04 Noyabr 2019 20:38
381
CƏMİYYƏT
A- A+

Qulam İshaqzai: Böyük şairin yubileyini 650 min ağac əkməklə qeyd etmək alqışa layiqdir


Böyük şair Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkmək təşəbbüsünü alqışlayıram. Biz bu təşəbbüsdən çox məmnunuq.

Bu fikri AZƏRTAC-a müsahibəsində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib.

Diplomat deyib: "BMT-nin Azərbaycandakı nümayəndəliyi bu təşəbbüsü bir neçə səbəbə görə dəstəkləyir. Birincisi, biz bilirik ki, ağaclar həyatımızın vacib bir hissəsidir. Hansısa şəhəri ağacsız təsəvvür etmək mümkün deyil. Ağaclar havanı qoruyur, səs-küyü azaldır, şəhərlərdə yaşıllıq yaradır. Ən vacibi isə odur ki, bu qədər ağacın əkilməsi ilə Azərbaycan İqlim Sazişi üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə töhfə verəcək. Çünki 650 min ağac karbon emissiyasını azaldacaq və təmiz ətraf mühiti xeyli dərəcədə təmin edəcək. Birləşmiş Millətlər Təşkilatı bunu çox müsbət qarşılayır.

Əgər Nəsimi sağ olsaydı və doğum gününü necə qeyd etdiyimizi görsəydi, əminəm ki, bundan çox məmnun olardı. Çünki bu, Azərbaycan cəmiyyətinin rifahına, eləcə də ümumilikdə, dünyaya töhfə verən bir işdir. Ətraf mühitə hər hansı bir töhfə hamımızın xeyrinədir və bundan ölkənin hüdudlarından kənarda olan insanlar da faydalana bilir. Odur ki, biz bu addımı böyük məmnuniyyətlə qarşılayırıq, həmçinin nazir Muxtar Babayevin rəhbərliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəcib təşəbbüsün həyata keçməsi üçün gördüyü işləri yüksək qiymətləndiririk. Bu, böyük şairin yubileyini qeyd etmək üçün əla vasitədir və biz də ona dəstək olacağıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video