Alternative content

02:44 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BAKI: təkrarsız tarixi sima, müasir memarlıq incisi
BAKI: təkrarsız tarixi sima, müasir memarlıq incisi
ANA SƏHİFƏ / Mədəniyyət
01:05 02.11.2019


UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil olan paytaxtımız həm də tolerantlıq və multikulturalizm mərkəzidir


Zəngin və qədim mədəniyyətə, eləcə də tolerantlıq ənənələrinə söykənən müstəqil Azərbaycan dövləti inkişaf sürətinə görə yalnız Avropa məkanında deyil, dünya ölkələri içərisində də ön sıralardadır. Azərbaycan Prezidenti İlham Əliyevin son 15 il ərzində həyata keçirdiyi məqsədyönlü siyasət milli inkişaf hədəflərinə hesablanmaqla doğru istiqamətdə olduğunu dəfələrlə təsdiqləyib.

Məhz həmin siyasətin nəticəsidir ki, respublikanın paytaxtı son illər bir sıra beynəlxalq konfrans və festivallara evsahibliyi etməkdədir. Müxtəlif sahələri əhatə edən belə tədbirlər, təbii ki, keçirildiyi məkan barədə də iştirakçılarda zəngin təəssürat yaradır. Bu mənada silsilə xarakterli beynəlxalq tədbirlər ölkəmizin nəinki yerləşdiyi Cənubi Qafqazda, Avropa məkanında, hətta dünya arenasında belə geniş təbliğində mühüm amillərdən sayılır.

...Bir vaxtlar "Bakının dərdi var, Bakı xəstədir” yazan ölməz Xalq şairi Səməd Vurğun başqa bir şeirində isə "Bir dön bizim Bakıya bax...” deyirdi. Bakının hüsnü hər zaman gözəl olub. Bu gün isə Bakı özgə libasdadır: müasirliyi ilə, hətta Avropanı heyran edən, bir çox ölkələrin paytaxtını geridə qoyan şəhərimiz həm də əcnəbilərin əsl istirahət yerinə çevrilib. Nəinki qızmar yay günlərində, ilin bütün fəsillərində gəzməli, görməli... məkanları əcnəbi turistlərlə dolu olur. Əlbəttə, Bakı tarixən dünya səyahətinə çıxanların diqqətində olub və bu, onların xatirələrində yaşayıb.

Son illər paytaxtın beynəlxalq mədəni-kütləvi tədbirlərə, eləcə də idman yarışlarına evsahibliyi etməsi, bütün sahələrdə sürətli inkişafı, əmin-amanlığı, tarixən qorunub saxlanan tolerantlıq mühiti və multikultural ənənələrinə sadiqliyi ona marağı daha da artırıb.

Paytaxtlar içərisində bir sıra xüsusi keyfiyyətlərinə, əsasən tarixi siması qorunub saxlanmaqla müasirliyinə görə beynəlxalq birliyin daha çox diqqət ayırdığı Bakının 31 oktyabr 2019-cu il tarixində UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi də əlamətdar mədəni hadisə kimi yaddaşlara yazılacaq.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva paytaxt Bakının 31 oktyabr - "Dünya Şəhərlər Günü”ndə "dizayn” tematikası üzrə UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsilə əlaqədar rəsmi "Instagram” səhifəsində bu sevinci doğma xalqı ilə paylaşıb. Paylaşmada deyilir: "Təkrarsız tarixi siması qorunaraq müasir memarlıq inciləri ilə daim gözəlləşən Bakı şəhəri 31 oktyabr -”Dünya Şəhərlər Günü”ndə "dizayn” tematikası üzrə UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Paytaxtımızın tarixi üçün əlamətdar olan bu hadisə münasibətilə həmvətənlərimi təbrik edirəm, ölkəmizin bütün şəhərlərinə sülh, inkişaf, tərəqqi, mehriban, qonaqpərvər sakinlərinə isə xoşbəxtlik və firavanlıq arzulayıram!”

Bakının UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi”nə qoşulması ölkəmizin dünyada artan nüfuzunun göstəricilərindən biridir. Bununla əlaqədar olaraq keçirilən mətbuat konfransında Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini Vasif Eyvazzadə bildirib ki, Bakı ilə bağlı qəbul edilən bu qərar ölkəmiz üçün olduqca əlamətdar və tarixi-mədəni hadisədir. Çünki bu şəbəkəyə hazırda dünya üzrə cəmi 246 şəhər daxil edilib. Şəhərlər bu siyahıya incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, astronomiya, ədəbiyyat, media və musiqi kateqoriyaları üzrə salınır. Bakı şəhəri isə "dizayn” kateqoriyası üzrə siyahıya salınıb. Şəhərlərin bu siyahıya salınmasında "3T” prinsipi əsas götürülür - talant, texnologiya və tolerantlıq: "Bir məqamı da vurğulayaq ki, Bakının yaradıcı şəhərlər şəbəkəsi” üzrə siyahıya alınması yalnız bu faktorlarla bağlı deyil. Son zamanlar Bakıda keçirilən çoxsaylı tədbirlər, paytaxtın qədimliyi ilə müasirliyi arasındakı harmonik bir körpünün formalaşdırılması, həmçinin ölkə rəhbərliyinin bu prosesə dəstək göstərməsi, xüsusilə də Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan-UNESKO əlaqələrinə verdiyi töhfələrin burada hadisələrin reallaşdırılmasında başlıca rol oynadığını görürük”.

Bakıya belə bir dəyərin verilməsi, eyni zamanda regionlarımızın da yaradıcı mərkəzə çevrilməsinə imkan verəcək. Bakının yaradıcı şəhər elan edilməsi bizə həm də imkan verəcək ki, paytaxtın təcrübəsində digər regionlarımız da yaradıcı mərkəzə çevrilsinlər. Onlar da təbii ki, imkan yaradacaq ki, yaradıcılıqla məşğul olan sənətkarlar, şirkətlər, özəl və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, həmçinin bu sahədə innovativ layihələrin həyata keçirilməsi sürətlənsin. Bakının qazandığı yeni ad, həmçinin dizayn sənayesinin də dinamik inkişafına öz müsbət təsirini göstərəcək.

Ölkəmizin inkişafının yeni mərhələsi Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə sıx bağlıdır. Son illər ölkəmizin, o cümlədən onun paytaxtının hərtərəfli inkişafı dünya çapında diqqət mərkəzinə çəkilir. Əlbəttə, bu səbəb və amilləri sadalamağa ehtiyac yoxdur. Lakin ölkəmizdə keçirilən bir sıra beynəlxalq tədbirlərin iştirakçılarının, eləcə də həmin müddətdə burada olan turistlərin etiraflarında inkişafın səbəbi kimi məhz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun layiqincə davam etdirilməsi və bir sıra mühüm beynəlxalq layihələrin gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti ilə birbaşa bağlılığı göstərilir.

Bakının hərtərəfli inkişaf etdirilməsi ilk növbədə yaradılan sosial mühitdən də asılıdır. Burada hökm sürən əmin-amanlıq, dinclik, müxtəlif xalqların nümayəndələrinin tolerantlıq mühitində dinc, yanaşı yaşamasına şərait paytaxtın inkişafını şərtləndirən amillər sırasındadır.

Azərbaycanın mədəni zənginliyinin dünyada daha geniş şəkildə tanıdılması, bu tarixi mirasın qorunaraq gələcək nəsillərə çatdırılması da dövlət başçısının daim diqqət mərkəzindədir. Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunan "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bu sahəyə xüsusi yer ayrılır.

Hərtərəfli və dayanıqlı iqtisadi inkişaf, sosial cəlbedicilik, məşğulluq və yoxsulluğun azaldılması, təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi, mədəni dəyərlər, müxtəliflik və irs, qarşılıqlı anlaşma, sülh və təhlükəsizliyin təmini mühüm məsələlərdəndir. Bunlardan başqa, son illər ölkəmizdə, paytaxt Bakıda keçirilən bir sıra beynəlxalq tədbirlər də ilin bütün fəsillərində bu gözəl şəhərə qonaqların axınına səbəb olur: Bakı, sabahın xeyir...

Məhəmməd NƏRİMANOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM