Alternative content

06:52 16 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qəbələdə keçirilən “İdman festivalı”nda yüzlərlə gənc iştirak edib
Qəbələdə keçirilən “İdman festivalı”nda yüzlərlə gənc iştirak edib
ANA SƏHİFƏ / İDMAN
00:33 03.11.2019


Qəbələ Olimpiya İdman Kompleksində "Açıq qapı günü” və "İradənlə qalib gəl!” şüarı altında keçirilən kütləvi idman tədbirində yüzlərlə yeniyetmə və gənc idmanın müxtəlif növləri üzrə bacarıqlarını nümayiş etdiriblər.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən və 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunan kütləvi idman tədbiri yeniyetmə və gənclərin idmana marağını artırmaq, onları sağlam həyat naminə sadə idman hərəkətləri etməyə alışdırmaq, Olimpiya İdman komplekslərini, idman meydançaları və qurğularını hamı üçün əlçatan etmək məqsədi daşıyıb.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, "İdman festivalı”nın açılışında çıxış edən Qəbələ rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov bildirib ki, yeni nəsil öz sağlamlıqlarına daha çox diqqət göstərir. Onlar asudə vaxtlarını bədən tərbiyəsi, fitnes, yoqa, rəqslərin öyrənilməsinə sərf etməkdə maraqlıdırlar. Gənclər fiziki sağlamlığı "məsuliyyətli vətəndaşlıq - uğurlu dövlət” birliyinin vacib hissəsi kimi dəyərləndirirlər.

Tədbirdə Olimpiya İdman Kompleksinin direktoru Mətləb Kərimov, Uşaq-gənclər idman-şahmat məktəbinin direktoru Ədalət Əliyev, veteran idmançı Eyvaz Kazımov çıxış edərək respublikamızda idman sahəsinə və idmançılara göstərilən dövlət qayğısından danışıb, hər cür şəraiti olan yeni idman qurğularının gənc nəslin istifadəsinə verildiyini bildiriblər.

Şən musiqi sədaları altında davam edən festivalda idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışlar olub, təcrübəli məşqçilər ustad dərsləri keçiblər.

Sonra festival iştirakçıları Olimpiya İdman Kompleksində yaradılan şəraitlə yaxından tanış olublar.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM