01 Noyabr 2019 18:33
911
Səhiyyə
A- A+

Nar şirəsi immunitet sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmi möhkəmləndirir


Yetişdiyi məkandan asılı olmayaraq nar cənnət meyvəsi, ağacı həyat ağacı, şirəsi isə sevgi içkisi adlandırılır. Növündən asılı olaraq, nar şirin və turş olur. Meyvəyə turş dad verən onun şirəsindəki limon turşusudur. Onun tərkibi şəkər və limon turşusu ilə yanaşı, vitaminlər, boyayıcı maddələr, makro və mikroelementlərlə zəngindir. Qədim zamanlarda şərqdə nar "meyvələrin şahı” sayılırdı.

AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, narın ən qiymətli sortu eramızdan əvvəl qədim Yunanıstanın Karfagen vilayətində becərilsə də, onun vətəni İran hesab edilir. Onu elmi təbabətə ilk dəfə hind həkimləri gətiriblər.

Nar şirəsi yüksək vitaminli içki kimi yorğunluq, qanazlığı, bronxial astma, angina, şüalanma, sınqa xəstəliyi zamanı içilir. Bərpaedici vasitə kimi yoluxucu xəstəliklərdən, operativ müdaxilələrdən, mədə-bağırsaq pozuntularından sonra qəbul edilməsi də çox faydalıdır. Nar iştahanı yaxşılaşdırır, sidik turşulu diatezin, başağrılarının, hipertoniyanın müalicəsində istifadə edilir. Sinir sisteminin möhkəmlənməsi və oyanıqlığı azaltmaq üçün meyvənin pərdəli arakəsmələri qurudularaq çay kimi dəmlənilib içilir.

Nar şirəsini su və kök şirəsi ilə uzlaşdıraraq qəbul etmək məsləhət görülür. Ürək-damar sistemi üçün çox faydalı olan bu içki immunitet sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmi möhkəmləndirir. Gündəlik nar şirəsi içmək və ya meyvəsini yemək mədə-bağırsaq, həzm sistemi, ürək çatışmazlığı, revmatizm və şəkər xəstəliyi zamanı faydalıdır. Diabetdən əziyyət çəkənlərin isə gülöyşə və mələs kimi turşməzə nar növlərindən istifadə etməsi məsləhət görülür.

Boğaz və ağciyər üçün çox faydalı olan nar öskürəyi kəsmək qabiliyyətinə malikdir. Dırnaq iltihabı və cərrahi yaraların müalicəsində nar tumu balla qarışdırılaraq həmin nahiyəyə tətbiq edilir. Meyvənin suyu bağırsaqları yumşaldır.

Nar şirəsi damarlarda aterosklerozun inkişafını zəiflədir. Meyvənin tərkibi qan dövranını gücləndirən antioksidantlarla çox zəngindir. Prostat vəzi xərçənginin yaranma riskini azaldır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video