Alternative content

07:37 22 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məhsuldarlıq üzrə hədəfimiz azı 28 sentnerdir
Məhsuldarlıq üzrə hədəfimiz azı 28 sentnerdir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:47 05.11.2019


Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələrdən olan pambıqçılığı inkişaf etdirmək barədə tapşırıq və tövsiyələri İmişli kəndlisinin fəaliyyətinə aydın istiqamət vermişdir. Amma pambıqçılıqda zəngin təcrübəmiz, böyük potensialımız olsa da, əmək bəhsində ön mövqeyə çıxmağa nail ola bilmirdik. Çəkilən zəhmət, həyata keçirilən tədbirlər gözlənilən nəticəni vermirdi. Keçən il pambıq əkini sahələrində hər hektarın orta məhsuldarlığının 13,6 sentner olması rayon rəhbərliyini, bu sahəyə məsuliyyət daşıyan hər kəsi narahat edirdi.

Düşünüb-daşındıq, təhlillər apardıq. Hansı məsələlərdə səhvə yol verdiyimizi götür-qoy etdik. Gəldiyimiz son fikir bu oldu ki, pambıq münbit və etibarlı su təminatı olan ərazilərə əkilməlidir. Zaman və reallıq bu qərarın doğru olduğunu təsdiqlədi. Əkin sahələri xeyli azalsa da, məhsuldarlıq əhəmiyyətli dərəcədə yüksəldi. Cari mövsüm bu göstərici artıq 20 sentneri keçmişdir. Lakin hələ məhsulu yığılmamış sahələrimiz çoxdur. Pambıqçılarımızın builki hədəfi azı 28 sentnerdir. Ayrı-ayrı fermer təsərrüfatları daha böyük nailiyyətlər qazanmaq əzmi ilə çalışırlar. Elbrus Abbasovun, Suvarağa Aslanovun, Elxan Məmişovun, İlham Səfərovun başçılıq etdikləri fermer təsərrüfatlarında orta məhsuldarlıq 35-40 sentnerdir.

MKT-İK MMC-nin, MKT-İK İnnovasiya MMC-nin və "Azərpambıq” MMC-nin İmişli filialları rayonda torpaq istifadəçiləri ilə bağladıqları müqavilə əsasında pambıqçılığın inkişafına öz töhfələrini verirlər. Dövlət Aqrar İnkişaf Mərkəzinin İmişli filialı olaraq "P-Aqro” MMC-nin xətti ilə bu il 800 hektar sahədə pambıq əkilmişdir. Aqrotexniki tələblərin yüksək səviyyədə yerinə yetirilməsi, etibarlı su təminatı tarlalarda bol məhsil yetişdirilməsini təmin etmişdir. İndiyədək 2000 tondan çox pambıq tədarük etmişik. Hələlik orta məhsuldarlıq 25 sentnerdir. Heç şübhəsiz, son nəticə 30 sentnerdən çox olacaqdır.

Hazırda rayonun təsərrüfatlarında məhsul yığımının qızğın çağıdır. Tarlalarda 30 pambıqyığan maşın işləyir. Çalışırıq ki, havaların əlverişli keçdiyi bu günlərdən daha səmərəli istifadə edək, böyük zəhmət bahasına yetişdirilmiş sərvətin tez və itkisiz yığılıb tədarük edilməsinə nail olaq.

Səlim MƏHƏRRƏMOV,

Dövlət Aqrar İnkişaf Mərkəzi İmişli filialının direktoru



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM