01 Noyabr 2019 22:37
563
DÜNYA
A- A+

Donald Tramp: İŞİD-ə yeni başçı təyin olunub və biz onun kim olduğunu bilirik


İŞİD qruplaşmasının yeni başçısı təyin olunub və ABŞ onun kim olduğunu dəqiq bilir.

AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə özünün "Twitter” səhifəsində yazıb. Lakin həmin şəxsin adını açıqlamayıb.

Xatırladaq ki, oktyabrın 27-də Donald Tramp Suriyada keçirilən əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyünü elan etmişdi. Onun sözlərinə görə, əməliyyat zamanı qruplaşma lideri bədəninə bərkitdiyi partlayıcını işə salıb.

İŞİD-ə bağlı "Amaq” saytı Əbu Bəkr əl-Bağdadinin ölüm faktını təsdiqləyib. Saytın məlumatına görə, Əbu İbrahim əl-Haşimi əl-Kuraşi təşkilata yeni lider təyin edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video