03 Noyabr 2019 00:44
413
SİYASƏT
A- A+

Əsassız bəyanata tutarlı cavab


Bir müddət əvvəl Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı səsləndirdiyi əsassız bəyanatlar bu işğalçı dövlətin hələ də beynəlxalq hüquqa məhəl qoymadığını, BMT kimi nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrini qəbul etmədiyini bir daha göstərdi.

Lakin Azərbaycan Prezidenti həmişə olduğu kimi, bu dəfə də ona tutarlı cavab verdi. Prezident İlham Əliyev Soçidə keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi və MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən Zirvə görüşündəki çıxışı ilə Dağlıq Qarabağ məsələsinə öz qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. Bu mövqe hər bir azərbaycanlının mövqeyidir. Dövlət başçısının mötəbər tribunalardan düşmənin işğalçılıq siyasətini ifşa edən cəsarətli çıxışları hər bir azərbaycanlıda qürur hissi yaradır.

Çalışdığım təhsil ocağının müəllim və tələbələri də bu tutarlı cavabdan fəxarət duyduqlarını bildirdilər. Dedilər ki, Prezident İlham Əliyevin erməniləri ifşa edən fikirləri hər bir vətəndaş üçün əsl örnək və nümunədir. Saxta iddialara, təxribat xarakterli bəyanatlara həmişə belə kəskin cavab verib onları susdurmaq lazımdır. Dövlət başçısının çıxışı torpaqlarımızın işğaldan azad ediləcəyi günün uzaqda olmadığına həm də bir mesaj idi. Tələbələrimizə dedik ki, hamımız ölkə rəhbərinin müdrik xarici siyasətindən nümunə götürməli, bir nəfər kimi səfərbər olmalı, informasiya müharibəsi gedən bütün platformalarda fəaliyyətimizi artırmalıyıq. Diqqətəlayiq haldır ki, bu fəaliyyət getdikcə genişlənir.

Xalqın Azərbaycan Prezidentini dəstəklədiyi, yeritdiyi siyasəti bəyəndiyi xarici ölkələrdə də yaxşı məlumdur. Buna Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevin cənab İlham Əliyevlə oktyabrın

14-də Bakıda keçirdiyi görüşdə səsləndirdiyi bir fikri də misal göstərmək olar. N.Nazarbayev dedi ki, sizin Qarabağla, Ermənistanla münasibətlərlə bağlı çətin məsələləriniz az olmayıb. Azərbaycanda hər şey öz axarında gedir. Başlıcası budur ki, xalq sizin kursu dəstəkləyir. Prezident və xalq yekdil olduqda xalqın öhdəsindən gələ bilməyəcəyi güc yoxdur.

Nübar BAYRAMOVA,

ADPU-nun Quba filialının Pedaqoji fakültəsinin dekan müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video