04 Noyabr 2019 12:27
873
Mədəniyyət
A- A+

Qobustan qayaüstü təsvirləri İspaniya və italiyalı alimlərlə birlikdə öyrəniləcək


Qobustan Milli Tarix-Bədii Qoruğunda qayaüstü təsvirlərin yeni metodlarla qeydiyyatı layihəsinin uğurlu nəticələri beynəlxalq elmi ictimaiyyətin diqqət mərkəzindədir.

Qoruqdan AZƏRTAC-a bildirilib ki, layihənin növbəti mərhələsində iştirak etmək üçün müraciət etmiş İspaniyanın Madrid Compultense Universitetinin professoru Marcos Garcia Diez, Rovira və Virgili Universitetinin professoru Manuel Vaquero Rodrigez, Pais Vasco Universitetinin fəlsəfə doktoru Blanca Ochoa Fraile və İtaliyanın Ferrara Universitetinin fəlsəfə doktoru Dario Sigari qoruq rəhbərliyinin dəvəti ilə Qobustan Milli Tarix-Bədii qoruğunda olublar.

Qobustan abidələrinin tədqiqatçısı Firuzə Muradova ilə görüşdən və qoruqda aparılan elmi tədqiqatlarla tanış olduqdan sonra xarici mütəxəssislər Qobustanın qayaüstü təsvirlərinin və arxeoloji qazıntıların nəticələrinin xüsusilə Avropanın Üst Paleolit və Mezolit dövrünün öyrənilməsi üçün mühüm mənbə olduğunu bildiriblər. Gələcək tədqiqatlarda Qobustan abidələrinin Avropanın həmin dövr abidələri ilə müqayisəli şəkildə öyrənilməsinin vacibliyi vurğulanıb.

Qobustan qoruğunun arxeoloji abidələri, qayaüstü təsvirləri və ekspozisiyada sərgilənən artefaktlarla tanış olan tədqiqatçılar qoruğun direktoru Vüqar İsayevlə görüş zamanı abidələrin qorunması və sərgilənməsini yüksək qiymətləndiriblər.

Yekunda Qobustan qayaüstü təsvirlərinin qeydiyyatı layihəsinin növbəti mərhələsinin yuxarıda adı çəkilən universitetlərin nümayəndələri ilə birlikdə davam etdirilməsi qərara alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video