04 Noyabr 2019 15:46
1742
Səhiyyə
A- A+

Üz dərisində sızanaqlar


Üzü tez-tez yumadıqda və kifayət qədər maye qəbul etmədikdə dəridə müəyyən problemlər ortaya çıxa bilər. Bununla yanaşı yeniyetməlik dövründə yaranan sızanaqların, yağlı dəridəki qara nöqtələrin aradan qaldırılması üçün dəriyə xüsusi qulluq etməyə ehtiyac duyulur. Həmin problemlərdən əziyyət çəkənlər hansı üsula əl ata bilərlər?

Bu barədə AZƏRTAC-a məlumat verən Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova deyib: "Ən yaxşısı təbii yollarla üzə qulluq olunmasıdır. Bunu ev şəraitində bal, yumurtanın ağı, xama və sair məhsullardan maskalar hazırlayıb üzə çəkməklə etmək olar”.

Dəridə yaranan xoşagəlməz hallardan ən çox rast gəlinəni sızanaqlardır. Həmin problemin həllində isə mütəxəssislər kosmetik müalicədən daha çox dərin analiz və düzgün müayinə olunmağı məsləhət görürlər, çünki bu hal daxili orqanların nasazlığından da xəbər verə bilər.

Həkim-dermatoloq daha sonra deyib: "Üz dərisində səpgilərin əmələ gəlməsi əsasən dərinin yağlı olması və onun nəfəs almaması ilə əlaqədardır. Sızanaqlar mədə-bağırsaq sisteminin xəstəlikləri nəticəsində də yarana bilər”.

Bütün bunlardan başqa mütəxəssislər gün ərzində üzü tez-tez yumağı və sağlam qidalanmağı məsləhət görürlər. Bir müddət sonra yaranan fərqi hiss etmək mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video