Alternative content

04:13 16 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nəsillərin savaşı
Nəsillərin savaşı
ANA SƏHİFƏ / Elm və texnika
00:30 03.11.2019


1991-ci ildə Uilyam Ştraus və Nil Houv elmi ictimaiyyətə yeni "Nəsillər nəzəriyyəsi”ni təqdim etdilər. Bu nəzəriyyəyə görə, hər yeni nəslin davranışlarına, düşüncə tərzi, ünsiyyət qurma, müştəri kimi davranmalarına yaşadıqları dövrün xüsusiyyətləri təsir edir. Hər yeni nəsil özünəməxsusluqları ilə əvvəlki nəsli təəccübləndirir.

"Nəsillər nəzəriyyəsi” sonradan daha da inkişaf edərək bir sıra idarəetmə və biznes strukturlarında tətbiq edilməyə başlandı. Düzdür, bəziləri hələ də bu nəzəriyyəyə ciddi yanaşmır, amma dərindən araşdırdıqda yaş kateqoriyalarının müəssisənin həm korporativ mədəniyyətinə, həm də biznes mühitinə çox ciddi təsir etdiyini görürük.

X, Y, Z...

Bu nəsil nəzəriyyəsinə görə, təsnifatlandırma belədir:

1. Ənənəçilər və ya sakit nəsil: Onlara 1925-1945-ci illərdə anadan olanlar aiddir. Bunlara "müharibə nəsli” də deyirlər.

2. Çoxuşaqlı nəsil (Baby Boomerlər): 1946-1963-cü illərdə doğulanlar.

3. X nəsli: 1964-1976-cı illərdə doğulanlar.

4. Y nəsli və ya "millennial”lar: 1977-1995-ci illərdə doğulanlar.

5. Z nəsli və ya senteniallar: 1996 və ondan sonra doğulanlar.

Ümumiyyətlə, bu nəsil qruplaşmasi nəyə lazımdır? Təbii ki, hər fərdin doğulduğu və yaşadığı mühit birbaşa onun psixologiyasına təsir edir. Məsələn, Amerika və ya Kanadada, Avropada anadan olmuş şəxslərlə, Azərbaycanda və ya keçmiş Sovet İttifaqı respublikalarında doğulmuş şəxslərin psixologiyasında, dünyagörüşlərində, şəxsi və iş həyatına yanaşma tərzlərində fərqlər olacaq. Bəs bu nəsillərin bir-birindən fərqi nədir?

Ənənəçilər və ya sakit nəsillə iş mühitində, xüsusilə də müasir müəssisələrdə çox az qarşılaşırıq. Çünki olanların əksəriyyəti artıq təqaüddədirlər. Lakin təcrübə baxımından həmişə dəyərli olublar. Çünki sovet dövrünün dirçəlişini, eyni zamanda repressiyaların dəhşətini hiss etmiş insanlardır.


"Gəncliyində işlə, yaşlananda ye”


Çoxuşaqlı nəsil - "Baby-boomer”lər demoqrafik artımın olduğu dövrdə dünyaya gələnlərdir. II Dünya müharibəsindən sonrakı dövrlərdəki şərait, kosmosa uçuş, o dövrün böyük quruculuq işləri bu insanların psixologiyasına, həyat tərzlərinə çox təsir göstərib. Bu nəsil mənsublarının gənclik illəri 1960-cı illərdəki mədəni dəyişikliklərə təsadüf edir. Onların dünyaya töhfəsi gender bərabərliyi, irqi ayrı-seçkiliyə qarşı mübarizə və ətrafa qarşı həssaslıqdır. Kollektiv iş və iclaslara əhəmiyyət vermək bu nəslin əsas xüsusiyyətlərindən biridir. İşləməyi çox sevirlər. İş onlar üçün şəxsi həyatlarından və ailələrindən də önəmlidir. Əsas devizləri "Gəncliyində işlə, yaşlananda ye” prinsipinə əsaslanıb. Güclü tərəfləri sadiq, çalışqan, ünsiyyətcil, qənaətcil olmalarıdır. Lakin dəyişiklikləri sevmir, texnoloji yeniliklərə meyilli deyillər, poçt vasitəsilə göndərilən və alınan məktubları daha etibarlı hesab edir, kompüter proqramlarını sevmir, internetdən sadəcə gündəlik xəbərləri oxumaq üçün istifadə edirlər. Sosial şəbəkələrə çoz az faizi meyillidir. Ən zəif tərəfi onlara qarşı çıxan insanlara radikal münasibət bəsləmələri və tənqidi sevməmələridir. Avtoritet olmağı sevirlər. Səbirsizdirlər.


"Əvvəl özün, sonra iş”


X nəslinin təmsilçiləri özünü cəmiyyətə müxalif sayan, tənqidi siyasi mövqeyi, özünəxas geyimi olan nəsildir. Onlar bir mövqeyə sahib olaraq, pul qazanaraq və sosiallaşaraq özlərini sübut etməyə çalışırlar. İş həyatında sadiqdirlər. Texnologiya dövrünə düşdükləri üçün məcbur qalıb ondan istifadə edirlər. İctimai məsuliyyətləri və işdəki motivasiyaları güclüdür. Qayda-qanunlara tabe olmağı sevirlər. Qadınların iş həyatına başlaması və uşaq istəyinin azalması da bu nəslə aiddir. Azadlıqlarına düşkündürlər. İş həyatında idarə olunmaqdan çox qabiliyyətlərindən istifadə edərək hədəfə çatmaq istəyirlər. Bu insanlar iş mühitində adətən ancaq özlərinə güvənmək, alternativ düşüncə qabiliyyəti, hərtərəfli məlumatlılıq kimi xüsusiyyətlərlə xarakterizə olunurlar.

Əsas devizləri "Əvvəl özün, sonra iş”dir. Fərdi uğurları daha çoxdur. İş və şəxsi həyata hörmətlə yanaşır, digər insanlardan da eyni hörməti gözləyirlər. Bu yaş kateqoriyasına aid olan şəxslər adətən tək fəaliyyət göstərməyi sevirlər, individual nailiyyət qazanmağa meyillidirlər. Karyera pilləkənlərində uzun illər boyunca ən aşağı vəzifədən başlayaraq yuxarıya doğru və ancaq bir istiqamətdə hərəkət edirlər. Güclü tərəfi tez adaptasiya olunan və tez öyrənə bilən olmalarıdır. Hər şeyə və hər kəsə şübhə ilə yanaşırlar. Müəyyən qədər texnoloji yeniliklərə açıqdırlar, kompüter proqramlarında işləməyi bacarır, yazışmalarda e-maillərdən istifadə edirlər. "İş-həyat” balansını qura bilirlər.


"İnternet nəsli”


Y nəsli bir sıra çətinliklərlə üzləşmiş nəsildir. Onların yeniyetməliyi 1990-cı illərə düşür. Dünyanın iki geosiyasi qütbündən biri SSRİ-nin dağılması, müharibə, bu günədək davam edən hərbi münaqişələrlə, iqtisadi problemlərlə məhz bu nəsil qarşılaşdı. İqtisadiyyatla bərabər dünyagörüşü, mentalitet və psixologiya da dəyişikliyə uğrayır. Bu da birbaşa onların həyat və iş fəaliyyətlərinə təsirini göstərir.

Bu nəslin müvəffəqiyyət düsturu fərqlidir. Onlar dərhal yüksək əməkhaqqı ödənilən yuxarı vəzifələrə təyin olunmaq istəyirlər ki, bu da onların başlıca mənfi xüsusiyyətidir.

Y nəsli müasir biznesin sütunudur, çünki bu şəxslər texniki cəhətdən savadlı, artıq iş saatlarında işləməyə meyilli və daim öz üzərində çalışan olurlar. Y nəslinə "internet nəsli” də deyirlər. Bu nəslin təmsilçiləri istədiklərinə nail olacaqlarını düşünürlər. Onlar valideynlərindən fərqli olaraq texnologiyaya daha yaxşı bələddirlər. Motivasiya üsulları digərlərindən fərqlidir. Qazandıqları gəlirdən çox, ictimai yardımlar, müddətsiz iş rejimi kimi özlərini rahatladan səbəblərə yönəlirlər. Onlar üçün gördükləri işin təqdir edilməsi əhəmiyyətlidir. İş vasitəsilə özlərini göstərmək, bir neçə işi eyni vaxtda görmək, hər şeyi anlamağa çalışmaq, tez qərar vermək istəyirlər. İş və özəl həyat arasında tarazlıq, məsuliyyət, hörmət, həmişə öyrənmək, əyləncə, istədiyini tez əldə etmək və s. - bunların hamısını iş həyatında axtarırlar. Tənqidi sevmirlər. Bəzilərinin tez-tez iş dəyişdirməkdən xoşları gəlir.


İlk rəqəmsal insanlar


Z nəslinə "i Gen”, "instant online” (həmişə xətdə) də deyilir. Ümumiyyətlə, Z nəslini müxtəlif adlarla çağırırlar: senteniallar, "ev quşları”, "yeni sükut nəsli”, "MənMənMən” nəsli, rəqəmsal insanlar... "Nəsillər nəzəriyyəsi”nin müəllifləri bu nəsli fərdiyyətçiliyə əhəmiyyət verən və yalnız yaşayan nəsil adlandırırlar. Bu nəsil digər nəsillərdən çox fərqlənir. Alimlərin fikrincə, tarixdə ilk dəfə insanlar öz əcdadlarından bu dərəcədə köklü şəkildə fərqlənir. Adətən ünsiyyətcil, özünə inamlı (bəzən də özündən razı), çoxyönlü, sərbəst fəaliyyətə, əyləncəyə meyilli, bununla belə, təhsilini və öz üzərində işləməyi də unutmayan bir nəsildir. İş onlar üçün sadəcə həyatlarının bir parçasıdır. Dəyişikliklərə və yeni mühitə çox tez uyğunlaşırlar. Mənfi tərəfləri isə nizam-intizamın olmaması, daim nəzarətdə olmaq ehtiyacıdır. İş yerlərində əsas ab-havaya diqqət yetirirlər. Bu nəsli tabletlərsiz, smatfonlarsız, ən son texnoloji yeniliklərsiz təsəvvür etmək mümkün deyil.

Onlar fəal şəkildə elektron alətlərdən istifadə edirlər. Bizim innovasiya adlandırdıqlarımız onlar üçün adi reallıqdır. Bu insanlar, sözün əsl mənasında, ilk rəqəmsal insanlardır. Onlar qloballaşma və postmodernizm dövründə dünyaya göz açan nəsildir. Z nəsli təbiət elmləri və texnologiyalar ilə maraqlanır.

Bugünkü şagirdlər yalnız Z nəslinin nümayəndələridir. Alimlər Z nəslinin valideynlərini "rəqəmsal immiqrantlar” adlandırırlar. Qəribədir, elə deyilmi - bu rəqəmsal dünyanın tamhüquqlu "vətəndaşları” olan Z-lərə "immiqrantlar” (X və Y-lər) rəqəmsal dünyada uğurlu olmağı öyrətməyə çalışır.

Onlar elektron vasitələr olmayan dünyanı təsəvvür etmirlər. Hər addımda elektron əlavələrdən ustalıqla istifadə edirlər. Z nəsli dünyanı virtual və real olmaqla iki hissəyə bölmür. Onların aləmində hər iki dünya tam harmoniyadadır. Multikultural mühitdə yaşayan bu nəslin nümayəndəsi həmsöhbətinin kimliyi ilə maraqlanmır. Deyirlər, bu, ən dözümlü və sülhsevər nəsil olacaq.

Lakin Z nəslinin mənfi cəhəti konsentrasiya bacarığının zəif olmasıdır. Onlarda bir obyekt üzərində konsentrasiyanın orta göstəricisi 8 saniyədir. Böyükhəcmli informasiyanı qavramaqda çətinlik çəkirlər. Z nəsli uşaqları arasında diqqət əskikliyi sindromu və hiperaktivlik geniş yayılıb. Bu səbəbdən oxumağı deyil, baxmağı üstün tuturlar. Şagirdlər minimum vaxt ərzində maksimum informasiya almağa çalışırlar. Üç toxunuşla dünyanın dörd bir tərəfindən istənilən informasiyanı ala bilirlər. Z nəsli kəşflər etmək, tədqiqat aparmaq, layihə hazırlamaq həvəskarıdır.

Hələ iş həyatına başlamadıqları üçün onlar haqqında nəsə demək çətindir. Standart işləri görmək istəməyəcəkləri, daha çox mühəndislik, biomühəndislik, robotlaşdırma və incəsənətlə məşğul olacaqları ehtimal edilir.

Z nəslindən sonra yaranacaq yeni nəsli isə psixoloqlar "Alfa nəsli” adlandırırlar. Hazırda "alfa” nəsli formalaşmaqdadır və yəqin ki, onların həm şəxsi həyat, təhsil və iş həyatlarına yanaşması çox fərqli olacaqdır.

Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM