05 Noyabr 2019 16:05
1631
İDMAN
A- A+

On altı yaşadək şahmatçılardan ibarət “Azərbaycan” komandası Çorum Olimpiadasının qalibi olub


On altı yaşadək şahmatçılardan ibarət "Azərbaycan” komandası Türkiyənin Çorum şəhərində keçirilən Olimpiadanın qalibi olub.

AZƏRTAC xəbər verir ki, Olimpiadanın sonuncu turunda Çin yığması ilə qarşılaşan komandamız qalib gələrək bu mötəbər turnirin çempionu adını qazanıb. Sonuncu qarşılaşmada şahmatçılarımızdan Vüqar Manafov, Əhməd Əhmədzadə və Məhəmməd Muradlı heç-heçə ediblər. Ötən ay 14 yaşlı şahmatçılar arasında dünya çempionu olan Aydın Süleymanlının rəqibinə qalib gəlməsi komandamızın qələbəsini təmin edib. Beləliklə, xallarının sayını 16-ya çatdıran "Azərbaycan” komandası Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrinin təmsilçilərini geridə qoyub.

Xatırladaq ki, turnirdə mübarizə aparan digər komandamız "Azərbaycan-Naxçıvan” isə 8 xal toplayıb.

Olimpiadada uğurlu çıxışı ilə yadda qalan "Azərbaycan” komandası yüksək səviyyəli oyun nümayiş etdirərək Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan, Yunanıstan komandalarını məğlub edib. Təkcə Özbəkistan və Ukrayna yığmaları ilə heç-heçə edən şahmatçılarımız liderliyi sonadək qoruyub saxlayıblar.

Yeniyetmə şahmatçılarımızdan ibarət komandamızın qazandığı bu uğur ölkəmizdə güclü şahmatçı nəslinin yetişdiyini bir daha sübut edir. Komandamızın heyətində mübarizə aparan idmançılardan ən yüksək nəticəni Aydın Süleymanlı qazanıb. Doqquz turda yeddi xal qazanan istedadlı şahmatçı gələcəkdə daha böyük perspektivlər vəd edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video