05 Noyabr 2019 00:49
519
İQTİSADİYYAT
A- A+

KOBİA və Dubayın Kiçik və Orta Müəssisələr üzrə qurumu yeni əməkdaşlıq istiqamətlərini müzakirə edib


Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Global Village” Beynəlxalq Yarmarkasında Azərbaycan pavilyonunun açılışında iştirak edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti Dubayın Kiçik və Orta Müəssisələr üzrə qurumunun baş icraçı direktoru Abdul Baset Al Janahi ilə görüşüb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Dubayın Kiçik və Orta Müəssisələr qurumu arasında mövcud əlaqələr və yeni əməkdaşlıq istiqamətlərinə, eləcə də Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlıq imkanlarına, Bakıda Dubay KOB-larının iştirakı ilə tədbirin keçirilməsinə dair məsələlər müzakirə edilib.

KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov Azərbaycanda KOB-ların inkişafına verilən əhəmiyyət və bu sahədə görülən işlər, o cümlədən son bir ildə agentliyin fəaliyyəti və layihələri barədə ətraflı məlumat verib, yeni əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Dubayın Kiçik və Orta Müəssisələr üzrə qurumunun baş icraçı direktoru Abdul Baset Al Janahi KOBİA-nın son bir ildə KOB-ların dəstəklənməsi məqsədilə gördüyü işləri və həyata keçirdiyi layihələri maraqla qarşılayıb və əlaqələrin yeni inkişaf perspektivlərinə dair fikirlərini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video