Alternative content

01:42 20 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.11.2019 Dünyanı uşaqlara verək
00:43 20.11.2019 İnsaf yoxsa, israf var
00:37 20.11.2019 Qanlı dərənin sirləri
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qadın şahmatçılarımız Avropa çempionatında Ermənistan yığmasını məğlub edərək bürünc medal qazanıblar
Qadın şahmatçılarımız Avropa çempionatında Ermənistan yığmasını məğlub edərək bürünc medal qazanıblar
ANA SƏHİFƏ / İDMAN
00:24 03.11.2019


Batumidə komandalar arasında Avropa çempionatında qadın şahmatçılarımız böyük uğura imza ataraq bürünc medal qazanıblar. AZƏRTAC xəbər verir ki, son turda Ermənistan yığması ilə mübarizə aparan şahmatçılarımız Günay Məmmədzadə Lilit Mkrtçyanı məğlub edib. Ülviyyə Fətəliyeva Mariya Gevorqyan, Xanım Balacayeva Elina Danielyan, Gülnar Məmmədova isə Anna Sarqsyanla xalı yarı bölüblər.

Beləliklə, görüş Azərbaycan millisinin 2,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, Azərbaycanın qadınlardan ibarət yığması 27 ildən sonra (1992-ci ildə Avropa çempionatında bürünc medal) qitə çempionatında üçüncü yerə layiq görülüb.

Kişilərdən ibarət komandamızın sonuncu turda Sloveniya yığması ilə qarşılaşması 3:1 hesablı qələbə ilə başa çatıb. Yekun nəticəyə görə kişi şahmatçılarımız 11 xalla hazırda 5-ci pillədə qərarlaşıblar.

Qeyd edək ki, Azərbaycan şahmatında son aylar böyük uğurlar əldə edilib. Qrossmeysterimiz Teymur Rəcəbov dünya kubokunun sahibi olub. On dörd yaşlılar arasında təmsilçimiz Aydın Süleymanlı dünya çempionu titulunu qazanıb.

Xatırladaq ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adına layiq görülüblər. Komandamız 2011-ci ildə qitə çempionatının gümüş, 2007-ci ildə isə bürünc medallarını qazanıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM