Alternative content

06:51 16 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mövsümün son cıdır yarışına yekun vurulub
Mövsümün son cıdır yarışına yekun vurulub
ANA SƏHİFƏ / İDMAN
15:04 03.11.2019

Noyabrın 3-də Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə mövsümün sonuncu cıdır yarışına start verilib.

AZƏRTAC xəbər verir ki, yarışı birbaşa federasiya prezidenti Elçin Quliyev də izləyir. Mövsümün bağlanış tədbirində ümumilikdə 6 cıdır və 5 yorğa qaçışı təşkil olunub.

Yarış günü cıdır üzrə 40-dan artıq, yorğa atlarının qaçışı üzrə isə 50-yə yaxın at iştirak edir.

"Qızıl Tac Kuboku” uğrunda cıdır yarışının yekununda ilk qaçışda 1600 metr məsafəyə birinci yerin qalibi "Batumi Ridinq Club”un sahibi olduğu "Frankel” ləqəbli at olub. Burada 2 yaş İngilis atları yarışıb. İkinci yarışda 3 yaş "Qarabağ” və Dilbaz atları mübarizə aparıb. Həmin qaçışda birinci yeri "Xan-Xan” AİK-in sahibi olduğu "Çalxanqala” ləqəbli at tutub. Üçüncü qaçış 3 yaş və yuxarı Ərəb atlarının mübarizəsi ilə davam edib. Bu yarışda hamıdan güclü "Günay” AİK-in sahibi olduğu "Miss Dahes” ləqəbli at olub. Dördüncü qaçış 3 yaş İngilis atlarının 2000 metr məsafəyə yarışı ilə davam edib. Gərgin idman mübarizəsinin müşahidə olunduğu yarışda birinci yeri "Xan-Xan” AİK-in sahibi olduğu Naxçıvan ləqəbli at tutub. Beşinci qaçışda 4 yaş və yuxarı Qarabağ və Dilbaz atlarının "Əlvida Kuboku” uğrunda 2400 metr məsafəyə yarışında İbrahimov Ramizin sahibi olduğu "Pəri” ləqəbli at qalib gəlib.

Nəhayət cıdır mövsümünün son qaçışı 4 yaş və yuxarı İngilis atları arasında olub. İbrahimov Ramizin sahibi olduğu "Kənanın Kralı” ləqəbli at bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bütün yarışların qaliblərinə ARAF-ın vitse-prezidenti Elşad Abbasov kuboklar və diplomlar verib.

Xatırladaq ki, yarışın ümumi mükafat fondu 24 min 500 AZN təşkil edib.

Qeyd edək ki, ARAF tərəfindən ölkəmizdə atçılığın əhatə dairəsinin genişləndirilməsi və qədim atçılıq ənənəsinin davam etdirilməsi üçün ardıcıl olaraq bu növ yarışlar təşkil olunur. Federasiya paytaxt və digər regionların atçılıq idmanına olan marağını nəzərə alaraq belə tədbirlərdə və yarışlarda atçılıqla məşğul olan şəxslərə xüsusi şərait yaradır.

İlk dəfə olaraq Federasiyanın təşəbbüsü ilə yarışa Azərbaycanın bütün regionlarından yorğa at sahibləri dəvət olunub və onlara öz atları ilə iştirak etmək üçün imkan yaradılacaq.

Yarışlara marağın artırılması və idmançıların həvəsləndirilməsi məqsədilə cıdır yarışlarının mükafat fondundan qaliblərə ümumilikdə 24 min 500 manat mükafat verilməsi nəzərdə tutulub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM