Alternative content

02:45 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Professor Yuri Sadovniçi: Bakı Filialı Moskva Dövlət Universitetinin digər filialları arasında liderdir
Professor Yuri Sadovniçi: Bakı Filialı Moskva Dövlət Universitetinin digər filialları arasında liderdir
ANA SƏHİFƏ / Təhsil
15:01 03.11.2019

Bir sıra obyektiv göstəricilər, o cümlədən qəbul olunan tələbələrin sayı, professor-müəllim heyəti, magistraturanın sayı, maddi-texniki baza baxımından əminliklə demək olar ki, Bakı Filialı Moskva Dövlət Universitetinin digər filialları arasında liderdir. Eləcə də Bakı Filialı Azərbaycanda universitetlər arasında aparıcı ali təhsil müəssisələrindən biridir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin ümumi topologiya və həndəsə kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Yuri Sadovniçi söyləyib.

"Bu il fəaliyyətə başlamasının 11 illiyini qeyd edən Bakı Filialı daim inkişaf edir. Əgər 2008-ci ildə filial üç fakültə - tətbiqi riyaziyyat, kimya və filologiya fakültələri ilə fəaliyyətə başlayıbsa, sonralar psixologiya, iqtisadiyyat və fizika fakültələri açılıb. 2020-ci ildə fizika fakültəsində bakalavr üzrə ilk məzun buraxılışı olacaq. Bununla yanaşı, 2020-ci ildən fizika fakültəsi magistratura təhsilinə başlayır. Beləliklə, filialda bütün fakültələr üzrə magistratura fəaliyyət göstərəcək. Bu və digər uğurlar MDU-nun Bakı Filialının rektoru, akademik Nərgiz Paşayevanın böyük xidmətləri sayəsində reallaşıb. Habelə MDU-nun rektoru Viktor Sadovniçi Bakı Filialına lazım olan köməyi hər zaman göstərib. Filial təkcə təhsil müəssisəsi deyil, eyni zamanda, Azərbaycanda nüfuzlu elmi-tədris mərkəzidir. Yəni burada elmi tədqiqatlar da aparmaq mümkündür. MDU-nun Bakı Filialı Belarusun, Qazaxıstanın, Rusiyanın (Moskva) elmi, pedaqoji mərkəzləri ilə birgə layihələr reallaşdırır. Tələbələr müxtəlif ölkələrdə təcrübə keçirlər. Bakı Filialı 2015-ci ildə 47-ci Beynəlxalq Kimya Olimpiadasına ev sahibliyi edib. 2017-ci ildən etibarən burada Rus Coğrafiya Cəmiyyətinin "Coğrafi imla” tədbiri keçirilir. Hər şənbə-bazar günü filialda (Elmlər Akademiyası metrosunun yaxınlığında) MDU-nun müəllimləri bazar günü məktəbi keçirlər. Bütün məşğələlər pulsuzdur. Filialın tələbələri nəinki keyfiyyətli tədris alır, həmçinin özlərinə yeni dostlar, o cümlədən MDU-nun müəllimləri simasında dostlar qazanırlar”, - deyə professor Yuri Sadovniçi vurğulayıb.

Xatırladaq ki, filialda tədris 2012-ci ildən əsasən Xocasəndə yerləşən mükəmməl kampusda aparılır. Burada tələbələrin təhsili və istirahəti üçün hər cür şərait yaradılıb. Tədris rus dilində, əyani təhsil formasında, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris planları və proqramları əsasında müasir innovasiya texnologiyaları və tədris üsullarının tətbiqi ilə keçirilir. Məzunlara bütün dünyada tanınan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin diplomu verilir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM