Alternative content

04:12 16 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin inkişafı məsələləri müzakirə edilib
Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin inkişafı məsələləri müzakirə edilib
ANA SƏHİFƏ / Mədəniyyət
00:51 05.11.2019


Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin inkişafı məsələləri müzakirə edilib. AZƏRTAC xəbər verir ki, müzakirələr Azərbaycan nümayəndə heyətinin Özbəkistan Mədəniyyət nazirinin müavini Azadbek Nazarbekov ilə görüşündə aparılıb.

A.Nazarbekov Özbəkistanla Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Nazir müavini deyib ki, həm Özbəkistan, həm də Azərbaycan mədəniyyət sahəsində əlaqələrin daha da inkişafına önəm verir. O, Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tamhüquqlu üzvü olmasını sevinclə qarşıladığını qeyd edib, Türk Şurasının bu yaxınlarda Bakıda keçirilən iclasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakını məmnunluqla xatırlayıb.

Tərəflər Azərbaycan-Özbəkistan arasında mədəni əlaqələrin inkişafı haqqında danışaraq bu istiqamətdə həyata keçirilən layihələr, gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov birgə layihələrin həyata keçirilməsi, mədəniyyət və ədəbiyyat günlərinin təşkili, mədəniyyət müəssisələri arasında əlaqələrin yaradılması sahəsində öz təkliflərini bildirib. Mərkəzin layihəsi ilə Özbəkistanın çoxsaylı şəhərlərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirildiyini və növbəti layihə ilə Xarəzm vilayətində belə yüksəksəviyyəli tədbirlərin təşkil ediləcəyini söyləyib.

Görüşdə "Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu mədəniyyət siyasətinin aparıldığını qeyd edib, dövlətimizin dünyada mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyini vurğulayıb. O deyib ki, Azərbaycan Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi dəyər verir və bu istiqamətdə fəaliyyətimiz davam edəcək. Azadbek Nazarbekov xalqlarımızın ortaq dəyərləri və mədəni əlaqələr sahəsində Mədəniyyət Mərkəzinin fəaliyyətini diqqətə çatdırıb. O, muğam, aşıq sənəti, sənətkarlıq sahəsində Özbəkistanın keçirdiyi beynəlxalq festivalların yüksək səviyyədə təşkil edildiyini və bu işdə Azərbaycanın aktiv iştirakını yüksək qiymətləndirib.

Görüş növbəti ildə Azərbaycanda Özbəkistan mədəniyyət günlərinin keçirilməsi, bu istiqamətdə əməkdaşlığa dair müzakirələrlə davam edib. Görüşdə iştirak edən Əməkdar artist Ehtiram Hüseynov Azərbaycan muğamından bir parça səsləndirib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM