05 Noyabr 2019 00:44
558
İQTİSADİYYAT
A- A+

Ağsuda “Basqal Mədəni İrsi” seminarı, səyyar sərgi və mədəni irs turu keçirilib


AR Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi və "Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində "Basqal mədəni irsi” seminarı və səyyar sərgisi, eləcə də "Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində Orta əsr Ağsu şəhəri mədəni irs turu keçirilib.

Prezidentin "Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında 2018-ci il 3 oktyabr tarixli sərəncamının bir illiyinə həsr olunan tədbirlərə tarixçi alimlər, eləcə də Ağsu, İsmayıllı, Şamaxı rayonlarından, Bakı və Sumqayıt şəhərlərindən, Basqal qəsəbəsindən olan ictimaiyyət nümayəndələri, rəssamlar, müəllimlər, elmi işçilər, məktəblilər qatılmışlar.

İştirakçılar tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin bələdçiliyi ilə orta əsr Ağsu şəhəri, onun Cümə məscidi, buzxanası, sənətkarlıq emalatxanaları, hamam, şimal qala divarı, yaşayış evləri, qəbiristanlığı ilə tanış olublar. Tədbirlər zamanı orta əsr Ağsu şəhərini Dövlət Tarix-Mədəniyyət Qoruğu elan etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə edilib. Mütəxəssislərlə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksinin geniş yaşıl meydanında Basqaldan tapılan arxeoloji materiallar, Basqal kəlağayıları, Basqalın tarixi məkanlarını əks etdirən fotosərgisi təşkil edilmişdir. Sərgi bir gün ərzində Ağsuya gələn qonaqlar və yerli sakinlər üçün açıq olunmuşdu.

Sonra qonaqların iştirakı ilə "Basqal mədəni irsi” seminarı keçirilib. Seminarı "Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açıb. O, Basqal qoruğu haqqında geniş məruzə edib, Prezidentin sərəncamlarından irəli gələn aktual və mühüm mühafizə və tanıtım tədbirlərindən danışıb. Fariz Xəlilli Basqal qoruğunda orta əsr Ağsu şəhəri, Ağsutex klubu və Tərəkəmə folkloru qrupunun sərgi və gələcəkdə mərkəzlərinin açılmasını arzuladıqlarını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video