Alternative content

07:35 22 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tütünçülük tovuzlular üçün əlavə gəlir mənbəyinə çevrilir
Tütünçülük tovuzlular üçün əlavə gəlir mənbəyinə çevrilir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:46 05.11.2019


Kənd təsərrüfatı məhsulları istehsalında çeşidin, ayrı-ayrı sahələrin səmərəliliyinin artırılması ölkə iqtisadiyyatının neft və qazdan asılılığının azaldılması deməkdir. Son illər ölkəmizdə bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər uğurlu nəticələrə gətirib çıxarmışdır.

Xüsusilə kənd təsərrüfatında daha çox gəlir gətirən məhsulların istehsalının artırılması istiqamətində görülən işlər aqrar sektorun qeyri-neft sektorundan payını yüksəltmişdir. Belə sahələrdən biri tütünçülükdür ki, bu sahədə Tovuz rayonunda da uğurlu nəticələrə nail olunur.

"Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Tovuzda çoxsaylı tədbirlər həyata keçirilmişdir. Artıq 4 ildir ki, tütün istehsalında yüksək göstəricilərə nail olan rayon sakinləri bu il də uğurlarını xeyli artırmışlar.

Cari ildə rayon üzrə 50 hektarda tütün əkilmişdir. Tütünçülər keçən ilkindən daha çox məsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl edərək sahələrdə bol məhsul yetişdirmiş və onu vaxtında dərərək qurutma məntəqələrinə təhvil verirlər. İndiyədək 55 tona yaxın tütün yarpağı tədarük edilmişdir.

Rayonda tütünçülüyün inkişafı, həmçinin əhalinin məşğulluğunun təminatında müsbət rol oynayır. Belə ki, mövsüm ərzində tütün sahələrində 250 nəfərədək insan çalışır.

Tovuzlular tütün toxumunu rayonda istehsal edirlər. Bu məqsədlə mütəxəssislər tütün toxumu yetişdirilən plantasiyalara baxış keçirib toxumluq bitkiləri seçərək abrabaksiya işləri aparırlar. Təxmini hesablamalara görə, rayon fermerləri gələn il də özləri istehsal etdikləri tütün toxumları ilə ehtiyacı ödəyəcəklər.

Hazırda 28 kənddə tütün əkilir. Amma onların sayı ildən-ilə artır. Düz Cırdaxan, Cəlilli, Abılbəyli, Alakol, Dönük Qırıxlı və sair kəndlərdə hər il on hektarlarla tütün əkilir. Elə kəndlər var ki, insanlar pay torpaqlarını birləşdirərək birlikdə tütün əkirlər. Çünki bu, daha çox gəlir gətirir. Ümumiyyətlə, tütünçülükdən əldə edilən gəlirlər kənd sakinlərini qane edir. Onlar daha çox qazanc əldə etdikcə, əkin sahələrini də genişləndirirlər. Hətta kəndlərdə elə ailələr var ki, bütünlükdə ailə üzvlərinin hamısı bu sahədə çalışır.

Belə ailələrdən biri Düz Cırdaxan kəndinin sakini Akif Mehdiyevdir. Ailə bu il 1,5 hektar sahədən 3 tondan çox tütün dərib. Aran kəndinin sakini Azad Qurbanov da keçən ildən etibarən tütünçülüklə məşğuldur. Onun 3 hektar əkin sahəsi var. Keçən il olduğu kimi, bu il də yüksək göstəriciyə nail olan Azad gələcəkdə tütünçülüyü bir qədər də genişləndirməyi qərara almışdır.

Hazırda rayonda tütün dərimi davam edir.

Sabir ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM