02 Noyabr 2019 18:35
1010
Elm və texnika
A- A+

Tarix İnstitutu illik hesabatını təqdim edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun elmi şurasının genişləndirilmiş iclasında institutun 2019-cu ildəki nəşrlərinin təqdimatı keçirilib.

Tarix İnstitutundanAZƏRTAC-a bildirilib ki, iclasda institutun 2019-cu ildə gördüyü işlər barədə məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyev AMEA-nın Tarix İnstitutunu "ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla institut əməkdaşlarının tədqiqat işlərinə çox yüksək qiymət verib.

İnstitutun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, institut Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Pakistan, Albaniya, Macarıstan, Ukrayna, Çin, Bolqarıstan, Polşa, Misir və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq edir: "Son illərdə instituta Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən on minlərlə arxiv sənədləri gətirilib. Bu il elmi müəssisə Rusiyanın "Voprosı İstorii” jurnalı və Çinin Dünya Tarixi İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalayıb”.

Yaqub Mahmudov deyib: "Tariximizə və tarixi şəxsiyyətlərimizə sahib çıxmalıyıq. Nadir şah Əfşar tarixin gedişini dəyişdirən dahi sərkərdədir. Bu il Nadir şaha həsr olunan beynəlxalq elmi konfrans təşkil etdik. 2020-ci ildə isə Nadir şaha həsr olunan kitabın təqdimatını edəcəyik. Tarix İnstitutu azərbaycançılıq məfkurəsinə əsasən ASAN Radio və Lider TV-də tariximizin təbliği istiqamətində layihələr həyata keçirir”.

İclasda bildirilib ki, 2019-cu ildə Tarix İnstitutunun əməkdaşlarının 41 adda kitabı və nüfuzlu elmi jurnallarda isə 300-dən çox məqaləsi çap olunub. İnstitut bu il 11 beynəlxalq və 13 respublika səviyyəli elmi konfrans təşkil edib.

Bu il "Azərbaycan Xalq Cümhuriyyətinin siyasi sistemində partiyalar və parlament (1918-1920)” (rus dilində), İrəvan xanlığının tarixinə dair 4 adda broşür (ispan və ərəb dillərində), "Real tarix və "Böyük Ermənistan” uydurması” (türk, ərəb və fransız dillərində), "Saxtakarların yalançı elmi, yaxud ermənisayağı "tarix”, "Tiflis əmirliyi”, "Azərbaycanın Şəki bölgəsi 1917-1920-ci illərdə”, "Azərbaycanın Zəngəzur bölgəsi 1918-1920-ci illərdə”, "Azərbaycanın Naxçıvan bölgəsi regional hərbi-siyasi proseslərdə (1917-1920)”, "İngiloylar: zorakı xristianlaşdırmaya və gürcüləşdirməyə qarşı mübarizə tarixindən” və digər kitablar nəşr olunub.

Qeyd edilib ki, bu il rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsova və Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, professor Usamə Əl-Əbdə Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub. Həmçinin institutun ilk elektron oxu zalının açılışı olub, elmi müəssisə gənc tarixçilərin ilk respublika elmi konfransını da təşkil edib.

Elmi şuranın iclasında AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, tarixçi alimlər Cəbi Bəhramov, İradə Əliyeva, İradə Bağırova, Rəşad Mustafa və başqaları çıxış edərək Tarix İnstitutunun 2019-cu ildə gördüyü işləri yüksək qiymətləndiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video