Alternative content

02:43 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Misir fironunun 2200 illik sərdabası tapılıb
Misir fironunun 2200 illik sərdabası tapılıb
ANA SƏHİFƏ / Elm və texnika
00:30 03.11.2019


Misir arxeoloqları firon IV Ptolemeyin uzun müddətdir axtarılan və 2200 il yaşı olan sərdabasını tapıblar. Qədim sərdaba Sohag rayonunun Tama qəsəbəsində yerləşən Kom Şakav kəndində tikinti işçilərinin apardıqları qazıntı zamanı təsadüfən aşkar edilib.

Misirin Qədim Abidələr Nazirliyinin məlumatına görə, arxeoloqların həmin sərdabanın firon IV Ptolemeyə aid olması barədə rəyindən sonra ərazidə tikinti işləri dayandırılıb. Belə ki, alimlər burada Ptolemey sülaləsinin dördüncü fironunun təsviri və qədim Misir əlifbası ilə yazılmış mətn olan lövhələri aşkar ediblər. Lakin onlar hələ sərdabanın şimal-cənub divarlarını üzə çıxara bilməyiblər. Məbədin şərq-qərb divarlarının üzərində isə hər il Nil çayının daşması üçün dua edilən Hapi tanrısının quşların və çiçəklərin əhatəsində təsviri aşkar edilib.

IV Ptolemeyin eramızdan əvvəl 221-204-cü ildə Misir fironu olduğu ehtimal edilir. Onun hökmranlığı o qədər də uğurlu olmayıb. Dövləti idarə etməkdən daha çox, incəsənətə meyilli olduğu bildirilir. Tapılan qədim mətndə qeyd olunur ki, IV Ptolemeyin dövründə ən böyük gəmi inşa edilib. "Tessarakonteres” (qırx) adlanan bu gəminin 40 avar bölməsi və 4 min avarçəkəni olub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM