Alternative content

02:44 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akademik Yaqub Mahmudov Tarix İnstitutunun nəşrlərini Azərbaycanın Küveytdəki səfirliyinə hədiyyə edib
Akademik Yaqub Mahmudov Tarix İnstitutunun nəşrlərini Azərbaycanın Küveytdəki səfirliyinə hədiyyə edib
ANA SƏHİFƏ / Elm və texnika
20:10 05.11.2019

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin Küveytdəki səfiri Elxan Qəhrəmanov ilə görüşüb.

Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinə institutun elmi katibi, dosent İradə Əliyeva, "Qarabağ tarixi” şöbəsinin müdiri, "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının məsul redaktoru, dosent Güntəkin Nəcəfli və eyni adlı kitabın ərəbcə nəşrinin məsul redaktoru, şərqşünas, dosent Gülnur Mahmudova daxildir.

Görüşdə Yaqub Mahmudov ölkəmizin Küveytdəki səfirliyinin təşkil etdiyi səfər proqramına görə səfirə təşəkkürünü bildirib. Akademik qeyd edib ki, səfərin əsas məqsədi Azərbaycan həqiqətlərini - müasir Ermənistan Respublikasının ərazisinin tarixi Azərbaycan torpaqları olduğunu, ermənilərin Cənubi Qafqaza çar Rusiyası tərəfindən Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən köçürüldüyünü, vaxtilə Azərbaycan dövləti olan İrəvan xanlığında 300-dən çox məscidin olduğunu, 1918-ci ildə Azərbaycan torpaqlarında erməni dövləti yaradıldıqdan sonra bu məscidlərin erməni vandalları tərəfindən tamamilə məhv edildiyini və hazırda işğal olunmuş Qarabağ torpaqlarında da tarixi abidələrimizə qarşı erməni vandalizminin davam etdiyini Küveyt ictimaiyyətinə çatdırmaqdır.

Səfir Elxan Qəhrəmanov bu kimi tədbirlərin keçirilməsinin hər bir Azərbaycan vətəndaşı üçün bir şərəf, ləyaqət işi olduğunu, tarixi həqiqətlərin islam dünyasına çatdırılmasının çox zəruri olduğunu vurğulayıb.

Görüşün sonunda Yaqub Mahmudov Azərbaycanın Küveytdəki səfirliyinə erməni vandalizmini əks etdirən videoçarx və Tarix İnstitutunun ərəb dilindəki nəşrlərini - "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, "İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası”, "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, "Çuxursəd hakimləri və İrəvan xanları” və "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” kitablarını təqdim edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM