxslərin Amerikanın xaricdəki obyektlərinə hücumlarda əli var. Onlar həmçinin uzun illərdir İran, xalqına zülm etmiş, bütün dünyada terrorizmi yaymış və sabitliyi pozmaq siyasəti yürütmüşlər.

Siyahıda Ayətulla Əli Xameneinin oğlu Müctəba Xamenei, İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmməd Hüseyn Baqiri, onun müavini Qulam Əli Rəşid, İran rəhbərinin Beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, İran Ali Məhkəməsinin sədri İbrahim Rəisi, sabiq Müdafiə naziri Hüseyn Dehqan, həmçinin bir sıra hərbçilər, din xadimləri, siyasətçilər və hökumət nümayəndələri yer alırlar. ABŞ Tehrana qarşı yeni sanksiyaları Amerikanın İrandakı səfirliyinin binasını yerli tələbələrin tutmasının 40-cı ildönümündə tətbiq etmişdir. 1979-cu ildə iranlı tələbələr ABŞ-ın Tehrandakı səfirliyinə hücum edib 52 diplomatı girov götürmüşdülər. Srağagün səfirliyə hücumun 40-cı ildönümü münasibətilə minlərlə adam Tehranın küçələrinə çıxıb ABŞ-ın əleyhinə nümayiş keçirmişlər.

Öz növbəsində İran Xarici İşlər Nazirliyi ABŞ-ın sanksiyalarını ümidsizlik əlaməti kimi qiymətləndirmişdir. Ayətulla Xamenei ötən bazar günü bildirmişdir ki, İran ABŞ-ın təzyiqinə boyun əyməyəcək və Vaşinqtonla danışıqlara getməyəcək: "Kimsə güman edir ki, danışıqlar bütün problemləri həll edəcək. Bu yüz faiz yalandır. Qarşımızda Kuba və Şimali Koreya təcrübəsi var. Onlar şimalı koreyalı məmurlarla şəkil çəkdirir, hətta onlara məhəbbətlərini ifadə edirdilər. Amma onlar sanksiyaları zərrə qədər də yüngülləşdirmədilər”.

Ümumiyyətlə, ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsi artıq mütəmadi xarakter daşıyır. Bir neçə gün əvvəl Vaşinqton Tehrana qarşı yeni sanksiyaların tətbiq olunduğunu bəyan etmişdir. Bu sanksiyalar ölkənin inşaat sektorunu və raket proqramını hədəfə almışdır. Gözlənildiyinə görə, İranın nüvə silahı yaratmaq üçün istifadə edə biləcəyi dörd növ materialın ixracına qadağa qoyulacaq.

Bu arada ABŞ hakimiyyət orqanları Federal Təhqiqatlar Bürosunun 11 il əvvəl İranda itkin düşmüş keçmiş agenti Robert Levinsonun yerini müəyyənləşdirməyə kömək edə biləcək məlumata görə 20 milyon dollaradək mükafat ödəməyi vəd etmişdir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM