Alternative content

04:13 16 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Faytonlar
Faytonlar
ANA SƏHİFƏ / Mədəniyyət
00:38 03.11.2019


Orta əsr Bakısını faytonsuz təsvir etmək qeyri-mümkündür. Fayton - minik məqsədilə hazırlanmış cütatlı qədim nəqliyyat vasitəsidir. Şəhərin dağ küçələrində fayton atlarının dırnaqlarını nallayırdılar.

XIX əsrdə fayton müasir minik avtomobillərini əvəz edirdi. Rahat nəqliyyat növü olduğu üçün ölkəmizdə ondan son zamanlara qədər istifadə edilmişdir. Şəhər nəqliyyatı hesab olunan fayton bir çox rütbəli adamlar tərəfindən kənd yerlərində də işlədilmişdir.

XIX əsrin axırlarında Bakıdan müxtəlif istiqamətlərə işləyən 418 fayton qeydə alınmışdı. Qatarların gəldiyi vaxt Bakı dəmir yolu vağzalının qarşısındakı meydanda sərnişinləri daşımaq üçün faytonlar növbəyə dururdu. Bu dövrdə faytonlarda gediş haqqını göstərən xüsusi qiymət cədvəli də olurdu. Dəmir lövhə üzərinə yazılmış cədvəl faytonun açıq görünən tərəfində bərkidilirdi. Hər bir faytonda üç-dörd adam otura bilirdi. Faytonun xarici görkəmini gözə çarpdırmaq üçün onun sahibləri çalışırdılar ki, qoşqu üçün xüsusi seçilmiş atların hər ikisi eyni böyüklükdə və eyni rəngdə olsun. Fayton yeddi əsas hissədən - ox və təkərlər, dörd ədəd yay, çanaq (faytonun evi), iki ədəd qanad, çətir və dişlərdən ibarət idi.

Fayton çanağının içərisində iki yumşaq oturacaq düzəldilirdi. Qabaq təkəri üstündə - çaxçağın uc hissəsində olan üçüncü oturacaq faytonçu üçün idi. Faytonçunun ayağını qoyduğu taxtaya şaquli istiqamətdə bərkidilmiş fayton hissəsi "iş-tox” adlanırdı. Nazik dəmir lövhədən, yaxud taxtadan hazırlanmış "iş-tox”un əsas vəzifəsi hərəkət vaxtı atların ayaqlarından qalxan tozun qarşısını almaqla faytonçunun rahatlığını təmin etmək idi. Çanağın arxa hissəsinə bərkidilmiş "çətir” adlanan hissə yağışdan, gündən və küləkdən qorunmaq məqsədilə faytonun üstünü örtürdü. Yayların köməyi ilə çətir istənilən vaxt açılıb-yığıla bilirdi. Gecə yolu işıqlandırmaq məqsədilə faytonçunun əyləşdiyi oturacağın yanlarına neftlə işləyən və ya şamla işqılandırılan iki ədəd fənər də bərkidilirdi.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM