Alternative content

02:45 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yaqub Mahmudov Küveytdə Azərbaycan həqiqətlərindən danışıb
Yaqub Mahmudov Küveytdə Azərbaycan həqiqətlərindən danışıb
ANA SƏHİFƏ / Elm və texnika
21:06 04.11.2019


Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Küveytin Vəqflər və İslam İşləri Nazirliyinin nəzdində fəaliyyət göstərən "İslam Araşdırmaları və Quran elmləri” departamentinin direktoru, doktor Fəhd Əl-Canfavi ilə görüşüb.

Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinə institutun elmi katibi, dosent İradə Əliyeva, "Qarabağ tarixi” şöbəsinin müdiri, "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının məsul redaktoru, dosent Güntəkin Nəcəfli və eyni adlı kitabın ərəbcə nəşrinin məsul redaktoru, şərqşünas, dosent Gülnur Mahmudova daxildir.

Görüşdə Yaqub Mahmudov Azərbaycan ilə Küveytin dost və qardaş ölkələr olduğunu bildirib. O deyib ki, Azərbaycanın xarici siyasətində islam ölkələri mühüm yer tutur: "Sovet dövründə Azərbaycan islam ölkəsi olduğu üçün çox ağır günlər yaşayıb. Sovet imperiyası Azərbaycanda islam dini ilə bağlı olan hər şeyi məhv etməyə çalışıb. O zaman məscidlər bağlanıb, görkəmli islam alimləri və din xadimləri məhv edilib, Qurani-Kərim tonqallarda yandırılıb. Bu qanlı tədbirlərə baxmayaraq xalqımız islamı qoruyub saxlaya bilib”.

Yaqub Mahmudov çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyev xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında mühüm rol oynayıb: "Sovetlər dönəmində dağıdılan Bibiheybət məscidinin bərpası Ulu Öndərin təşəbbüsü ilə həyata keçirilib. Hazırda ölkəmizdə yüzlərlə məscid var. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məscidlərin bərpası ilə bağlı məsələlərə xüsusi diqqət yetirir”.

Görüşdə Yaqub Mahmudov deyib ki, müasir Ermənistan Respublikasının ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Erməni vandalları İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində 300-dən çox məscidi yerlə-yeksan ediblər. Hazırda erməni vandalizmi işğal altında olan Qarabağ torpağında da davam edir. Orada məscidlərimiz və digər tarixi abidələrimiz məhv edilib, bəzi məscidlərimizdə isə donuz saxlanılır.

Görüşdə erməni vandalizmini əks etdirən videoçarx nümayiş olunub.

Yaqub Mahmudov "İslam Araşdırmaları və Quran elmləri” departamentində Tarix İnstitutunun ərəb dilindəki nəşrlərinin - "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, "İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası”, "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, "Çuxursəd hakimləri və İrəvan xanları” və "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” kitablarının təqdimatını keçirib.

Tədbirin sonunda həmin kitablar departamentə hədiyyə edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM