05 Noyabr 2019 01:05
559
İQTİSADİYYAT
A- A+

Azərbaycanın turizm potensialı Londonda böyük sərgi stendi ilə təbliğ olunur


Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizin nümayəndə heyəti Londonda keçirilən "Dünya səyahət bazarı” ("World Travel Market”) sərgisində iştirak edir.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, ölkəmiz sərgidə 12 turizm şirkəti ilə təmsil olunur. 232 kvadratmetrlik sahədə turizm brendinə uyğun olaraq yeni dizaynla qurulan stend Azərbaycanın indiyədək hazırlanan ən böyük sərgi stendidir.

Sərgi ilə bağlı təəssüratlarını bölüşən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bu tədbirin dünya turizm bazarında yeni əməkdaşlıq və münasibətlərin qurulmasında mühüm rol oynadığını qeyd edib.

O diqqətə çatdırıb ki, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana səfər edən böyük britaniyalı turistlərin sayı 32 min nəfər təşkil edib və bu, ötən ilin eyni dövrünə nisbətdə 23,5 faiz artım deməkdir.

Xatırladaq ki, 2018-ci ildə reallaşan "Dünya səyahət bazarı” sərgisində Azərbaycanın yeni turizm brendinin beynəlxalq ictimaiyyət üçün ilk genişmiqyaslı təqdimatı keçirilib.

Son bir il ərzində ötən illə müqayisədə ölkəmizə səfər edənlərin sayında 10,9 faiz artım müşahidə olunur.

Azərbaycan 2002-ci ildən etibarən "Dünya səyahət bazarı” sərgisində iştirak edir.

1980-ci ildən bəri hər il keçirilən sərgiyə 182 ölkədən 5 min sərgiçi və turizm sənayesinin 51 mindən çox nümayəndəsi qatılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video