Alternative content

04:12 16 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əzim Əzimzadənin prototipləri İçəri şəhərdə
Əzim Əzimzadənin prototipləri İçəri şəhərdə
ANA SƏHİFƏ / Mədəniyyət
00:39 03.11.2019


Bu istirahət məkanını "Gülüş parkı” da adlandırırlar


Hətta onun özünü gördükdə belə müasirləri gülürmüş. Sanki çəkdiyi karikaturaların xarakter cizgiləri nəinki yaradıcılığına, damarlarında axan qanı ilə cisminə də yayılmışdı, simasında istehza, təbəssüm doğuracaq ifadələr sayrışdığını da söyləyənlər vardı. Məşhur "Ulduz” filmində daha çox yaddaqalan obraz olan Məhəmmədə də oxşadırdılar.

Söhbət Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadədən gedir. Maraqlıdır ki, bu böyük sənətkarın rəssamlıq təhsili olmayıb. O, bu sənəti özü öyrənib. Lakin onun yaradıcılıq irsi dəzgah vərəqələri, kitab illüstrasiyaları, satirik jurnal və qəzet rəsmləri, geyim və dekorasiya eskizləri, o cümlədən siyasi karikaturalardan ibarətdir.

Rəssamın yaradıcılığının əsas hissəsini plakat janrı təşkil edir.

Plakatlarında həyatdan götürülən canlı və konkret obraz təsvir olunur. Bununla belə, Əzim Əzimzadənin yaradıcılıq irsində karikaturalar xüsusi yer tutur. Azərbaycanda bu janrın formalaşması "Molla Nəsrəddin” jurnalı ilə bağlıdır. Ə.Əzimzadə həmin jurnalın baş rəssamı idi. O, gülüş hədəfi seçdiyi obrazların mimika və hərəkətlərini çox dəqiq və ustalıqla təsvir edirdi.

M.Ə.Sabirin "Hophopnamə”sinə 56 rəngli litoqrafiya çəkmiş Əzim Əzimzadə Cəlil Məmmədquluzadənin və Əbdürrəhim bəy Haqverdiyevin əsərləri, həmçinin xalq nağılları üçün də eyni üslubda rəsmlər silsiləsi yaratmışdı.

Ölməz karikatura ustasının məişət mövzusunda çəkilmiş "Kos-kosa”, "Tonqaldan atlanırlar”, "Mirasın bölüşdürülməsi”, "Kəndirbaz”, "Varlı evində toy”, "Kasıb evində toy” akvarelləri həmin dövrün adət-ənənələrini obrazlı şəkildə əks etdirir.

Əzim Əzimzadənin yaradıcılığı nəsillər dəyişdikcə yaddaşlara yazılır, sevilir, dünəndən bugünə və sabaha yol başlayır.

Böyük karikaturaçı rəssamın əsərləri hətta "heykəl”ləşib, qranitləşib, daş yaddaşa da hopub. Paytaxt Bakının ən görməli və görkəmli məkanı sayılan İçəri şəhərdə də Əzim Əzimzadənin əsərlərinə dərin rəğbətin şahidinə çevrilmək mümkündür. İçəri şəhərin dar dalanlarından və daş küçələrindən keçib rəssamın karikaturalarının burada "daşa-dəmirə dönməsi”ni gördükdə heç kim təəccüblənmir, əksinə, üzlərdə xoş bir təbəssüm dolaşır, dodaqlara gülüş qonur.

Həmin istirahət məkanını "Gülüş parkı” adlandıranlar da var. Bura yolu düşənləri ustad rəssamın postament üstündəki büstü və yaradıcılığından bəhs edən karikaturalardan bəzilərinin tuncdan və misdən hazırlanmış rəsm nümunələri qarşılayır. Daim qonaq-qaralı olan park əsl istirahət yeridir. Çünki buradan ancaq xoş ovqatla ayrıla bilərsən. Bir sözlə, rəssamın dili ilə desək,”Köhnə Bakının tipləri” ilə tanış olmaq istəyənlər yolunu buradan salır...

Məhəmməd NƏRİMANOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM