Alternative content

16:33 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:45 14.11.2019 Xalqa xidmət missiyası
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Uşaq ürəkləri Qarabağda döyünür”
“Uşaq ürəkləri Qarabağda döyünür”
ANA SƏHİFƏ / Səhiyyə
00:34 03.11.2019


Ağdam rayonunun Quzanlı qəsəbəsində bu deviz altında yüksəkixtisaslı həkim briqadası 250 uşağı müayinə etmişdir


Qaçqın və məcburi köçkünlərin problemlərini fəaliyyətində prioritet olduğunu dəfələrlə bəyan edən və bu istiqamətdə zəruri tədbirlər görən Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq sosialyönümlü layihələr uğurla reallaşmaqdadır. Noyabr ayının 1-2-də Ağdam rayonunun Quzanlı qəsəbəsində həyata keçirilən növbəti sosial layihə də bölgə sakinləri tərəfindən minnətdarlıqla qarşılanmış, əhalidə yüksək əhvali-ruhiyyə doğurmuşdur. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Uşaq ürəkləri Qarabağda döyünür” devizi altında xeyriyyə aksiya keçirilmişdir.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Ağdama ezam olunmuş mobil səyyar hospitalının yüksəkixtisaslı həkimləri və peşəkar tibb personalı 2 gün ərzində Qarabağın 250 nəfər balaca sakinini tibbi müayinədən keçirmişlər. 20 nəfərin daxil olduğu həkim briqadasına Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrubi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov rəhbərlik edir. Elə ilk müsahibimiz də doktor Rəşad Mahmudov oldu. O dedi:

- Dövlət başçısının müvafiq sərancamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya” çərçivəsində həyata keçirilən bu lahiyə ölkəmizin regionlarında əhali arasında ürək-damar xəstəliklərinin erkən aşkarlanması və müalicəsində böyük əhəmiyyət kəsb edir. Belə ki, vaxtında aşkarlanmış xəstəliklərin müalicəsi daha effektli olub, müsbət nəticələr verir. Ağdamda 2 gün davam edən bu xeyriyyə aksiyasının məntiqi nəticəsi hər kəsdə bir məmnunluq, könül rahatlığı yaradır. Biz hər zaman öz vətəndaşına sahib çıxan, onun qayğılarıyla yaşayan bir dövlətin uğurla reallaşdırdığı sosial siyasətin sadəcə icraçılarıyıq. Burada müayinə etdiyimiz uşaqların çöhrəsindəki məsumluq, onların valideynlərinin minnətdarlıq dolu baxışları çəkdiyimiz zəhməti unutdurur, qəlbimizi qürur hissi ilə doldurur.

Söhbətimizi müayinədən keçirilən uşaqların valideynləri ilə də davam etdirdik. Şəhid atası Eldar Əhmədov dedi:

- Bizə hər zaman xüsusi diqqət və qayğı göstərən Prezident İlham Əliyevə minnətdarlığımızın həddi-hüdudu yoxdur. Dövlətdən hər zaman qayğı görür və bundan məmnunluq duyuruq. Yeni yaşayış qəsəbələri rahat yollar, müasir tipli məktəblər, xəstəxanalar, fasiləsiz verilən su, işıq, qaz, yeni açılan iş yerləri firavan həyatımızı təmin edən dövlət qayğısının tərkib hissəsidir. Ağdam camaatı hər zaman dövlətə, Prezidentə sədaqətli olmuşdur. Bu gün də dövlət başçısının ətrafında sıx birləşmişik. Bizdəki bu yenilməz inam Prezident İlham Əliyevin yeritdiyi müdrik siyasət sayəsində formalaşmışdır.

Eldar kişinin söhbətinə ağdamlı məcburi köçkünlər Xəyyam Mirzəyev, Məhəmmədəli Ələkbərov, Səbuhi Quliyev də qoşuldular. Onlar da bu xeyirxah aksiyanı dönə-dönə vurğulayıb, bu tədbirin zəhmətini çəkənlərə minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, Mərkəzi Gömrük hospitalının həkimləri EXO, USM, EKQ və digər müasir tibb avadanlıqları ilə səhhətində problem aşkarladıqları uşaqların valideynlərinə məsləhətlər verib, müvafiq müalicələr təyin etmişlər.

"Uşaq ürəkləri Qarabağda döyünür” devizi altında keçirilən bu aksiyada məqsəd cəbhə bölgəsində yaşayan uşaqların ən yüksək texnologiyalar əsasında diaqnostik tibbi müayinəsinə, elecə də məcburi köçkünlərin yaşadıqları ərazidə yüksəkkeyfiyyətli səhiyyə xidmətindən yararlanmasına imkan yaratmaqdır.

Lazım QULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM