Alternative content

04:12 16 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UNEC və Mingəçevir Dövlət Universiteti əməkdaşlıq edəcək
UNEC və Mingəçevir Dövlət Universiteti əməkdaşlıq edəcək
ANA SƏHİFƏ / Elm və texnika
15:54 02.11.2019

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin Bayramov və universitetin professor-müəllim heyəti iştirak edib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor Ədalət Muradov UNEC-in fəaliyyət istiqamətlərində regional ali məktəblərlə əməkdaşlığın prioritet olaraq müəyyənləşdirildiyini qeyd edib. UNEC-in Lənkəran Dövlət Universiteti (LDU) və Gəncə Dövlət Universiteti ilə əməkdaşlıq etdiyini deyən rektor, LDU ilə ikili diplom proqramı barədə razılaşma əldə olunduğunu vurğulayıb. O, UNEC-in regional universitetlərlə əməkdaşlıqda dünya praktikasında qəbul olunan yeni yanaşma ilə çıxış etdiyini, ikili diplom proqramının bu əməkdaşlığın əsas hədəfi olduğunu bildirib. Rektor bunun üçün keyfiyyət tələblərinin mövcudluğunu və bu tələblərə cavab verən tələbələrin UNEC-in diplomunu da əldə edə biləcəyini deyib. UNEC ilə MDU arasında əməkdaşlığın uğurlu olacağını söyləyən professor Ədalət Muradov, bu ali təhsil müəssisəsinin ölkənin təhsil sistemində və regional universitetlər arasında qısa müddətdə qabaqcıl universitetə çevriləcəyindən əminliyini ifadə edib.

Rektor Şahin Bayramov əsas hədəfin Mingəçevir Dövlət Universitetini paytaxt səviyyəli ali təhsil müəssisəsinə çevirmək olduğunu bildirib. Bu gün dünya universitetlərinin missiyasının dəyişdiyini, universitetlərin yalnız tədris, elmi fəaliyyət və kadr hazırlığı ilə məhdudlaşmadığını deyən rektor, MDU-nun Mingəçevir şəhəri və ətraf rayonların sosial-iqtisadi potensialının gücləndirilməsi və inkişafında yaxından iştirak etməsinin vacibliyini diqqətə çatdırıb.

Şahin Bayramov MDU-da kadr hazırlığı istiqamətləri və mövcud ixtisaslar barədə məlumat verərək, tədrisin keyfiyyətinin artırılması, elmi fəaliyyətin səmərəliliyinin yüksəldilməsi və universitet idarəçiliyində innovativ metodların tətbiqi sahəsində islahatlar aparıldığını deyib. Dünya səviyyəli universitet olmaq yolunda sürətlə irəliləyən UNEC-lə əməkdaşlığın MDU üçün mühüm fayda verəcəyinə əminliyini bildirən Şahin Bayramov regional tərəfdaş kimi bütün imkanlardan istifadə ediləcəyini vurğulayıb.

Sonra rektorlar əməkdaşlıq müqaviləsi imzalayıblar. Müqaviləyə əsasən, universitetlər arasında tələbə-müəllim mübadiləsi, MDU-nun müəllimlərinin UNEC-in qış məktəbində iştirakı, MDU-nun tələbələrinin bir semestrlik UNEC-də təhsil alması, birgə elmi-tədqiqatlar aparılması və digər məsələlər nəzərdə tutulur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM