Alternative content

01:15 18 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiyanın silah şirkəti Ermənistan rəsmilərinin fırıldağını ifşa edib
Rusiyanın silah şirkəti Ermənistan rəsmilərinin fırıldağını ifşa edib
ANA SƏHİFƏ / DÜNYA
13:37 05.11.2019

Rusiyanın "Promtexnologiya” şirkəti (snayper tüfənglərinin istehsalı üzrə ORSIS firması) bəyan edib ki, Ermənistan Müdafiə Nazirliyindən ORSIS-ə silah tədarükü ilə bağlı yaranmış qalmaqalı qeyri-rəsmi şəkildə yoluna qoymaq və bu nazirliyə guya yaxın olan şəxslər vasitəsilə silah alqı-satqısını qanundankənar aparmaq barədə müraciət daxil olub.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, ORSIS-dən informasiya agentliyinə daxil olmuş məlumatda bildirilir: "Biz Ermənistan Müdafiə Nazirliyindən danışıqlar aparılması barədə qeyri-rəsmi dəvət almışıq. Nazirliyə yaxın olduqlarını iddia edən şəxslərdən də bu cür müraciətlər daxil olub. Biz hazırkı məqamda bunu düzgün hesab etmirik və hesab edirik ki, dialoq rəsmi çərçivədə aparılmalıdır”. Şirkət ümidvar olduğunu bildirib ki, Ermənistan Müdafiə Nazirliyi ilə mübahisələr məhkəmə həddinə çatmayacaq. Xatırladılıb ki, Yerevanın silah tədarükü üzrə tenderin şərtlərini pozması ilə bağlı bu ölkənin müdafiə naziri David Tonoyana da rəsmi məktub göndərilib.

Şirkətin məlumatında qeyd olunur ki, ən dəhşətli fakt erməni rəsmilərinin ORSIS-i qanunsuz bank əməliyyatlarına cəlb etməsi cəhdidir. Əlavə olunub ki, şirkətin nümayəndələrinin bir neçə dəfə müdafiə naziri ilə görüşmək cəhdləri də cavabsız qalıb.

Ermənistan tenderdə iştirak edən 6 şirkətin hamısından bank təminatı tələb edib. ORSIS bildirib ki, Müdafiə Nazirliyin bu cür şərt qoyması absurd və qanunaziddir.

Xatırladaq ki, Ermənistan silah tədarükü ilə bağlı tenderdə Rusiyanın ORSIS firmasının müraciətini heç bir əsas olmadan rədd edib və erməni tərəfi onu bu iş üçün uyğun olmayan tədarükçülər siyahısına daxil edib. Çoxmilyonluq silah tədarükü üzrə tender bu ilin yayında keçirilməli idi. Ermənistan Müdafiə Nazirliyi Rusiya şirkətinin tenderdə iştirakla bağlı müraciətini ləğv edib və bunu ORSIS-in bank təminatını ödəmədiyi ilə əsaslandırıb. Rusiyanın İstintaq Komitəsində bununla bağlı cinayət işi qaldırılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM